Əşyalarınızı “BakuBus”da unutmaqdan QORXMAYIN!

“BakuBus” MMC avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən) sənəd və əşyaların sahiblərinə qaytarılması işini davam etdirir.

MMC-dən verilən məlumatda bildirilib ki, iyul ayında “BakuBus”a məxsus avtobuslarda tapılan 7 ədəd çanta, 5 ədəd telefon, 2 ədəd dəmir avadanlıq, 1 ədəd pulqabı, 1 ədəd kitabça və 1 ədəd iş kartı sahibinə təhvil verilib.

Həmçinin, iyulda avtobuslarda unudulan (itirilən) Cəmilə Ələsgər qızı Mustafayeva, Aytac Abisalam qızı Əliyeva və Naibə Nazim qızı Aboyevaya məxsus şəxsiyyət vəsiqələri, Ruslan Arzum oğlu Muradova məxsus pasport, Nicat İzzət oğlu Hüseynov və Rəhim Yusif oğlu Əliyevə məxsus tələbə biletləri, Firuzə Sabir qızı Rəhimova, Samirə Ağasəlim qızı Dadaşova və Fərid Məmməd oğlu Yusifova məxsus sənəd üçün qablar, Rüfət Aslanov, Arif Həsənov və Dilruba Əsgərzadəyə məxsus bank kartları, İlkin Marif oğlu Hüseynova məxsus iş kartı və 1 ədəd “BakıKart”, eləcə də sahibləri məlum olmayan əşyalar hazırda “BakuBus” MMC-dədir.

Vətəndaşlar şəxsiyyəti təsdiq edən sənədlə “BakuBus” MMC-yə müraciət edərək özlərinə məxsus sənəd və əşyaları təhvil ala bilərlər.

Qeyd edək ki, “BakuBus” MMC-yə məxsus avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən), sahibləri tərəfindən götürülməyən sənəd və əşyalar vaxtaşırı olaraq Bakı Şəhər Baş Polis İdarəsinə və “Poçtap” xidmətinə təhvil verilir.

Onu da qeyd edək ki, “BakuBus” MMC avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən) sənəd və əşyalara görə cavabdehlik daşımır.(publika.az)