Göbələyin təbii yollarla müalicəsi

Mikozlar – dəri və dırnaqların göbələklər tərəfindən zədələnməsi nəzərdə tutulur. Mikozların törədiciləri yalnız insanda parazitlik edən antropofil göbələklər, heyvanlardan insana yoluxan zoofil göbələklər, həmçinin Candida cinsindən olan şərti-patogen maya göbələkləri ola bilər.

Göbələklər neytral və ya zəif-qələvi mühitdə inkişaf edir, aşağı temperatirlara qarşı çox davamlı olur.

Göbələklər adətən xəstə insandan sağlama kontakt yolu ilə yoluxur. İnfeknsiya mənbəyi rolunu həm zədəli dlrnaqlar, həm də xəstə dəri oynaya bilər.

Mikozların yaranmasına şərait yaradan faktorlar:

1. Xarici faktorlara dərinin həmişə nəm olması, çatlar və qaşınma izləri, isti və rütubətli hava şəraiti aiddir.

2. Daxili faktorlar  arasında daha çox şəkərli diabet və piylənmə kimi mübadilə pozulmaları, QİÇS, immunosupressiv terapiya, antibiotiklərlə və oral kontraseptivlərlə uzunmüddətli müalicə, klimaks dırnaq mikozlarının inkişafına təkan verir.

Göbələk infeksiyası ilə kontakt müxtəlif şəraitlərdə baş verə bilər. Məsələn, su hovuzlarında, ümumi hamamlarda, çimərlikdə, idman zalında, hətta qonqlıqda kiminsə tərliklərin geyindikdə. Buna görə də şəxsi gigiyena qaydalarına həmişə diqqət etmək lazımdır. Lakin göbələklə hər bir kontakt xəstəliyin yaranması ilə nəticələnmir. Yoluxma yolları:

- manikür alətləri

- araqqabı, corab və s.

- şəxsi gigiyena vasitələri

- hamam ləvazimatları

 Mikozların xalq təbabəti üsulları ilə müalicəsi

 Dəmrovotu ilə vanna

Ayaq dərisinin və dırnaqların göbələyi zamanı dəmrovotu ilə vanna etmək məsləhətdir. Bunun üçün 4 xörək qaşığı xırdalanmış otun üzərinə 6 stəkan qaynar su əlavə olunur və 3-5 dəqiqə qaynadılır. Süzüldükdən sonra 30 dəqiqə ərzində ayaqlara vanna edilir. Həmin dəmləmə ilə gündə bir neçə dəfə xəstə dırnaqların üzərinə kompres edilə bilər. Belə vannalar üçün çay sodasından da istifadə etmək olar. Vanna 1 litr suya 1 xörək qaşığı soda hesabı ilə hazırlanır.

Spirtli-qliserinli məhlul

2 çay qaşığı spirt, 2 çay qaşığı essensiya və 1 çay qaşığı qliserindən ibarət məhlul hazırlanır. Hər gecə xəstə dırnaqlar bu məhlulla silinir. Prosedur bir ay müddətində təkrarlanır. Əgər məhlul dırnaqətrafı dəriyə düşərsə, dərini yandıra bilər. Bunun qarşısını almaq üçün məhlulu tez silmək və yağlı krem çəkmək lazımdır.

Propolis

Pambıq tampon propolisin spirtdə 20 faizli məhlulu ilə isladılır və xəstə dırnaqların üzərinə qoyulur. Belə müalicə xəstə dırnaq düşənə qədər davam etdirilir. Propolis məhlulu ev şəraitində də hazırlana bilər. Bunun üçün 10 ml spirtə 10 qr propolis qatılır.

 Yodla müalicə

20 gün müddətində səhər və axşam xəstə dırnaqlar yod məhlulu ilə silinir. Qonşu sağlam dırnaqlar isə iki gündən bir yodlanır. 5-7 gündən sonra dırnaqların ətrafında yüngül yandırıcı ağrı əmələ gəlir. Bu, müalicənin uğurlu olmasını göstərir. Əgər ağrı çox güclü olarsa, prosedur daha seyrək edilir (2 gündə 3 dəfə).

Çaqa kompresi

Çaqa göbələyindən nazik təbəqə kəsilir və xəstə dırnağın üzərinə qoyulur, üzəri sellofanla örtülür və binlənir. Gəcə saxlandıqdan sonra kompres açılır və ayaq ilıq su ilə yuyulur. Dırnağın ayrılmış hissələri kəsilir və bütün zədəli səth yodla silinir. Prosedur uzun müddət aparılır. İlk vaxtlarda ağrı ola bilər, lakin müalicə davam etdirilməlidir.

Dəniz duzu ilə vanna

Bir həftə müddətində hər gün ayaqlara dəniz duzu ilə vanna edilir. Vannanın qəbul müddəti 15 dəqiqədir. Bundan sonra zədəli dırnaqlar dəmrovotunun təzə şirəsi ilə silinir.

Quşarmudu ilə müalicə

Quşarmudunun (üvəz) təzə yarpaqları əzilir, xəstə dırnaqların üzərinə qoyulur və bintlə bağlanır. Belə prosedur bir neçə ay müddətində hər gün edilir.

Çiy yumurta məlhəmi

Bir ədəd çiy yumurta, bir çay qaşığı dimetilftalat, bir xörək qaşığı bitki yağı və bir xörək qaşığı sirkə qarışdırılaraq məlhəm hazırlanır və soyuducuda saxlanır. Hər gecə məlhəm xəstə nahiyələrə sürtülür, üzərindən polietilen paket və corab geyilir. Dırnaq mikozlarının ağır formalarında belə kompres 3-4 gün müddətində saxlanmalıdır. Müalicənin gedişində xəstə dırnaqlar düşür, yerinə yeni sağalm dırnaqlar əmələ gəlir.

Fitoterapevt Elnur Rəhimov