Uyğunlaşdırıcı reaksiyaların pozuntusu

Uyğunlaşdırıcı reaksiyaların pozuntusu (F43.2)

Həyatda  mühüm  dəyişikliklərə  və  ya  stress  hadisələrinə  adaptasiya  periodunda  yaranan,  içtimai  fəaliyyətə  vəhərəkətlərə çətinlik törədən subyektiv distress və emosional pozuntu halıdır. Stress halı fərdin sosial əlaqələrinin tamlığını  (ağır itki,  ayrılıq) və ya  sosial  müdafiə və  dəyərlərin geniş sistemini (miqrasiya,  qaçqınlıq statusu) poza bilər və ya həyatda dəyişikliklərin və dönüşlərin geniş diapazonunu (məktəbə daxil olma, valideyinlik statusu əldə etmə, müqəddəs şəxsi məqsədə çatmaqda müvəffəqiyyətsizlik, istefaya getmə) təqdim edə bilər. Fərdi meyllik və tez təsirlənmə uyğunlaşdırıcı reaksiyaların pozğunluqlarının yaranma riskində   və meydana çıxma formasında əsas rol oynayır,  lakin  belə  pozuntuların  travma  törədici  faktorların  iştirakı  olmadan  meydana  çıxması  qəbul  edilmir. Əlamətlər  çox  variabeldirlər  və  əhval-ruhiyyənin  olmaması,  ehtiyatlılıq  və  ya  narahatçılıq  (və  ya  bu  halların kompleksi), situasiyanın öhdəsindən gəlməmək hissiyatı, hər şeyi əvvəlcədən planlaşdırma və ya hazırki situasiyada qalmaq  qərarı  daxildir,  həmçinin  gündəlik  həyatda  fəaliyyət  qabiliyyətinin  bir  qədər  azalma  dərəcəsini  özündə birləşdirir.  Eyni  zamanda  davranış  pozuntuları  da,  xüsusi  ilə  yeniyetmə  yaş  dövründə  qoşula  bilər.  Xarakter əlaməti  kimi  qısa  və  ya  uzunmüddətli  depressiv  reaksiya  və  ya  digər  emosiyaların  və  davranışın  pozulmaları  ola bilər.Mədəni şokKədər reaksiyasıUşaqlarda hospitalizm