İnkişafda ləngimə... - "Anormal (qeyri -tipik) uşaq" anlayışı nədir?

Normal uşaqlarla yanaşı, inkişafında ləngimə və ya çatışmazlıq olan uşaqlar da var. Belə uşaqlar "anomal uşaqlar" adlanır. Yunanca “Anomalas” normadan kənar, düzgün olmayan mənalarını verib, ümumi inkişafı fiziki və ya əqli çatışmazlıqlar səbəbindən pozulmuş uşaqları müəyyən edir. Hər hansı bir qüsur həmişə inkişaf çatışmazlığına gətirib çıxarmır. Məsələn: İnsanın bir qulağının digərindən balaca olması, gözünün bir qədər zəif olması, ayağının bir qədər qısa olması kimi çatışmazlıqlar bir şəxsin ümumi inkişafının pozulmasına səbəb olmur. Çünki eşitmə və görmə ilə informasiyanı qəbul edir. Qeyri-tipik uşaqlarda isə bu imkanın məhdudluğu onların kütləvi məktəblərdə təlim-tərbiyə almasına imkan vermir.

"Anomal uşaqlar"ın tərbiyəsi dedikdə uşaq anadan olduğu gündən ta həddi buluğa çatana qədər psixoloji üsul və vasitələrlə onun tərbiyə edilməsi, inkişaf qüsurlarının uşağın psixi inkişafına təsir göstərməməsi üçün təşkil edilən xüsusi tədbirlər sisteminin təşkili həyata keçirilir. Tipik uşaqda tərbiyə işi “Korreksiya tərbiyə işi” adlanır. Həm qüsurların korreksiyası, həm də onun korreksiya prosesində tərbiyə işi başa düşülür.

"Anomal uşaqlar"ın korreksiyası - Latınca “karreksio” sözündən olub düzəliş etmək mənasını verib, tibbi-pedaqoji vasitələrdən istifadə etməklə qüsurun zəiflədilməsi və ya tamamilə aradan qaldırılması prosesi başa düşülür.

Korreksiya prosesi zamanı nəinki inkişaf qüsurları, həmçinin şəxsiyyət çatışmazlıqları da ya tam, ya da qismən aradan qaldırılır.

Korreksiya 2 yerə ayrılır: tibbi və pedaqoji

Qüsurların tibbi yolla aradan qaldırılması Səhiyyə Nazirliyinin tabeliyində olan müəssisələr tərəfindən uşaq poliklinikası, dispanser və sanatoriyalar tərəfindən təşkil cdilir.

Pedaqoji korreksiya isə Təhsil Nazirliyinin tabeliyində olan məktəbəqədər, məktəb, yardımçı sinif, qrup, internat məktəb tərəfindən təşkil edilir.

"Anomal uşaqlar"ın sosial adaptasiyası nədir?

Latınca uyğunlaşma demekdir. Fərdi və qrup şəklində ictimai dəyərlərə yiyələnmək və sosial mühitə uyğunlaşmaqdır. Anomal uşaq özünü qeyri-adekvat, aqressiv aparır. Bu da münaqişəyə səbəb olur. Bu defektologiyada əsas anlayışlardandır. Belə uşaqlar birinci ailədə təlim-tərbiyə alır, bilik bacarığa yiyələnir, sonar isə qüsurun aradan qaldırılması istiqamətində korreksiya, kompensasiya mühüm götürülür və uşaq cəmiyyətə uyğunlaşdırılır.

Defektoloq Gülnarə Səfərəliyeva

Psixoloq.az