Oqtay Şirəliyev vətəndaşları dinləyəcək

Səhiyyə naziri Oqtay Şirəliyev avqustun 10-da saat 11:00-da Ucar Mərkəzi Rayon Xəstəxanasında Ucar, Göyçay Kürdəmir və Ağsu rayonlarının sakinlərini qəbul edəcək.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, görüşdə səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran suallar cavablandırılacaq, sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri dinləniləcək və lazımi tədbirlər görüləcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar Ucar Mərkəzi Rayon Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.