Emosional Intellektin həyatımızdaki rolu

Son zamanlar emosional intellekt barəsində çox müzakirə aparılır. Emosional intellektinin inkişaf etməsi insan üçün çox faydalıdır. Hər bir insanın ağıl, zəka və intellekt bacarıqları ilə yanaşı, həm də emosional intellekti də inkişaf etməlidir. Təbii ki zəkalı insanların emosional intellekti daha yüksəkdir, onlar reallığı ve gerçək həyatı daha rahat qəbul edib qarşılıqlı əlaqə qura bilirlər.

Bu həm fərdlərarası münasibətlərə, həm insanın subyektiv düşüncələrinə, həm də onun cəmiyyətə uyğunlaşmasına və bütün kommunikasiya vasitələrinə köməkdir.

Beləliklə, emosional intellekt- effektiv ünsiyyət, idarəetmənin ve  effektiv biznes qurmanın ən vacib detallarından biridir.

Hər hansı bir məlumatın qəbul edilməsi -sensor sistemlər vasitəsilə baş verir. Eynizamanda beynin əsas sahələri əvvəlcə hərəkətedir, sonra avtonom sinir sistemi (veqetativ), əzələ və digər sistemlərin reaksiyaları davam edir.

Hər hansı bir informasiya ilə, insanın özü iləvə ətraf aləmlə əlaqə əsas sürətləndiriciamillərdən (drayverlerden) asılıdır:özünüdərketmə, özünüqiymətləndirmə,motivasiya, adaptasiya səviyyəsindən asılıdır. Bu sürətləndirici amillər (drayverler) aşağıdakılardır:1. Özünüdərketmə bacarığı -fikir və duyğularınızı,emosialarınızı, bədəninizi vədavranışınızı şüurlu şəkildə anlamanız;

2. Özunüqiymətləndirmə bacarığı- qətiyyətlilik, özünə hörmət, qəbul və asıllılıq (bir insanın xarici təsirlər və qiymətləndirmələrdənasılı olmayaraq, öz davranışını müstəqil tənzimləmə və bunun üçün məsuliyyət daşımaqabiliyyəti);

3. Motivasiya bacarığı-özünü aktuallaşdırmavə qətiyyət arzusu ilə yanaşı motivasiya, həmçinin yeni, güclü hədəflərə istiqamətləndirilmək və uğursuzluqların obyektiv təcrübəsinin açıq şəkildə qəbul edilməsi;

4. Adaptasiya bacarığı -istənilən bir insan ilə empatiyanın qurulması, stress müqaviməti, qərar qəbuletmə bacarığı və fərdlər arasında ünsiyyətqurma bacarığı;

Bütün bu bacarıqları inkişaf etdirmək çətin olsa da, mümkündür. Buna görə də fərd öz üzərində hər gün işləyərək müsbət bir nəticə əldə olunana qədər çalışmalıdır.