Obsessiv-kompulsiv (sarışan-məcburi) pozuntu

Obsessiv-kompulsiv (sarışan-məcburi) pozuntu

Belə  vəziyyətin  əsas  xüsusiyyəti  təkrari  sarışan  fikirlərin  və  ya  məcburi  hərəkətlərin  olmasıdır.  Sarışan  fikirlər stereotip şəkildə xəstənin təkrar-təkrar ağlına gələn ideyalardan, obrazlardan və ya arzulardan ibarətdir. Onlar demək olar ki, həmişə kədərləndiricidirlər və pasient adətən səmərəsiz onlara müqavimət göstərməyə çalışır. Bununla belə xəstə bu fikirləri nə qədər qeyri-iradi və pis olsalar belə özününkü sayır. Sarışan hərəkətlər və ya rituallar siereotip materialardan ibarətdir ki, xəstə onları təkrar-təkrar yerinə yetirir. Onlar zövq alma üsulu və ya faydalı məsələlərin yerinə yetirilməsində atribut deyildirlər. Bu hərəkətlər xəstənin ehtiyat etdiyi xoşagəlməz hadisənin baş verməsinin qarşısını almaq üsuludur, hansı ki, əks halda baş verərək onun özünə və ya xəstə tərəfindən digər şəxsə zərər yetirə bilər.  Adətən belə davranış xəstə tərəfindən mənasız və ya effektsiz kimi başa düşülür və ona qarşı təkrari cəhdlər görülür. Demək olar ki, həmişə həyəcan müşahidə edilir. Əgər kompulsiv hərəkətlər tormozlanırsa, həyəcan daha da artır.

Daxil edilib:

anankastik nevroz

obsessiv-kompulsiv nevroz

Əsasən sarışan fikirlər və ya düşüncələr (F42.0)

Onlar demək olar ki, xəstəyə əziyyət verən ideyalar, fikir obrazları və ya hərəkətə təhrik etmə formasını ala bilərlər.

Bəzən ideyalar bitkin olmurlar, gündəlik həyata aid olan adi, lakin vacib qərar qəbul etmək qabiliyyətinin olmaması

ilə əlaqədar sonsuz müzakirə olunan alternativ fikir olurlar. Sarışan düşüncələr və depressiya arasında əlaqə xüsusi

ilə  sıxdır,  buna  görə  də  obsessiv-kompulsiv  pozuntu  diaqnozuna  o  halda  üstünlük  vermək  olar  ki,  əgər  sarışan fikirlər depressiv epizodu olmadan yaranır və ya saxlanılır.

Əsasən kompulsiv hərəkətlər [sarışan rituallar] (F42.1) 

Kompulsiv  məcburi  hərəkətlərin  əksəriyyəti  çirkin  təmizlənməsinə  aid  olur  (əsasən  əllərin  yuyulması),  potensial təhlükəli situasiyanın yarana bilməməsi haqqında zəmanətin alınması üçün təkrari yoxlamalara və ya təmizkarlığa və

səliqəliliyə riayət etməyə aid olur. Belə aydın davranışın əsasında pasienti gözləyən təhlükədən və ya onun özünün başqa  birisini təhlükəyə düçar  edəcəyi qorxusu durur və  ritual hərəkətlər nəticəsiz  qalır və ya təhlükənin qarşısını

almaq üçün simvolik cəhdlər olur.