Bakıda stadionun adı dəyişdirildi

“Keşlə” klubunun ev oyunlarını keçirdiyi “İnter Arena”nın adı dəyişdirilib. 

Psixoloq.az xəbər verir ki, stadion bundan sonra “ASK Arena” adlandırılacaq.

Ötən ilin sonlarında ölkə başçısının fərmanı ilə yaradılmış Azərbaycan Sənaye Korporasiyasının balansında olduğu üçün stadiona şirkətin adının baş hərfləri (ASK) verilib.

Qeyd edək ki, bu stadionun adı ikinci dəfə dəyişdirilib. 2001-ci ildən istifadəyə verilən arena ilk olaraq “Şəfa” stadionu adlandırılıb. Stadiona daha sonra “İnter” (hazırkı “Keşlə”) klubunun adına uyğun olaraq “İnter Arena” adı verilib.

Lakin “Beynəlxalq Bank” bu kluba sponsorluqdan imtina etdikdən və klubun adı dəyişdirildikdən sonra “İnter Arena” adına ehtiyac qalmayıb.