16 ildən sonra məlum oldu - Bu qida ömür uzadır

Müntəzəm olaraq balıq yemək insan ömrünü uzadır.

Psixoloq.az xəbər verir ki, bu, Çin alimlərinin 16 ildir davam edən tədqiqatından sonra məlum olub.

Alimlər 16 il ərzində 240 min kişi və 180 min qadının qidalanmasına nəzarət edib. Sınaqda iştirak edənlər hər gün bir az balıq əti qəbul edib.

Müntəzəm olaraq balıq əti yeyən kişilərdə damar xəstəlikləri 10, qara ciyər xəstəliklərində isə 37% azalma müşahidə edilib.
Alimlərin açıqlamasına əsasən, müntəzəm olaraq balıq və Omeqa-3 tərkibli qidaları qəbul etmək xərçəng və tənəffüs yolu xəstəliklərindən yaranan ölüm riskini azaldır.