Dodaq boyanıza görə xarakterinizi analiz edin

Hər keçən gün insanların üstündə gördüyümüz rənglər əlbəttə ki onlardan bir parçadır və izlər daşıyar. Məsələn, davamlı tünd rəng geyinən birinin çox da macərapərəst biri olduğunu deyə bilmərik. Paltarların olduğu qədər, dodaq boyalarının rəngi də insan xarakterini əks etdirdiyi bir gerçəkdir.

Qırmızı dodaq boyası

Heç şübhə etmədən deyə bilərik ki, kişilərin diqqətini çəkməyi sevən və ilgi sevən xanımlar qırmızı pomada rənginə ən çox üstünlük verənlərdir. Olğun qadınlardır, özlərini bəyənərlər, özlərinə güvəni yüksəkdir və zəngin kişiləri sevərlər.

Çəhrayı dodaq boyası

Ümumilikdə daha çox rahatlığına düşkün qadınlar pomada üçün çəhrayı rəng tərcih edərlər. Gözəl və rahat həyat tərzi onlar üçün ən yaxşısıdır. Məsələn iti dabanlı ayaqqabı yerinə babetlər geyərlər və yanlarında daima çəhrayı dodaq boyası daşıyarlar. Bu qadınlar dostlarına çox sadiqdirlər. Bütün kişilərin yalançı olduğuna inanar və onlara güvənməzlər. Ümumilikdə çəkici kişiləri sevərlər.

Narıncı dodaq boyası

Əylənməyi sevərlər. Sosial mövzulara maraqları yüksəkdir. Musiqi onlar üçün olmazsa olmazdır. Kompüterlərinin yaddaşının böyük bir qismi film ilə doludur. Ən çox gündəmdə olan kitabları deyil, özlərinə bir şey öyrədəcək kitabları seçərlər. Ağıllı və əyləncəli tiplər onlara görədir.

Bənövşəyi dodaq boyası

Bu pomada bizə ağ xanımları xatırladır. Onlar çox duyğusaldırlar. Bəzən sərt xarakterlərdə qarşımıza çıxa bilərlər. "Bəlkə" deyil, "bəli" və ya "xeyr"-dir onlar üçün! Ağlı-başı yerində, olğun tipləri sevərlər.

Mat dodaq boyası

Bu rəngi çox vaxt bəsit xanımlar tərcih edərlər. Gözlərini ön plana çıxarmaq istəyən xanımlar dodaqlarını arxa planda qoymaq üçün bu rəng tonlarını tərcih edə bilərlər. Kəskin baxışlıdırlar və çəkici kişilər onlar üçün idealdır.