Rəqs terapiyası nədir? - Faydaları

Rəqs terapiyası–bədən və hərəkətlərin vasitəsi ilə şəxsin öz hisslərini və konfliktlərini yaşamasına, tanımasına və ifadə etməsinə kömək etməsi üçün psixoterapiya metodudur. Rəqs terapiyasının inkişafına mühüm töhvəni Wilhelm Reich`in “мышечный панцирь” nəzəriyyəsi gətirib. O ilk dəfə sübut edib ki, insanın əzələ spazmı, sıxıntısı ( “мышечный панцирь”) uşaqlıqda yaranır, bu da daha çox cəzalandırılmaq qorxusu (misal:valideyn uşağını tərbiyə edərək hər hansısa qadağalar qoyur və bəzən də cəzalar verə bilər, bu zamanda uşağın əzələlərində müəyyən sıxıntılar yarana bilər), qəzəb, narahatlıq  və daim insanın cinsi duyğularının basdırılmaq gərəkliyi ilə əlaqəli olur. Nəticədə komplekslər və sıxıntılar bədəndə yığılır və müxtəlif zehni və somatik xəstəliklərə yol aça bilər. Wilhelm Reich pasiyentlərin spontan bədən  hərəkətləri ilə düzgün tənəffüs zamanı əzələ gərginliyini, sıxıntıları azalda bilər, hansılar ki insanın yaşamasına mane olur. 

  • Rəqs terapiyasının faydaları

Rəqs terapiyası bir çox  problemlərlə mübarizə aparmaq üçün istifadə edilə bilər:

  • Emosiyaların əks etdirilməsi, emosional vəziyyətin yaxşılaşması.
  • Fərqindəliyin artması (özünü dərk etmə), özünə inam, müstəqil və sağlam fərdiləşdirmə bacarığı,
  • Düşüncə, duyğu və hərəkət arasındakı  əlaqələrin  qurulması,
  • Adaptiv mexanizmlərin inkişafı və dəyişənlərin öhdəsindən gəlmə qabiliyyəti,
  • Dominant, intensiv düşüncələr  və hisslərlə başa çıxma (öhdəsindən gəlmək) və onları ifadə edə bilmək,
  • Uğursuzluq qorxusu,
  • Şəxslərarası konfliktlər,ünsiyət bacarığının olmaması, kommunikativ bacarığın çatışmaması (ünsiyyət bacarığının əksikliyi),
  • Rəqs terapiyası daha çox  problemləri haqqında  birbaşa danışmağı bacarmayan, danışmaq istəməyən şəxslər üçün məsləhət görülür.

Müəllif: Klinik psixoloq Nərmin Sucayeva