Su olmayacaq - Xəbərdarlıq

Bu gün Yasamal rayonunun bəzi ərazilərində suyun verilməsində məhdudiyyətlər yaranacaq.

Psixoloq.az xəbər verir ki, “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, avqustun 6-da yenidənqurma işləri ilə əlaqədar Yeni Yasamal yaşayış massivinə, Qanlıgölün ətrafındakı ərazilərə, həmçinin Səbail rayonu İzzət Nəbiyev küçəsindəki abonentlərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.