Oyuncaq silahlarla bağlı ÇAĞIRIŞ

İsveçdə 20 yaşlı cavan insanın faciəli ölümündən sonra Uşaq oyuncaqlarının satıcılarının Assosiasiyası öz üzvlərini mağazaların rəflərini oyuncaq silahlardan təmizləməyə çağırıb.

Psixoloq.az publika.az-a  istinadən xəbər verir ki, bu haqda assosiasiyanın açıqlamasında deyilir.

“Biz assosiasiyanın bütün üzvlərini əsl silahla qarışdırıla biləcək oyuncaq silahlar satmamağa çağırırıq. Bu, bizim inadlı tövsiyəmizdir, hər üzv qərarı müstəqil qəbul bilər”, - müraciətdə bildirilir.

Xatırladaq ki, avqustun 2-də İsveçin paytaxtı Stokholmda əlində oyuncaq silahla evdən qaçan 20 yaşlı Erik Torel polis tərəfindən öldürülüb. Gənc daun sindromlu idi.

Gəncin atası Riçard Torel oğlunun gecə yarısı evdən qaçdığını və bu səbəbdən polisdən yardım istədiyini söyləyib. Ancaq Torel polisin oğlunun əlindəki oyuncaq silaha görə 3 dəfə atəş açdığını və onu öldürdüyünü qeyd edib.

Prokuror Martin Tiden gənci vuran polis barəsində cinayət işinin açıldığını, ancaq sözügedən polisin də uşaqdan şikayətçi olduğunu bildirib.