Evlilikdə münasibəti necə qorumalı? - Sorğunun nəticələri

Xoşbəxt evlilik yaşamağa həvəsləndirirsə, bədbəxt evlilik stress yaradır. Bəs, evlilikdə xoşbəxtliyi necə qorumaq olar?

İnsanlar arasında aparılan sorğunun nəticələrini təqdim edirik:

Mütləq həftədə bir dəfə özünüzə vaxt ayırın və birlikdə nəsə edin. Məsələn, evdən çıxın və birlikdə şam edin. Yaxud kinoya baxmağa gedin. Bu, baş-başa qalmağınız üçün bir fürsətdir.

Tez-tez yeni bir şeylər kəşf edin. Məsələn, həftə sonları və ya tətildə eyni yerə getməyin. Daha əvvəl getməyiniz yerə gedin və ya etmədiyiniz bir şeyi edin. Bununla birlikdə stressi atmış olarsınız və yeni nəsə öyrənərsiniz.

Həyat yoldaşınızın dostları ilə, iş yoldaşları ilə tanış olun. Axşam birlikdə olanda gün ərzində nə yaşadığınızı, xoşbəxtliyinizi, problemləri paylaşın. Uşaqlarınızın varsa, onların da tərbiyəsi ilə birlikdə məşğul olun. Bu şəkildə həyatınızdakı stress azalmış olar.

Bir-birinizlə zafatlar edin. Həyatdan və bir-birinizdən zövq alın. Problemlərin həyatınıza daxil olmasına yol verməyin.