Göz rənginə görə xarakterinizi öyrənin

Gözlər qəlbin aynasıdır deyirlər.

Bəs göz rənginin insanın xarakterini təcəssüm etdirdiyini bilirdinizmi?

Qara gözlər

Hadisələr qarşısında çox tez həyəcanlanan, intizamlı, qayda-qanuna riayət edən insanlardır. Duyğusal olan bu insanların istər sevgisi, istərsə də kini çox güclü olur. Onlar qarşılarındakı insanı idarə etmək istəyərlər.

Yaşıl gözlər

Sevdiklərini heç vaxt qırmaq istəməzlər. Çox əsəbi olsalar da, qarşısındakını heç vaxt incitməzlər. Buna görə hisslərinə həmişə hakim olmağı bacarırlar.

Mavi gözlər

Durmağı sevməyən, enerji dolu, həmişə pozitiv qərarlar verən, əliaçıq, dəyişikliklərdən qorxmayan biridir.

Boz gözlər

Pisi, yaxşını seçməyi bacaran, həssas qəlbə sahib insanlardır. Qürurlu olduqlarından qırıldığında bağışlamazlar.

Qəhvəyi gözlər

Başqalarının onları idarə etməsini sevməzlər. Sirlərini hər kəsə deyən insanlardır. Dünyaya bağlı gözlərlə baxarlar.