Virus 49 nəfərin ölümünə səbəb olub

Konqo Demokratik Respublikasında Ebola virusu 49 nəfərin ölümünə səbəb olub.

Pixoloq.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə Konqonun səhiyyə nazirliyindən bildiriblər.

Daha əvvəl Ümumdünya Səhiyyə Təşkilatı ölkədə Ebola virusundan 44 nəfərin öldüyünü bildirirdi.

Səhiyyə nazirliyinin məlumatına əsasən, ölkədə 63 təsdiqlənmiş Ebola virusuna yoluxma halı qeydə alınıb.