Körpənin ilk faydalı inkişaf ardıcıllığı

Körpənin həyatında ilk 2 ay ən əziyyətli vaxt hesab olunur.Gecə ağlamaları yuxudan tez-tez oyanma,narahatçılıqlar ilk 2 ayda daha çox rast gəlinən haldır.

4 ayından körpəniz üzünüzə gülməyə başlayacaq.Hətta ətrafa səsli gülüşlər saçaraq sizə bu əziyyətinizi unutduracaq.

6 ayına qədər körpələrin gecə yuxusu dərin olmur.Gecə bir neçə dəfə oyanmaları normal haldır.6 ayından sonra gecə oyanmaları azalır,yuxu bir az dərinləşir.

Körpələr 5-6 ayından etibarən dəstəklə otura bilirler.Lakin dəstəksiz oturma 7-9 ayından mümkün olur.

Adətən 9 ayından iməkleməyə başlayırlar.Ancaq unutmayaq ki,iməkləmək körpənin həyatında mütləq baş verə biləcək bir hal deyil.Bəzi körpələr iməkləmədən də yeriməyə başlaya bilirlər.

11-12 ayından etibarən körpələr ayağa qalxa bilir,kömək vasitəsilə addım ata bilirlər.Addım atmaq körpənin həyatında ən vacib inkişaf mərhələsindən biri sayılır.Əksər hallarda 12-13 ayından etibarən ilk addım atılır,körpə yeriməyə başlayır.

NUPM psixoloqu Çinarə Muradova