Bacarıqlarını göstərə bilməyən uşaqlar...

Uşaq Psixologiyasının əsası olan İnkişaf terapiyası, uşaqların 18 yaşına qədər inkişaflarını diqqət mərkəzində saxlayır və bu mərhələdə inkişaf problemlərinin terapiyasını və reabilitasiyasını əhatə edir. Uşaqların inkişafı sadəcə fiziki inkişafla məhdud olmayıb, nitqin inkişafı, sosial adaptasiya, motor bacarıqlarının inkişafı, psixoseksual və koqnitiv inkişaf kimi müxtəlif sahələrlə birgə düşünülməlidir. Son dövrlərdə inkişaf pozuntuları adı altında bir çox diaqnoz geniş yayılmağa başlamışdır. Bu pozuntuları yaşayan uşaqlar bacarıqlarını göstərməkdə çətinlik yaşayırlar. Bununla yanaşı, nevroloji və xromosom pozuntuları ilə bağlı xəstələiklər yaşayan uşaqlarda qabiliyyət itkiləri ortaya çıxır. İnkişaf terapiyası, hər iki halda uşaqların qarşılaşdıqları çətinliklərin və ləngimiş bacarıqların mümkün olan səviyyəyə qədər reabilitasiyasını hədəfləyir. İnkişaf terapiyasının tətbiq olunduğu hallar:

  • Nitq pozuntuları
  • Koqnitiv / Zəka problemləri
  • Autizmin spektr pozuntuları
  • Geniş yayılmış inkişaf pozuntuları
  • Sensomotor pozuntular
  • Diqqət catışmazlığı və hiperaktivlik pozuntusu
  • Davranış pozuntuları
  • Sosial fobiya (Sosial Həyəcan Pozuntusu)
  • Görmə və eşitmə ilə bağlı problemlər
  • Motor pozuntuları
  • Akademik uğursuzluq(meduna)