Ailə terapiyasını vacib edən məqamlar

Ailə terapiyasi problemlərə, ailə üzvlərinin fərdi problemləri olaraq deyil, ailə sisteminin bir problemi olaraq baxar. Terapiyaya  ailənin tək bir üzvü  gətirilərsə  terapiyanın  mərkəz nöqtəsi  ailə sistemidir. Terapiyanın hədəfi, ailə içindəki tək bir fərdin dəyişimi deyil, daha çox ailənin quruluşu və  ailə  daxilindəki fərdlərin bir-birləriylə ünsiyyət formalarının  dəyişdirilməsidir. Hər ailənin problemi başa düşmə şəkli ayrıdır. Bir ailə üçün problem olaraq görünən bir vəziyyət digər bir ailə üçün problem  təşkil etmeyə bilər. Hər ailənin sakit  bir yaşam üçün ehtiyac duyduğu şeylər bir-birindən fərqlidir.

Ailə terapiyasında nələr olur?

Terapevt və  ya psixoloq, ilk seansda terapiyanın məqsədini  ailə üzvlərilə  birlikdə ortaya qoyar. Ana, ata və lazım gələrsə  uşaqlar məsuliyyətlərini  bildirir. Ailə şüuru  üzərində dayanılaraq, ailə üzvlərindən bir-birlərinin ehtiyacları üzərində dayanılmağının  vacibliyi vurğulanır. Ailə üzvləri açıq və dürüst bir qarşılıqlı içində tapılaraq, günahlandırılmalardan qaçan, ilk öncə  bir-birini başa düşməyə yönelik bir tərz mənimsənilməyə yönləndirilir.

Terapiyada gizlilik əsasdır.Başqa cür desək, terapevt ailə  üzvlərindən biri ilə edəcəyi  görüşməni o üzvün icazəsi olmadıqca bir başqası ilə  paylaşmaz.

Terapiyanın məqsədi  ailə üzvlərinin davranışlarını daha  müsbət etmək ,üzvləri  arasındakı qarşlıqlı inkişaf elətdirmək  ve problemlərə qalıcı və daimi  həll yolları tapmaq olduğu üçün, terapevt bəzi texnikalar istifadə edir.

Terapiya müddətində  ailə üzvlərinin bir çox  ev tapşırıqları  olacaqdır. Hər hansi bir seans sonunda terapevt tərəfindən üzvlərə bir sonrakı seansa qədər  edilməli olacaq ev tapşırıqları verilə bilər.

Terapevtin ən önəmli funksiyalarından biri də, emosional partlayışı təmin etməsi  və üzvlər arasındakı bitməmiş  işlərə konsentrasiya olub, üzvlərin bir-birləri haqqındakı mənfi münasibət və duyğularını ifadə etmələri, bir-birlərinə qarşı anlayış inkişaf etdirmələrinə  komək etməsidir. Ailə üzvləri arasında daha  çox yaxınlaşma, işbirliyi və duyğusal paylaşım təin olunmuşsa  terapiya  məqsədinə çatmış  sayılır.

Ailə terapiyasının məqsədi; insanlararası münasibəti  işığında narahatlıq və  konfliktlərin aradan qaldırılması, dərkin, özgüvənin artırılması  və  digər duyğusal gərginliklər üçün ailə üzvlərilə işbirliyi qurulması, daxili və xarici  krizlərə qarşı ailənin dözümlülüyünün  artırılması, nesillər arası münasibətlərin  artırılması, düzəldilməsi, ailəni sağlam münasibət qurmağa yönəltməkdir.

Ailə terapiyası nə  zaman vacibdir?

Ailənin təməl  ehtiyaclarının ödənmirsə  ehtiyacları ödənməz ve güvənli,xoşbəxt bir ailə mühiti yaradılmırsa,deməli ailədəki balanslar pozulur.

Ailənin əsas ehtiyacları nələrdir?

1. Dəyərli olmaq duyğsu: Ailədə  fikirləri önəmsənilən, sevildiyi hissetdirilən fərdlər mən dəyərliyəm duyğusu yaşayar  və özünü təsdiqləmək üçün artıq davranışlar etməzlər.

2. Güvəniləcək  Mühit: Ailədəki fərdlər  kənardan gələcək   təhlükələrə qarşı təhlükəsiz  olduqlarını hissetməlidirlər.

3.Yaxınlıq və həmrəklik duyğusu: Güvən duyğusunu bir-birlərinə hissetdirəbilən ailə üzvlərinin varlığı insanları xarici dünyanın çətinlik  və  qayğılarından qurtarır. Ailə daxilində  yaxınlıq və həmrəylik təmin edən bir sistemə aid ailə üzvləri, ətrafıyla de yaxın əlaqələr qura bilər.

4. Məsuliyyət duyğusu: Bütün  ailə fərdləri  muəyyən yaşlarda müəyyən məsuliyyətlərə sahibdir.Uşaqlara gender ayrı-seçkiliyinə görə deyil, inkişaf səviyyəsinə görə vəzifələr verilməlidir.

5. Çətinliklərin öhdəsindən gəlmək :  Hər fərdin öz-özünə və ya ailə üzvlərindən dəstək alaraq həll edə biləcəyi problemləri ola bilər. Uşaqlar da çətinliklərin öhdəsindən  tək başına  gəlməyi öyrənməlidirlər.

6. Xoşbəxtlik və özünü reallaşdırma mühiti: bu mərhələdə fərdlər qiymətli olduqları duyğusunu yaşayarlar və etdikləri fəaliyyətlərdən doyum təmin edərlər.

7. Mənəvi həyatın təməllərini meydana gətirmə: Qatı qaydaların, cezalandırıcılığın olmadığı ailə mühitlərində fərdlər öz daxili dünyalarını araşdırıb kəşf imkanı taparlar. Bu vəziyyət, ailə içində özüylə barışıq , qüvvətli və hörmətli fərdlər yetişməsinə köməkçi olar.

Ailə terapiyası simptom göstərən fərdin hər probleminə cavab verməz. Lazımlı olduğu vəziyyətlər ; müalicə üçün gələn fərd bir ailə sistemi içində iştirak edirsə və ya ailə ilə əlaqələri davam edirsə, var olan Ya da ortaya çıxan problemlər ailə sistemini təsir edirsə ailə terapiyasına müraciət edilə bilər.

Ibrahimova Aydan