Ağlayan zaman anidən əhvalın yüksəlməsi - Bipolyar affektiv pozuntu nədir?

Köhnə adı ilə “Maniakal – depressiv psixoz” adlanan bu xəstəlik özündə 2 ayrı fazanı birləşdirir. Bu fazalardan birində pasiyentdə əhval -ruhiyyənin kəskin qalxması, enerji yüksəlməsi müşahidə olunsa da digər fazada bunun tam əksinə şəxs dərin bir kefsizlik, tez yorulma, enerjinin azalması müşahidə olunur.Həmin əhvalın yüksəldiyi dövrə “Maniya” dövrü, əksi olan kefsizlik dövrünə isə “depressiya” deyilir.Qeyd etdiyimiz bu iki dövr xəstələrdə müəyyən periodlarda tutma şəklində bir-biriniz əvəz edir və krizlərdən sonrakı dövrlərdə pasiyentlər özlərini tam sağlam hiss edirlər.Bəzi kəskin hallarda maniya dövründə xəstədə psixotik əlamətlər (özünüböyütmə sayaqlamaları) rast gəlinə bilər. Zəruri qeyd kimi bildirim ki, bütün bu əlamətlər hər hansı kənar maddənin məsələn narkotik vasitələrindən qəbulundan sonra yaranmamalıdır.

Xəstəliyin gedişatı necə baş verir? 

Bir çox pasiyentimizdə mövsümü olaraq yaz aylarında manic dövrün kəskinləşməsi payız və qış aylarında isə depressiv dövrün yarandığını müşahidə edirik.

Bipolyar affektiv pozuntu hansı formada müalicə edilir ?

  Maniya dövrü nədir ?

Bu dövr adətən qəfildən başlayır 2 həftədən 4 aya qədər davam edə bilər. Əsas əlamətləri əhval- ruhiyyənin səbəbsiz kəskin yüksəlməsidir. Xəstələr çox tez-tez danışır, beyində fikirlər sürətlə bir -birini əvəz edir, gecə az yatmasına baxmayaraq gün boyu özlərini gümrah hiss edirlər, qətiyyən yorulmaq bilməyən bu şəxslər al -əlvan geyinməyə, çoxlu pul xərcləməyə, gərəksiz hədiyyələr almağa meyilli olurlar.İdarə etdikləri avtomobili sürətli sürmə, cinsi enerjidə artış, lüzumsuz zarafatlar etmək də manik dövrdə tez -tez rast gəlinən davranışlardır.

Hipomaniya maniakal dövrdə müşahidə olunan halların daha yüngül yaşanmasına deyilir.

Depressiv dövr daha uzun müddət davam edir. 6-8 ay bəzən daha uzunmüddət davam etdiyi də müşahidə olunur. Bu dövrün əsas əlamətləri halsızılıq, tez yorulma, ağlama, iş görmək istəyinin azalması, şəxsi gigiyenasına nəzarətin azalması, yuxuya ifrat meyillik, daxili sıxıntı, cinsi istəyin azalması, intihar fikirləridir.

BAP zamanı yuxarıda qeyd etdiyimiz dövrlər biri birini əvəz edir. Məsələn, 1 ay davam edən maniakal dövrün ardından xəstədə 9 ay və ya 1 il davam edən depressive epizod görülə bilər.Bəzən qarışıq epizodlar dediyimiz hallar da müşahidə olunur ki, bu zaman pasientin əhvalı günlük olaraq dəyişir.

Xəstəliyin müalicəsində istifadə olunan dərman qrupu əhval ruhiyyənin stabilizatorları adlanan bir qrupdur. Ən məşhur nümayəndəsi Litium olsa da bəzən digər bənzər dərmanlardan da istifadə etmək olar.Bu dərmanlar əgər pasiyent depressiv dövrdədirsə əhvalı yuxarı qaldırır, maniakal dövrdədirsə əhvalı aşağı salmağa xidmət edir. Bəzən kəskin dövrlərdə bu dərmanlarla bərabər antipsixotik dərmanlar da istifadə oluna bilər.