Hər gün iki heyva yeyin

A və B vitaminləri cəhətdən zəngin olan heyva, qış mövsümünün ən sevilən meyvələrindən biridir.

Şəkər miqdarı az olan bu meyvə, eyni zamanda insanı rahatladaraq sakitləşdirir.

Bəs heyvanın bilinməyən faydaları nədir?

Mədə-bağırsaqları gücləndirir.

İshalı kəsməkdə təsirlidir. Ancaq çox yeyildiyi zaman qəbizliyə səbəb olur.

İshaldan əziyyət çəkənlər heyvanı yeyə bilər.

Qaraciyərində problem yaşayan insanlar bu meyvədən rahatlıqla istifadə edə bilər.

Qanı təmizləməyə kömək edir.

Ürək döyüntüləri zamanı faydalıdır.

Öskürəkdən əziyyət çəkənlər heyva dəmləməsini içə bilərlər.

Dərini təmizləyərək, dırnaqları gücləndirir.

Varikoz damarların qismən də olsa qarşısını almağa kömək edir.

İdrar yolu infeksiyaları zamanı effektlidir.

Bəs heyva dəmləməsi necə hazırlanır?

Bunun üçün heyvanın qabıqları soyulur. Xırda formada doğranılır və üzərinə qaynar su tökülür. Dəmlənmə üçün gözlədilir. Çayın rəngi sarı olan zaman içə bilərsiniz.(hekimtap.az)