Avtobuslar niyə gecikir - Səbəb AÇIQLANDI

"BakuBus" istifadəsində olan marşrutlarda avtobusların gecikməsinə səbəb olan amillər media nümayəndələrinin diqqətinə çatdırılıb.

Psixoloq.az xəbər verir ki, "BakuBus" MMC-nin direktor müavini Azər Qasımov bildirib ki, şəhər mərkəzində qeyri-qanuni prakovkalar avtobusların hərəkətinə mane olur: "Bu prosesdə avtobus sürücüləri günahkar deyil. Şəhərin bəzi küçələrində pik saatlarda tıxaclar olur. Bu səbəbdən avtobusların hərəkətində gecikmələr baş verir. Bu baxımdan sərnişimlərin də bizi başa düşməsini istərdik".

O bildirib ki, tıxaclarla yanaşı, taksi sürücüləri də avtobusların fəaliyyətə mane olur: "Bəzi hallarda isə avtobus dayanacaqları üçün ayrılan yerlərdə taksi sürücülərinin dayanması avtobusların dayanacağa girməyə mane olur. Bu həm sərnişinlərin yol ortasında düşməsinə səbəb olur ki, bu, təhlükəlidir. Həm də a dayanacaqlararası intervallarda gecikmələr yaranır".

O, bu problemlərin aradan qaldırılması üçün Bakı Nəqliyyat Agentliyi ilə birgə tədbirlər görüləcəyini qeyd edib.