Nitqin gecikməsi, kəkələmə... - Nitq terapiyası nə zaman gərəklidir?

Müəyyən səbəblərdən ötrü insanlarda danışmaq məhdudluğu yaranır. Bu vəziyyət xüsusilə də azyaşlı uşaqlarda baş verir. Həmin problem, insanda sosial, emosional və idrakla bağlı bir çox problemlərə yol açır. 

Psixoloq.az xəbər verir ki, nitq terapiyası isə diaqnoz, qiymətləndirmə, müalicə, və reabilitasiya məqsədilə xidmət göstərən sahədir.

Şifahi ünsiyyət qurmağın əngəllənməsinə səbəb olan bəzi nitq və danışma pozuntuları inkişafla bağlı müəyyən bir səbəbə bağlı olmadan ortaya çıxa bilər. Bununla yanaşı, eşitmə problemi, Autizmlə əlaqəli pozuntular, koqnitiv pozuntular, Uşaq Serebral Palsi, Daun sendromu və s. nevrotik inkişaf pozuntularına və bir çox xarici amillərə əlaqədar olaraq ortaya çıxa bilər. Nitq və danışma sadəcə uşaqlarda deyil eyni zamanda böyüklərdə də görülür.

Nitq terapiyası hansı problemlər zamanı tövsiyə edilir?

  • Nitqin gecikməsi
  • Kəkələmə
  • Autizmə bağlı nitq problemləri
  • Artikülasiya pozuntuları
  • Fonotek pozuntular
  • Udqunma ilə bağlı nitq qüsurları
  • Afaziya və sonradan qazanılmış nitq pozuntuları
  • Motor danışma pozuntuları
  • Taxilaliya (Həddindən artıq sürətli danışma)
  • Eşitmə ilə bağlı nitq qüsurları
  • Dodaq və damaq quruluşuna bağlı nitq qüsurları