Bu oturuşa diqqət edin - Psixoloji rahatlıq versə də...

Ayağı ayağın üzərinə qoyub əyləşmək bir çox insanların xüsusilə də qadınların sevdiyi oturuş formasıdır.

Psixoloq.az xəbər verir ki, belə oturuş, qadınlarda özgüvəni formalaşdırır. Psixoloqların sözlərinə görə, bu forma qadınların daha eqoist olduğunun və ya özünə inanmın bir göstəricisi ola bilər. Ancaq xüsusilə də yaşlı nəsilin bu formanı düzgün qarşılamayıb, ayıb, hörmətsizlik hesab edə bilmə ehtimalı yüksəkdir.

Həkimlər isə bu formanın insan orqanizmi üçün təhlükəli olduğunu bildiriblər. Mütəxəssislərə görə, belə oturuş forması ayaqdakı əsəb tellərinə mənfi təsirlər göstərir. Həkimlərin nəzərinə görə, ayağı ayağın üzərinə qoymaq bel və boyun nahiyəsində ağrıların meydana gəlməsinə səbəb olar. Çünki bu cür əyləşən zaman ən çox təzyiq çanaq sümüyünə düşür. Nəticədə bel sümüklərindən biri fırlanmağa məcbur olur. Həmin sümük ağırlıqda yardım etmədiyinə görə təzyiq daha çox belə və boğaza düşür.

İnsan hər nə qədər bu cür uzun əyləşərsə, təzyiq daha çox olar. Ona görə də bir çoxlarında bel yırtıqlarının əmələ gəlməsinin səbəblərindən biri də uzun zaman bu cür əyləşməkdir. Bu səbəbdən həkimlər, bu vəziyyətdə əyləşməyi sevən insanların 10-15 dəqiqədən çox belə əyləşməmələrini tövsiyə edirlər.