"Edip kompleksi" nədir?

Psixoanalizin banisi hesab olunan Ziqmunt Freydin irəli sürdüyü fikirlərdən biri də uşağın qarşı cinsdən olan valideyninə cinsi istək duymasıdır. O bunu «Edip kompleksi» adlandırıb. Bu anlayış yunan miflərindən olan, Sofoklın «Edip tragediyası»ndan götürülüb. Mifə görə Debai şəhərinin kralı Laiosun övladı olmurmuş, narahat olan kral dərdini Apollona danışır. Apollon da ona, övladın olarsa, gələcəkdə səni öldürüb, anası ilə evlənəcəyini bildirir. Bunu eşidən Laios fikrindən imtina etməyə başlayır, lakin bir oğlu dünyaya gəlir. Gələcəkdə öldürülməsindən qorxan kral oğlunun öldürülməsini istəyir, ancaq Kraliça Lakosta buna imkan vermir və öldürmək əvəzinə uzaqlarda bir yerdə, tək başına buraxılmasını təklif edir. Onlar uşağı kimsəsiz bir yerdə ayağından ağaca asılmış vəziyyətdə ölümə məhkum halda buraxırlar. Lakin yoldan keçən başqa bir şəhərin çobanları uşağı görüb xilas edirlər və kralın yanına gətirirlər. Bu şəhərin kralının da övladı olmadığından bu uşağı böyütməyə qərar verirlər. Ayağı ağacdan asılı qaldığı üçün şişən uşağa "şiş" mənasını verən Edip adını verirlər. Edip böyüdükdən sonra bunların onun həqiqi valideynləri olmadığını öyrənir və həqiqəti öyrənmək üçün Debai şəhərinə geri dönməyə qərar verir. Həqiqi valideynlərinin kim olduğunu öyrənmək üçün Apollonun yanına gedir. Apollon ona bütün əhvalatı danışır, atasını öldürmək istəməyən Edip uzaq bir şəhərə getmək üçün yola çıxır. Yolda baş verən bir qarşıdurmada bilmədən öz atası Laisosu öldürür. Edip doğulduğu şəhərə yola düşür və soruşduğu suallara cavab verməyənləri öldürən birinə «Sfinksə» rast gəlir. Sfinksin verdiyi suala cavab verən Edip, şəhərin kralı elan olunur. Şəhərin kralı öldüyü üçün onun dul arvadı ilə evlənir və 4 övladları olur. Tanrılar bu hadisəyə münasibətlərini bildirmək üçün şəhərdə quraqlıq, aclıq yaranmasına şərait yaradırlar. Bu fəlakətin səbəbini öyrənmək istəyən Edip bir bilici yanına gedib bütün gerçəyi — atasını öldürdüyünü və anasıyla evləndiyini öyrənir. Bunu bilən kraliça Lokasto özünü öldürür, Edip isə özünü kor edir. Bunu eşidən şəhər camaatı isə Edipi alçaldıb şəhərdən qovurlar. Freyd nevrozların yaranma səbəbini araşdırarkən uşaqlarda baş verən cinsi xarakterli sarsıdıcı hadisələrin önəmli olduğununun fərqinə varmışdı. Kliniki və psixoanaltik tədqiqatlar sayəsində (uşaqlarda bəzi cinsi xəyalları və valideynlərə olan münasibət) normal insanların da buna bənzər hadisələr yaşadığı nəticəsinə gəlmişdir. Yəni hər bir insan uşaqlıqda bu dövrü keçir. Edip kompleksinə daha yaxından nəzər salmaq üçün Freydin inkişaf nəzəriyyəsinə baxarsaq; nəzəriyyənin psixikaya əsaslandığını, psixikanın inkişaf nöqtəsinin də libidonun keçdiyi müxtəlif mərhələlər olduğunu görərik. Bu mərhələlər libido investisiya formaları və obyektləri baxımından fərqlidir. Məsələn, oral dövrdə həssas bölgə ağız, anal dövrdə isə anusdur. Anal dövrdə libido inkişaf etməyə başlayır və bu dövr «fallik» dövr adlanır. Fallik dövrünün əsas xüsusiyyəti libidonun ağırlaşmasıdır. Bu dövrdəki həssas bölgələr cinsiyyət orqanlarıdır. Libidinal arzular qarşı cinsdən olan valideynə yönələrkən Edip kompleksi də formalaşmağa başlayır. Z. Freydə görə uşağın ilk eşqi qarşı cinsdən olan valideyndir. Oğlan uşağının anasına öyünməsi, atasının anasına olan münasibətini qısqanması bu kompleksin ilkin əlamətləri hesab olunur. Bu nəzəriyyə oğlan uşaqlarının şüuraltında yığılan basdırılmış duyğu və düşüncələri açıqlayır.Psixoanalizdə bu kompleks insan psixikasının inkişafında ən kritik dövr hesab edilir. Freydə görə uşağın 3-5 yaş mərhələsi edip mərhələdir. 5 yaşından sonra bu kompleks yox olur, lakin yeniyetməlikdə yenidən ortaya çıxa bilir. Edip kompleksi barədə fikir ayrılıqları var.Psixoanalitiklər Edipə qarşıYunq, Fromm, Horney, Erikson, Sullivan Freydə etiraz etmiş və öz fikirlərini irəli sürmüşdülər. Freydin Edip kompleksi mövzusuna fərqli prizmadan baxan K. Horney qeyd edirdi ki, edip kompleksinin səbəbi bioloji yox sosial foktorlardır. Horneyə görə Edip kompleksi nevrotik sevgi aclığının ifadə formalarından biridir. Nevrotik sevgi və yıxıcılıq ehtiyacı uşaqkən ortaya çıxır. Freydin Edip mərhələsi adlandırdığı bu yaş dövründə valideynlərin birinə sevgi hissləri bəslədiyi halda digərinə nifrət bəsləyir. Lakin bu biolojik səbəblərdən qaynaqlanmır, əksinə qayğını azaltmaq məqsədilə istifadə olunan bir vasitədir. Uşağın bu dönəmdəki hərəkətlərində cinsi istəklər görünsə də axtardığı cinsi doyumluluq yox, güvənlilikdir. Sallivan fərdin inkişafını 7 mərhələyə ayırır. İlkin uşaqlıq adlandırdığı mərhələdə uşaq cinsiyyəti ilə maraqlanmağa başlamasını və həmcins olan valideynini örnək almağa çalışdığını söyləyir. Lakin bunun Edip kompleksindən yox həmcins valideynin uşaqla daha rahat davranmasından, uşaqlar ictimai gender rolları sərgiləyərkən valideynlər tərəfindən mükafatlandırılmasından yaranır. Erikson insan inkişafını 8 psixososial mərhələyə bölmüşdür. Üçüncü mərhələdə uşağın cinsi marağı və supereqosu formalaşmağa başlayır və bu mərhələ «oyun dövrü» adlanır. Eriksona görə bu mərhələdə həm uşağın cinsi marağı, həm də ana və ya atanın yerinə keçmə istəyi qazanılacaq sahibkarlığın əsas mövzusudur. Uşaq bu səbəbdən valideynləri tərəfindən cəzalandırılarsa, uşaqda günahkarlıq hissi yaranacaqdır. Sahibkarlıq və günah üzüntüsünü sağlam şəkildə adlaya bilən fərddə dövrün əsas qüvvəsi olan «məqsəd» formalaşacaqdır. Yəni uşaq özünə hədəflər seçəcək və davranışlarını məqsədə uyğun icra edəcəkdir. Əks halda uşaqda patoloji utancaqlıq yaranacaq. Bu uşağın sahibkarlıq hissini cəza və günahkarlıq qorxusu ilə ləkələməkdir. Kohut Edip kompleksini «Edip mərhələsi» adlandırır. Hər kəsin yaşadığı bu mərhələ hər kəsdə qarşıdurma yaratmaz. O Edip əfsanəsinə alternativ olaraq Odisseya əfsanəsini təqdim edir. Burda çıxardığı nəticə isə ata-oğul arasındakı münasibətin əslində sevgi, qoruma, incitməkdən yayınma olmasıdır. Ona görə Edip istənməyən və ölümə tərk edilmiş bir uşaq olaraq ata-oğul münasibətinin dinamikasını anlada bilməz. Lakan qeyd edirdi ki, uşağın atasına verdiyi anlam və məna ananın ataya bəslədiyi duyğulardan asılıdır. Əgər bu duyğular olmazsa, uşaq obrazlı münasibətdə ilişib qalır və bu gələcəkdə psixozun yaranmasına zəmin yaradır. Atanın adına bəslənən duyğular uşağı Edip üçbucağına salır. Bunun üçün həqiqi ataya ehtiyac yoxdur, atanın adı belə yetərlidir. Frusstrasiyaların səbəbi qadağalar qoyan atadır. Ana-uşaq münasibətinə sonradan daxil olan, uşağın nəzərində bioloji əhəmiyyət daşımamaqla yanaşı, birdən-birə önəm qazanan ata arasında eyniləşmə yaranır. Uşağın Edip kompleksini atlada bilməsi üçün lazım olan ilk şey atasının yerinə keçmək istəməsidir. Bu ata ilə eyniləşməyə zəmin yaradır. Bu kompleksin uğurla adladılmaması nevroza səbəb olur. Elektra kompleksiPsixoanaliz nəzəriyyəsinə əsasən, Elektra kompleksinin məzmunu qız övladının şüuraltı formada atasına olan meylliyi, həmçinin anasına olan düşmən və rəqib münasibətidir. Elektra kompleksi inkişafın fallik mərhələsində yaranır. Kompleksın adı atasını öldürdüyünə görə anasından intiqam almış çar Miken Aqamemnonun qızı Elektranın adından götürülmüşdür. 697f67.jpgBu termin ilk dəfə 1913-cü ildə Karl Qustav Yunqun «Psixoanaliz nəzəriyyəsinin şərh edilməsi təcrübəsi» əsərində təklif edilmişdir. Freyd «Elektra kompleksi» terminini «Edip kompleksi» ilə eyniləşdirirdi və təklif edirdi ki, Edip kompleksi hər iki cinsə şamil edilsin. Freyd «Elektra kompleksi»ni faydasız termin adlandırmışdır. Ehtimal edilir ki, bunun səbəbi Freyd və Yunq arasında möcvud olmuş şəxsi ədavətlə bağlıdır. Bir çox psixoanalitiklər bu termini köhnəlmiş hesab edirlər və "Edip kompleksi"nin qadın versiyasından istifadə etməyə üstünlük verirlər. Freydin fikrincə inkişafın ilkin mərhələsində qız övladı hər iki valideyninə eyni dərəcədə bağlı olur. Buna baxmayaraq, qız sonradan penisinin (kişi cinsiyyət orqanı) olmadığını aşkar edir. Bu kəşf qadının seksual inkişafında həlledici rola malikdir. İlkin mərhələdə, "penisə olan nifrət" qızda atasına meyllik yaradır və o, atasından hamilə qalmağı arzulayır. Eyni zamanda qız övladı özünün "natamamlığında" anasını günahkar hesab edir və anasına olan düşmən münasibəti daha da kəskinləşir. Freydin fikrincə, qızlarda axtalanma qorxusu olmadığına görə, ataları ilə cinsi əlaqədə olmaq arzularını həyata keçirə bilmədiklərinə görə daha az əzab çəkirlər və Edip kompleskinin qəti şəkildə aradan qaldırılmasına daha az ehtiyac duyurlar. Nəticədə qızlar qeyri-müəyyən uzun müddətə Edip kompleksində qala bilirlər və qadının Supereqosu inkişafdan geri qalır. Eyni zamanda qadınlara penisə sahib olma istəyi daim təmin edilməmiş olaraq qalır və onları özlərini "natamam" hiss etməyə məhkum edir. Muxtar Haşim