Bədəni düzgün formaya salmaq...Qarın gərmə əməliyyatı haqda bilinməyənlər

Qarın gərmə əməliyyatı çəki azaltmaq üçün tətbiq edilməyən, əksinə  bədəni düzgün formaya salmaq üçün icra olunan əməliyyatdır.

Psixoloq.az-a açıqlama verən ümumi, transplant və bariatrik cərrah Bəhruz Səlimovun sözlərinə görə, qarın gərmə proseduru narkozla icra olunan əməliyyatdır:

"Xanımda olan problemin miqyasından asılı olaraq təxminən 2-3 saat davam edə bilər. Əməliyyatdan sonra klinikada qalış müddəti təqribən 2-3 gündür. Reabilitasiya müddəti orta hesabla 2 həftədir".

Bəhruz bəy, əməliyyatdan sonra qarının ön divarında və toxumalarında ödəmin 2-6 ay ərzində olmasının mümkünlüyünü vurğulayıb.

"Bu xanımın çəkisindən və orqanizminin xüsusiyyətindəm asılı olaraq dəyişə bilər",-deyə doktor Səlimov qeyd edib. 

Əlavə suallar üçün həkimlə bir başa əlaqə yarada bilərsiniz.

Tel: 070 -579-88 -33

Şəhanə Quliyeva