Qızmar istilər balıqların kütləvi qırılmasına səbəb olub

Çexiyanın Brjetslav şəhəri ətrafında balıqların kütləvi qırılması qeydə alınıb.
Psixoloq.az azertaca istinadən xəbər verir ki, hadisə təqribən 300 hektar ərazini əhatə edən, Moraviyanın ən böyük, ölkənin ən iri süni balıq göllərindən biri olan Nesytda baş verib. Güclü istilər nəticəsində 40 ton balıq tələf olub. Təsərrüfata milyonlarla kron ziyan dəyib.