Dodaqlara görə xarakterinizi öyrənin

Dodaq forması ilə  xarakter analizi aparmaq mümkündür. Dodaqların xarakterinizə təsiri barədə məlumatı təqdim edirik:

Alt dodaq və üst dodaq bərabərdir

Belə dodağı olan şəxslər problem həll edən, samballı adamlar olaraq tanınır. Tənqid olunmaqdan narahat olmazlar. İnsanların düşüncələrinə hörmətlə yanaşarlar. Onları hirsləndirmək imkansızdır desək yanılmarıq.

Nazik, bir az qabarıq dodaqlar

Belə dodaqları olan insanlar nazlı olurlar. Həyatdakı öncəlikləri öz rahatlıqları və duyğularıdır. Özlərinə qulluq etməsələr kiminsə onlarla maraqlanmayacağını düşünürlər. Çox sadiq və yaxşı dostdurlar.

Çox nazik üst dodaq

Liderlik ruhlarında var. Təsiretmə qabiliyyətində bacarıqlı, enerjili, çarə düşünən, möhtəşəm bir şəxsiyyətdir. Problemləri həll etməyin bir yolunu mütləq tapırlar.

Qalın və yumşaq dodaqlar

Belə dodaqları olan şəxslər mütləq bir başqasının məsuliyyətini üzərinə götürmək üçün doğulublar. Əgər dodaqlarınız belədirsə, uşaqlığınızın bir qismini küçədəki heyvanları qidalandıraraq, ya da onlara sahiblənərək keçirmiş ola bilərsiniz. Belə dodaqlı şəxslərin çox yaxşı valideyn olduğu düşünülür.

Üst dodaq alt dodaqdan daha qalındır

Bu növ dodaqları olan şəxslər diqqət mərkəzində olmağı daha çox sevirlər. Duyğusal, xarizmatik, eşq sevən və diqqət çəkməkdən xoşlanan şəxslərdir. Özlərini çox sevirlər. Maraq dairəsi olmağı xoşlayırlar.

Alt dodaq üst dodaqdan daha qalındır

Belə dodaqları olan şəxslər əylənməyin nə olduğunu həqiqətən yaxşı bilirlər. Enerjili bir yaşam, yeni dostlar, məkanlar, yeni kəşflər daim onlar üçün həyəcanverici olur.

Nazik dodaqlar

Nazik dodaqları olan şəxslər adətən yalnızlığı sevirlər. Özləri ilə olmağı seçirlər, tənha şəxs olaraq problemləri ilə yaxşı maraqlana bilirlər. Yalnızlığı sevmələrinə rəğmən sosial şəraitlərdə də xoşbəxt olur və narahatlıq duymazlar. İnsanlarla rahatlıqla ortaq bir dil tapıb dostluq da qura bilirlər.