Əgər bərbər sizə deyirsə ki ,sənə bu saç düzümü yaraşmır- stilist İlkin Əhmədoğlu

Psixoloq.az xəbər verir ki,tanınmış stilist, bərbər İlkin Əhmədoğlu özünün facebook sosial hesabında saçlara necə kəsim və qulluq edilməsi ilə bağlı marqlı bir yazı paylaşmışdır.Həmin yazını olduğu kimi sizlərə təqdim edirik 

1) Əgər bərbər sizə deyirsə ki , sənə bu saç düzümü yaraşmır gəl bunu dəyişib sənin imicini dəyişək , o zaman bu sözə çoxda aldanmayən çünki baxış bucaqları fərqlidir . Onun zövqü sizi qane etməyə bilər və beləliklə ortada sizi qane etməyən saç düzümü ilə qalan siz olacaqsınız . Hal hazırda gənclər arasında Pampadour saç düzümünün Drop Fade , High Fade , Slow Fade birləşmələri kimi saç düzümləri dəbdədir . Bu kənardan asan görünən iş özündə bir neçə keçidləri əks etdirir . Keçid isə bunlardan ibarət ola bilər . Ülgüz + 0 + 0,5 + 1,5 + 2 . Bu saç düzümü üçün saçın üstünün çox olması şərtdir . Başın kənarları üstə doğru keçitdə ( mütləq ) hamarlaşdırılmalıdır , heç bir qəfil keçid olmamalıdır . Başın qabaq hissəsindən , başın arxasına kimi ( saçın bitdiyi yumuru dairəyə qədər olan məsafə ) kəsim çoxdan aza olmalıdı ki ( çolka ) çox görünsün . Bu cür səliqə və dəqiqliklə kəsilən saç həm nəm həm də quru halında rahat daranır və düzümə rahat yatır .

2) Kəsim

Saç kəsimi hər zaman müxtəlifliyi ilə seçilib və müştərinin üz quruluşuna görə aparılmalıb . Burada müştərinin çənə sümüyü , başın ümumi forması , alnın hündürlüyü və ya alçaqlığı , qulaqlar və ən nəhayət burun nəzərə alınmalıdır . Məhs bu kimi halları üstün tutan bərbərin saç kəsimi hər zaman mükəmməl alınar və müştərisi razı qalar .

3) Fen .

Fenlə saçınızı ev şəraitində qurutduğunuz zaman və yaxud saç düzümü etdiyiniz zaman mütləq Fenin istiliyini orta dərəcə qoymalı başınızdan ən azı 30 - 40 sm uzaqlıqlda saxlamalısınız . Bu halda siz saçınızı yandırmayacaqsınız , yanmış saç sizə lazım deyil təbii ki . Saçınızı ev şəraitində düzüm ( ukladka ) etmək isəyirsinizsə hökmən saçlarınızı yumaq şərtdir , çünki bu halda saçlarınızın yağlılığı olmayacaq və düzümə daha asand yatacaq + bu halda saçınız yanmayacaq . Saçlar yanarsa onlar sarımtıl rəng alacaq bunu nəzərdə saxlayın . Yanmış saç tez qırılır istər ortadan , istər dibdən , istər saç qıranlarla .

3) Saç qıran

Bir çox xanımlarımızın əsas saç problemlərindən biri də bildiyiniz kimi saç qırandır . Belə olduğu halda saçınızda saç qıran varsa mütləq ondan can qurtarmağınız vacibdir , çünki o yayılır . Saç qırandan isə müxtəlif üsullarla qurtulmaq olar . Günümüzdə bir çox vasitələr var ki , saç qıranları məhv edir saçınızı hamar və parlaq saxlamaqda sizə yardımçı olur . Bu vasitələr çox zaman salonlarda olur . Həm saç qıran üçün xüsusi maşınka , həm qayçı . Özünüzün bunu etməyi MƏSLƏHƏT GÖRÜLMÜR . Həmçinin saç qırandan saçınızı yandırmaq üsulu ilə də qurtula bilərsiniz bu çox riskli bir prosedur olduğu üçün mütləq salon şəraitində professional ustalar tərəfindən aparılmalıdır .

4) Saça qulluq

Dövrümüzdə bir çox şampunlar var ki bunların da bəzən məmbəyi , bəzən də effektliyi bizə şübhəli qalır . Bilirsiz niyə ? Çünki siz şampunu saçınıza uyğun seçmirsiniz ona görə də sizin saçla baölı probleminiz həll olunmur əksinə problüm daha da dərinləşir və nəticədə saç tökülməsinə gətirib çıxardır . Əslində hər bir insan geyimi , yediyi yeməyi , gəzmək istədiyi məkanı , dostlarını seçməklə yanaşı saçına şampunu da düzgün seçməlidir çünki bundan çox şey asılıdır )))) Məsələn : Əgər sizin saçınız yağlanırsa o zaman siz Normal saçlar üçün şampun alacaqsınız ? Xeyir . Sizə yağlanmağa qarşı olan şampun lazımdır . Əgər siz saçınızın tökülməsini hiss edirsinizsə o zaman saç tökülməsinə qarşı şampun alacaqsınız . Bu məsləhətlərə mütləq riyaət etdiyiniz halda saçlarınız problümi azalacadır .

5) Saç tökülməsi

Bu hal həm xanımlarımızın həmdə bəylərimizin öndə olan problemlərindən biridir . Həmişə mənə sual olunur ki , mən nə edim ki saçımın tökülməsinin qarşısını alım ? Cavabım bilirsiz nə olur ? Get həkimə ))) Çünki mən bərbərəm mən sizə yalnız kəsimdə yardım edə bilərəm üzünüzə uyğun saçınızı kəsərəm . Bu mənim peşəmdir və peşəmi çox gözəl bildiyim üçün bu sahədə sizə yardıçı ola bilərəm . O ki , qaldı saç tökülməsinə bu hal bir neçə amillərə bağlıdır bunlar : Əsəb , stress , şəkər xəstəliyi , aclıq , vitamin çatışmazlığı kimi səbəblərə aiddir . Ən çox hallarda əsəb və stressdən olur . Saç tökülməsinin əsas problemini araşdırıb onu müalicə edin yəni əsəblərinizi məhs bundan sonra siz saçınızla bağlı heç bir problem yaşamayacasınız . Əgər siz daim stress və əsəb keçirəcəksinizsə nəyinki saçınız hətda əl və ayaq qırnaqlarınız belə həssaslaşacaq o cümlədən dişləriniz də problem yaşayacaq . Sinir bədəndə bir çox xəstəliklərin təməlini təşkil edir . Odur ki ilk növbədə onu müalicə edin 

Diqqətinizə görə təşəkkür edirəm

Əgər saç və saç düzümü ilə bağlı suallarınız yaranarsa İlkin Əhmədoğluya müraciət edə bilməniz üçün əlaqə telefonu 051 414-43-35