Gənc jurnalistlərin nəzərinə...

Jurnalistika fakültəsini bitirən gənc yazarlar və jurnalist olmaq istəyənlər...

Psixoloq.az portalı bu istiqamətdə sizə əla fürsət təklif edir. Belə ki, aranızdan seçilən jurnalistlər, saytda məqalə yazıb, mütəxəssislərdən müsahibə və açıqlama ala biləcəklər. Hazırladıqları material isə redaktor tərəfindən yoxlanılaraq jurnalistə bu barədə ətraflı maarifləndirici məlumatlar veriləcək və saytda dərc ediləcək. Həmçinin gənc yazarlar, peşəkar insanlar, mütəxəssislərlə işləmək şansı əldə edərək təcrübə qazanacaqlar. 

Bununla yanaşı gələcəkdə Psixoloq.az portalında işləmək fürsəti də əldə edə bilərsiniz.

Qeyd edək ki, təcrübə qazanmaq istəyənlərin xəbər yaza bilmə bacarığının olması şərtdir.

Savadını artırmaq, təcrübə qazanmaq istəyən gənclər cv-ni  [email protected] mail adresinə göndərə bilərlər.