EFA klubunun oyunçuları mükafatlandırılıb - FOTO

Azərbaycan Çimərlik Federasiyası rəhbərliyi, yeniyetmələr arasında ölkə çempionu adını qazanmış EFA klubunun futbolçuları, məşqçiləri və rəhbər heyəti qəbul edib.

Psixoloq.az xəbər verir ki, görüş zamanı oyunçular təbrik edilərək, xatirə hədiyyələri verilib. 

Nəzərinizə çatdıraq ki, European Football Academy, bu yarışın yüksək səviyyədə təşkilinə görə, federasiya prezidenti Fərid Novruziyə, vitse prezidenti Fərid Axundova, inzibatçı Rüfət Həsənova, həmçinin yeniyetmə futbolçulara dəstək verən milli komandanın baş məşqçisi Zeynal Zeynalova və milli komandanın üzvü Elvin Quliyevə dərin minnətdarlıqlarını bildiriblər.

c9667b61b61098db5668b2d60e93a5df.jpg