Psixoloqun sözü tələbələri əsəbləşdirdi – Kim haqlıdır?

Ötən günlərdə psixoloqla apardığımız müsahibə qalmaqala səbəb olub.

Psixoloq.az xəbər verir ki, müsahibə zamanı psixoloq İlkin Kazımlının psixologiya sahəsindəki boşluqlar barədə danışarkən dediyi sözlər, bu ixtisas üzrə təhsil alan tələbələrin narazılığına səbəb olub.

Bakı Qızlar universitetinin tələbəsi Şəbnəm Cəlilova, psixoloqun, müvafiq TSPX (təhsildə sosial psixoloji xidmət) ixtisasını bitirənləri psixoloq saymamağı fikrinə tənqidlə yanaşıb:

“Mütəxəssisin dediyindən bu anlaşılır ki, sanki biz bu ixtisası boş yerə oxuyuruq. Biz də təhsildə sosial psixologiya xidmət ixtisası üzrə oxuyuruq.Yəni məktəb psixoloqu. Müasir zamanda bu fənni həqiqətən heç ediblər. Bu sahənin maaşı da azdır. Psixoloq deyir ki, bu ixtisası bitirənlər özlərini psixoloq hesab edirlər. Anlamıram nə hesab etməliyik ? Biz demirik ki tibbi psixologiya oxumuşuq. Efirə çox sayda uşaq psixoloqları çıxırlar. Onlar bizim sahə üzrə bitiriblər də. Fərqimiz odur ki, onlar ixtisas seçimi üzrə xəstəxanada işləyə bilər. Ancaq biz işləyə bilmərik düzdür amma belə söyləməyi də yanlışdır. İxtisasımız budur”.

Gənc psixoloq namizədi mütəxəssisin bu sözlərlə tələbələri həvəsdən saldığını da qeyd edib.

“Xüsusilə də birinci kurslar bu sözlərdən sonra peşələrinə qarşı daha həvəssiz yanaşa bilərlər. Onlar tibb sahəsi üzrə bitiriblər biz də 3-cü qrup üzrə bu ixtisasa daxil olmuşuq. Mən həvəsdən düşmürəm çünki sənətimi dərk edirəm. Amma ixtisas seçimi edənlərə birbaşa mənfi təsirdir”,-deyə Şəbnəm Cəlilova vurğulayıb.

Məsələ ilə bağlı Psixoloq.az-a açıqlama verən  EMDR terapevt, psixoloq Yeganə Özçelebinin sözlərinə görə, təhsildə psixoloji xidmət ixtisasını bitirən psixoloqar, baxça, məktəb, universitetdəki insanlarla işləyirlər:

“Həmçinin belə psixoloqlar valideynlərlə, yaşlı insanlarla da işləyə bilirlər. Bu səbəbdən, onlara psixoloq kimi baxmamaq çox yanlışdır. Biri var sertifikat alanlar... Biri də var dövlət imtahanı verərək dövlət diplomu alaraq bu sahə üzrə yiyələnənlər. Bəziləri var ki sadəcə hansısa kursdan sertifikat alırlar. Burada onlara şübhə ilə yanaşma ola bilər. Çünki bu kursda nə dərəcədə bu sahəyə ciddi yanaşılıb, nə öyrədilib bilinmir. Ancaq universitet bitirən tələbələrə dövlət  bu ixtiyarı verir.

Bu sahəni bitirən gənc psixoloqlar klinikalarda da psixoloq kimi işləyə bilərlər. Dərman yazmaq hüquqları olmasa da psixoloq kimi təbii ki işləyə bilərlər. Savad dərəcəsini də pasiyent dəyərləndirir”.

Mütəxəssis bu sahədə boşluğun olduğunu da qeyd edib.

“Heç bir universitetdə psixologiya üzrə praktikaları düzgün, normal şəkildə keçmirlər. Bu gizli bir şey deyil. Psixoterapevt olmaq üçün xaricdə və ya burda kurslarda iştirak etmək vacibdir. Həqiqətən burada bu sahə üzrə boşluq var”,-deyə Özçelebi vurğulayıb.

b62f358df2c017e009b84f4d2c21b8a5.jpg

Psixoloq, gənc psixoloqların univeristeti bitirdikdən sonra müəyyən təhsil mərkəzlərində işə başlamalarını tövdiyə edib:

“Bununla praktikanı daha yaxşı keçərək biliklərə yiyələnə bilərlər. Çünki belə mərkəzlər çox sayda uşaqlarla işləmək imkanı verir. Azərbaycanda təəssüf ki terapiyanı öyrətmirlər. Bu da qarışıqlığa səbəb olur. Kurslar bu cəhətdən çox mühümdür”.

Qeyd edək ki, jurnalistin “İndiki psixoloqlardakı əsas problem nədir?” sualına psixoloq İlkin Kazımlı  “İlk olaraq diplomlarının olmaması,hansısa sertifikatla özlərini psixoloq zənn etmələridir. Sonra müvafiq TSPX (təhsildə sosial psixoloji xidmət) ixtisasını bitirib özlərini psixoloq saymaları və əsas da psixologiya elminin adından istifadə etməklə dolandırıcılıqla məşğul olmaları və s.”,deyə cavablandırmışdı.

Şəhanə Quliyeva