Küçə itləri çoxalıb — ŞİKAYƏT

Bakı şəhərinin Binəqədi rayonu ərazisində sahibsiz itlərin sayı çoxalıb.

Sakinlər ölkə.az-a bildirib ki, rayon ərazisinə daxil olan keçmiş Azərbaycan Beynəlxalq Universiteti (ABU), "Dərnəgül" metro stansiyası və Abay Kunanbayev küçəsinin yaxınlığında küçə itləri insanlara hücum edir və onları qorxudur.

Bundan başqa rayonun 9-cu mikrorayon ərazisində də küçə itlərinin sayı çoxdur. Zeytunluq bağı  deyilən ərazidə isə küçə itlərinin sayı daha çoxdur. Burada sürülərlə küçə itləri gəzir. Bina sakinləri bildirirlər ki, gecələr sürü ilə gəzən itlərin hürüşməsi, insanlara hücum halları artıb.Sakinlər deyir ki, Binəqədi rayonunda it dişləmə faktları çoxalıb:

"Bakı Şəhər İcra Hakimiyyətinin Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsindən xahiş edirik ki, sahibsiz itləri bizim ərazimizdən toplasınlar. Məhəllələrdə itlərə görə rahat hərəkət edə bilmirik. Həyətdə oturmaq olmur. Axşam qorxa-qorxa gəzirik. Bizi ən çox narahat edən məsələ uşaqların təhlükəsizliyidir".

Küçə itlərindən şikayət edən sakinlər Bakı Şəhər İcra Hakimiyyətini sahibsiz heyvanlara qarşı mübarizədə fəal olmağa çağırıb.