Problemli anınızda köməyinizə çatır - Məşğuliyyət terapiyası nədir?

Ürəyi sıxılan, problemi olan insanlara adətən "özünə xobbi tap, başını qat" sözünü deyirlər. Məhz bu məqamda köməyə məşğulluq terapiyası gəlir.

Psixoloq.az xəbər verir ki, məşğuliyyət terapiyası psixoloji problemlərin terapiyası, sosial və gündəlik həyat bacarıqlarının yaxşılaşdırılması məqsədi daşıyan müəyyən fəaliyyətlərin terapevtik istifadəsidir. Məşğuliyyət terapiyasında əsas qayə şəxslərin gündəlik həyat fəaliyyətlərində iştirak etməsini təmin etməkdir. Erqoterapiya olaraq da bilinən məşğuliyyət terapiyası musiqi, rəsm, ebru, rəqs və s. fəaliyyətlərdən ibarətdir. İştirakçıların sayı fərqli olsa da məşğuliyyət terapiyası fərdə fokuslanır və fərdin reabilitasiya müddəti, məmnuniyyəti və gördüyü fayda ön planda tutulur.