Bu vəziyyətdə 5 dəqiqə qalın - İnanılmaz NƏTİCƏ

Ayaqları divara söykəmək orqanizm üçün çox faydalıdır.

Psixoloq.az xəbər verir ki, bu, yeni araşdırmalar zamanı məlum olub.

Gün ərzində bədənimiz şaquli vəziyyətdə olur, xüsusilə saatlarla oturaq vəziyyət qalmaq çox zərərlidir. Bu sadə poza sayəsində bədən gümrahlaşır. Üstəlik sadə pozanı həyata keçirmək üçün əlavə səy göstərmək lazım olmayacaq.

Bəs bu formada 5 dəqiqə qalmaqla əlavə olaraq nə əldə edirsiniz?

Beliniz dümdüz şəkildə yerə uzanıb ayaqları divara söykədikdə yorğunluq aradan qalxır,

Bədən canlanır,

Bel ağrıları yox olur

Başınız daha yaxşı işləməyə başlayır. Bu hərəkət sayəsində orqanizm tonusa gəlir, ayaqlarda yüngüllük hiss olunur.

Bədən tez bərpa olunur, dincəlir,

Onurğa sütununda gərginlik aradan qalxır.

Bu şəkildə durmaq ürəyin fəaliyyətini normaya saldığı üçün ayaqlarda qan dövranı daha yaxşı işləyir və “ayaqlarda ağırlıq” çəkilir.