Özünü psixi və fiziki xəstəliklərin pozulmayla biruzə verir - Oliqofreniya nədir?

Oliqofreniya ruhi xəstəlik deyil, pataloji haldır. Özünü normal psixi və fiziki xəstəliklərin pozulması ilə biruzə verir. O uşaqlar haqqında elmi təsəvvürlər pataloji halın təsir göstərdiyi sahələrdə- intellektual inkişafda emosional-iradi və şəxsiyyət aləmində yaratdığı pozulmaların nəticəsi ilə izah olunur.

Kliniki müşahidələrdə neyrofizoloji və neyropsixoloji tədqiqatlar göstərir ki, əsəb sistemində hər hansı bir sahənin zədələnməsi nəticəsində şəxsiyyətin pozulma halları müşahidə olunur. 

Oliqofreniya cinsi xromosomların genetik pozulmasının çatışmazlığı nəticəsində yaranır. Yüngül formalı oliqofreniya ümumi sayın 80-85% təşkil edir. Alimlər psixi geriliyin 2 növünü ayırd edirlər.  Psixi cəhətdən geri qalan uşaqlar və oliqofreniya anlayışları bir-biri ilə sıx bağlıdır. Lakin spesifik xüsusiyyətlərinə görə fərqləndirmək lazımdır. Bəzən yanlış dioqnozlaşdırma əsasında xüsusi məktəblərə Psixi ləngimələrə məruz qalmış uşaqlar da cəlb olunurlar. Onlar öz yaşıdları ilə müqayisədə psixi cəhətdən geri qalırlar. Psixi cəhətdən geri qalan uşaqlarda bu əlamətlər gec nəzərə çarpır. 6 yaşa kimi ləngimələr valideynləri ciddi narahat etmir.

Oliqofrenlər üçün dərk etmə proseslərinin bütün növlərinin pozulmaları xarakterikdir: primitiv bilik ehtiyatları, diqqətin zəifliyi, hafizənin pozulması və.s Onlar üçün bilik əldə etmək xeyli çətinliklər yaradır. Ən yüksək çətinlik isə nitqdə qrammatik qaydaların gözlənilməməsidir.

Onlar nağılın, hekayənin sujetli şəkillərin məzmununu ardıcıl izah etməkdə çətinlik çəkirlər. Oliqofreniya 3 ağırlıq dərəcələrinə görə təsnifləşdirilir:

1. İdiotiya

2. İnbesillik

3. Debillik

I- Ən ağır formasıdır. İdiotiya olan uşaqların ətraf mühitə qarşı reaksiyaları zəif və məqsədsizdir. Nitq və təfəkkür tamamilə inkişafdan qalır. Özünə xidmət vərdişləri formalaşmır. Hətta onlarda nevroloji somatik pozulmalar çoxdur.

II- Orta dərəcə. Əqli hərəkətlər imkanına malikdir. Özünə xidmət, əl əməyinə, vərdişlərə alışdırmaq mümkündür. Söz ehtiyyatı məhduddur.

III- Ən yüngül dərəcə. Korreksiya zamanı belə uşaqları yeni biliklərin mənimsənilməsi, sadə əmək vərdişlərinə alışdırmaq mümkündür. Ümumtəhsil məktəblərdə onlar proqramı çətin mənimsəyirlər. Çətinlikləri getdikcə də artır. Ona görə də debillərə xüsusi proqramla iş aparılmalıdır. 

Defektoloq Gülnarə Səfərəliyeva