Siz məqalənizi yazın - Biz sizi tanıdaq

Artıq psixoloq, psixiatr, loqoped, defektoloq, yaşam koçları habelə bu sahələr üzrə təhsil alan gənc mütəxəssislər portalda qeydiyyatdan keçərək sahələri üzrə məqalələr yazaraq portalda yerləşdirə biləcəklər.

Psixoloq.az xəbər verir ki, portalınn sözçüsü Aysun Karagobekli bildirib ki, məqalələr sayt redaktoru tərəfindən redaktə edildikdən sonra oxucu auditoriyasına çatdırılacaq:

"Bunu etməkdə məqsədimiz, ölkədə psixoloqların mediaya çıxışını təmin etməklə cəmiyyətə psixi sağlam xəbər oxutmaqdır".

Bu səbəblə portal tərəfindən "Məqalə yaz" videosu hazırlanıb. Həmin videonu sizə təqdim edirik.