Diş həssaslığının səbəbləri - Bu məcunlar...

Bir çox insan diş həssaslığı səbəbindən soyuq, isti içki və yeməklərə həsrət qalır.

Bəs narahatçılığa səbəb olan diş həssaslığının səbəbləri nədir?

Psixoloq.az xəbər verir ki, stomotoloq Ramil Yusubov problemin dərinliklərindən bəhs edib.

Onun sözlərinə görə, dişlərə mənfi təsir edən maddələrdən hazırlanmış məcunlardan və sərt diş fırçalarından istifadə etmək başlıca səbəblər sırasındadır.

“Diş emalının eroziyası, kariesin başlanğıc forması zamanı, diş daşının təmizlənməsindən sonra (diş daşı ilə örtülən emal daha zəif olur və bir neçə gün ərzində daha həssas olur), dişlərin ağardılmasından sonra bir müddət həssaslıq yarana bilər”,-deyə stomotoloq bildirib.

Müəllif: Şəhanə Quliyeva