Unutqanlıq, ünsiyyət problemi - Altsheymer xəstəliyi nədir?

Altsheymer xəstəliyi nədir?

Xəstəlik ilk dəfə 1905-ci ildə alman psixiatoru Alois Altsheymer tərəfindən qeydə alındığı üçün onun adı ilə adlandırılıb. Xəstəlik adətən 65 yaşdan yuxarı şəxslərdə müşahidə olunsa da, ona erkən yaşlarda da rast gəlmək mümkündür. Dünyada bu xəstəlikdən əziyyət çəkənlərin sayı 2006-cı il statistikasına görə 26,6 milyon, 2050-ci ildə isə bu rəqəmin dörd dəfə artacağı gözlənilir.Xəstəlik klinik olaraq incələnən zaman yaddaş və digər intelektual qabiliyyətlərin nəzərə çarpacaq dərəcədə pozulması ilə qarşımıza çıxır. Altsheymer xəstəliyinin ilkin mərhələsində insanlarda yaddaş pozğunluğu müşahidə edilə və danışarkən düzgün kəlmə tapmaqda da çətinlik çəkə bilərlər. Xəstəlik irəlilədikcə isə insanlar:

- Çaşa bilər və tez-tez insanların adlarını, yerləri, yaşayış yerlərini və son zamanlar baş vermiş hadisələri unuda bilərlər,

 - Ya özünə inamın itməsinə ya da ünsiyyət problemlərinə görə daha çox özlərinə qapana bilərlər,

- Gündəlik fəaliyyətləri yerinə yetirməkdə çətinlik çəkirlər.

Altsheymer xəstəliyi irəlilədikcə xəstələrin onların qayğısına qalan insanların dəstəyinə daha çox ehtiyacları olur. Ən sonda isə adi hərəkətləri belə bacara bilməmə mərhələsinə çatırlar. Altsheymer xəstəliyinin bəzi ümumi simptomları olsa da onu da yadda saxlamaq vacibdir ki hər kəs fərqlidir. İki insan altsheymer xəstəliyini eyni üsulla keçirtməyə bilər.

Altsheymer xəstəliyinin risk faktorlarına misal olaraq yaş, cinsiyyət, genetik,yaddaşın itirilməsi ilə nəticələnən kəllə - beyin travmaları,  hipotiroidizm və s. daxildir. Lakin hələlik Altsheymer xəstəliyinin səbəbi kimi heç bir dəqiq faktor müəyyən edilməyib. Yaş, irsilik, ekoloji amillər, həyat tərzi və ümumi sağlamlıq da daxil olmaqla bir sıra faktorların buna səbəb olduğu ehtimal olunur. Bəzi insanlarda bu xəstəlik simptomları büruzə vermədən uzun illər gizli inkişaf edə bilər. Yaş Altsheymerin ən böyük səbəbidir. Bu, 65 yaşdan sonra hər 14 insandan biridə 80-dən sonra isə hər 6 nəfərdən birində müşahidə olunur. Buna baxmayaraq Altsheymer yalnız yaşla məhdudlaşmır. Belə ki, Böyük Britaniyada 65 yaşdan aşağı Altsheymer olan 40.000 dən çox insan var. Bir çox insan irsi olaraq Altsheymer xəstəliyinə tutulmaqdan qorxurlar.

Hazırda alimlər Altsheymer xəstəliyinin irsilik dərəcəsini araşdırırlar. Altsheymer xəstəliyinə tutulmağa səbəb ola biləcək ekoloji faktorlar artıq müəyyənləşib.. Bir neçə il əvvəl almüminium təsirlərinin Altsheymerə səbəb ola biləcəyi haqqında narahatlıqlar var idi. Buna baxmayaraq artıq bu qorxular elə də nəzərə çarpmır. Xromosomlarının tərkibindəki fərqlərə görə 50-60 yaşlı Daun xəstələrinin Altsheymer xəstəliyinə tutulma riskləri yüksəkdir. Başlarında və boyunlarında ciddi yaralanmalar olan insanlaın da həmçinin ağrılarını itirmə riskləri yüksəkdir.