Psixi hadisə nədir? - Bu hallar...

Psixologiya termini iki yunan sözünün “psiyuxe”-ruh, ruhi aləm “loqos” elm, öyrənmək bilik səzlərinin birləşməsindən əmələ gəlir. Psixologiya – psixika haqqında elmdir. Psixologiyanı bilmək üçün ilk öncə onun predmetini təşkil edən anlayışları öyrənmək lazımdır. Psixikaya daxil olan anlayışlar psixi hadisələr adlanır. Psixi hadisələri şərti olaraq üç böyük qrupa bölürlər. 

1.Psixi proseslər 

2.Psixi hallar (vəya psixi halətlər, vəziyyətlər).

3.Psixi xassələr (və ya xüsusiyyətlər).Psixi proses – termini psixi faktın dinamikasını nəzərə çapdırır.

Məs. əlimə tikan batdı. Ağrı duyğusu əmələ gəldi, davam .etdi (10 san) sonra keçdi.

Psixi halət – termini psixi faktın nisbi davamlılığını bildirir.

Məs. Utancaqlıq, nədənsə utanmaq hissi bir neçə gün davam edə bilər. 

Psixi xassə - termini psixi faktın sabitliyini, onun şəxsiyyətin strukturunda möhkəmləndiyini və təkrar olunmasını ifadə edir.

Məs. Iki şagirddən biri sakitdir, digəri, coşğundur, biri ünsiyyətlidir, digəri isə qaradinməzdir.