Bu tarixədək diqqətli olun - Psixoloji dəyişkənliklər mümkündür

Bu gün Yer kürəsində növbəti maqnit qasırğası başlayıb.
Mütəxəssislər maqnit qasırğasının güclü olmadığını bildirsələr də, müəyyən insanlar üçün təhlükəli sayılır.
Çünki bu dəfə maqnit qasırğası əvvəlkilərdən fərqli olaraq bir neçə gün davam edəcək. 
Sentyabrın 11-dən 14-dək bəzi insanlar özlərini pis hiss edə bilər. Bu zaman baş ağrısı, ürək bulanması, əhvalın dəyişməsi, psixoloji dəyişkənliklər mümkündür. Bu baxımdan insanların diqqətli olmağı tövsiyə edilir.
Əgər problem davam edərsə, psixoterapevtə müraciət edərək vəziyyətinizi yaxşılaşdırmağınız mümkündür.