Məşhur aktyorun vəziyyəti ağırdır - Təcili xəstəxanaya çatdırılıb

Tanınmış məşhur türk aktyoru Cüneyt Arkının səhhəti ağırlaşıb.

Psixoloq.az xəbər verir ki,  bağ evində dincələn əfsanəvi kino ulduzu tənəffüs problemi yaşayıb. 81 yaşlı aktyoru yaxınları dərhal təcili tibbi yardım maşınıyla özəl xəstəxanaya aparıb.

İlk müayinələrdən sonra C.Arkın reanimasiyaya yerləşdirilib.