Tanınmış rejissordan Tünzalə Əliyevaya - "Həmişə sənə nifrət etmişəm"/Foto

"Tanınmış rejissor Tofiq Teymuroğlu  sosial şəbəkədə aktrisa Tünzalə Əliyeva ilə bağlı status paylaşıb.

Psixoloq.az xəbər verir ki, o son zamanlar aktrisanın məhz ipotekası üçün insanlardan pul yığmaq istəyini kəskin şəkildə tənqid edib. Həmin yazını sizə təqdim edirik:

"Həmişə sənə nifrət etmişəm. İndi lap çox nifrət etdim. Əsas da hokkabaz Zaura".

Məlumat üçün bildirək ki,  bu yaxınlarda onkoloji xəstəliklə əlaqədar cərrahiyyə əməliyyatı keçirmiş əməkdar artist Tünzalə Əliyeva bir həftədən artıqdır ki, yerli telekanalların efirinə, eləcə də sosial şəbəkələrə çıxaraq tanınmış və adi insanlardan ona maddi köməklik göstərmələrini xahiş edir.

Aktrisanın xəstəliyindən istifadə edərək camaatdan pul yığması, ölkə ictimaiyyətinin və o cümlədən Milli Onkologiya Mərkəzinin baş həkimi, Azərbaycanın baş onkoloqu Azad Kərimlinin qəzəbinə səbəb olub. Həkim bildirib ki, Tünzalə Əliyeva artıq sağalıb, səhhəti normaldır, rahat gəzir, qidalanır, efirə, səhnəyə çıxa bilir, lakin bütün Azərbaycandan kömək istəyir.

Tünzalə Əliyeva isə  Kərimlinin müsahibəsini oxumadığını qeyd edərək vəziyyətinin yaxşılaşdığını bildirib.

"Mən bir həftədən artıqdır ki, Zaur Baxşəliyevin verilişinə çıxaraq müalicəmə deyil, mənzilin ipoteka kreditini ödəmək üçün pul yığıram. Mən özüm adamlardan yardım istəmişəm ki, mənə kömək etsinlər. Dostlarıma, həmkarlarıma və bütün Azərbaycan xalqına mənə pul göndərdikləri üçün təşəkkür edirəm" - deyə Əliyeva bildirib",-deyə Əliyeva açıqlayıb.

Niyə öz müalicəsi üçün deyil, mənzili üçün pul topladığına gəlincə isə aktrisa, könlünün belə istədiyini bildirib. 

Psixoloqların sözlərinə görə, bəzi məqamlar, hadisələr var ki insanlar onlara reaksiyasız qala bilmirlər. Buna  xəstəliklər, acınacaqlı vəziyyətlər və s daxildir. Hər halda məşhurların öz məqsədi üçün insanların duyğularından bu şəkildə istifadə etməsi tamamilə yanlışdır. Psixoloqlar insanda olan sevgi hissinin kəskin şəkildə nifrətə çevrilə biləcəyinin mümkün olduğunu vurğulayıblar.

Şəhanə Quliyeva

61167f8ecfe98870c50da2afd0a4ab0b.png