Günə qəhvə ilə başlayın - Əsəbi sakitləşdirir

Qəhvə həm sağlamlıq cəhətdən, həm də psixoloji cəhətdən insanı rahatladan içki növüdür.

Psixoloq.az xəbər verir ki, bu, aparılan yeni araşdırmalardan sonra məlum olub. Belə ki, hər səhər bir qəhvə içmək, daha gümrah olmağa və pozitiv düşünməyə meylli edir. Buna səbəb isə insanın səhərin ilk saatlarında içdiyi içkidən zövq almasıdır. Psixoloqlar, günə enerjili başlamağın səbəblərindən birinin qəhvə ola biləcəyi fikrini təsdiq ediblər.

Bununla yanaşı ABŞ-ın Milli Onkologiya İnstitutu və Səhiyyə İnstitutunun alimləri 10 mindən çox insan üzərində 10 il tədqiqat aparıblar. Nəticələr isə bir çox insanı təəccübünə səbəb olub. Tədqiqata görə, içilən qəhvə xərçəng, yaddaş problemi və ürək xəstəlikləri kimi yaşlanma ilə bağlı ortaya çıxan xəstəliklər və erkən ölüm riskini azaldır.

Gündə 1 fincan qəhvə içmək erkən ölüm riskini 8% azaldır. Gün ərzində 2-5 fincan qəhvə bu riski 12%, 6 fincan isə 16% azaldır.