Utancaqlıq, narahatlıq hissi baş qaldırır - Aqorafobiya nədir?

İnsanlar həyatları boyunca bir çox şeydən qorxarlar. Tibbi yöndən isə hər qorxunun öz adı mövcuddur.
Bəs çoxlarının bildiyi, amma adını eşitmədiyi aqorafobiya nədir?
Psixoloq.az  xəbər verir ki, belə insanlar özünü narahat, utancaq hiss edir, olduğu yerdən qaça bilməyəcəyini düşünürlər. Bu fobiyanın insan həyatına bir çox mənfi təsirləri mövcuddur.
Bu qorxu növü panik atak yaşayan insanlarda daha çox müşahidə edilir. Belə insan nəzarəti itirir, öləcəyini və ya dəli olacağını düşünür. Sinə ağrısı, baş dönməsi, titrəmə, mədə bulantısı kimi problemlər yaşayır.
Hətta bu fobiya növünə görə evdən çölə çıxmayan insanlar da var. 
Aqorafobiyalı insan özünü evdə rahat hiss edir. Cəmiyyətə açıq yerlərdə olmaqdan, alış-veriş etməkdən, səyahətdən qorxurlar. Çox insanın olduğu yerdə olsalar belə, çətinliyə düşdükləri zaman kiminsə kömək etməyəcəyindən narahat olurlar. Yanlarında güvəndikləri insanın olmasını istəyirlər.
Şəhanə Quliyeva