WISC 4 nədir?

Wisc-4 wechsler Zəka Testi 6-16 yaş qrupuna aid olan ən ətraflı və ən güvənli zəka testidir. Bu test fərdi olaraq tətbiq olunur. Dünya üzərində  istifadə edilən keçərliliyi və güvənirliliyi Avropa standartları səviyyəsində gerçəkləşdirilmiş olan ən məşhur tətbiqi zəka testidir. Zəka səviyəsini (İQ) təyin etməmizdə və lazımi istiqamətləri həyata keçirməyimizdə bizə köməkçi olur

Uşaqlarımız nə üçün Wisc- 4 zəka testindən keçməlidir?

Wisc-4 zəka testi uşağın zəka səviyyəsini təyin etmək üçün keçirilir.Bundan əlavə ,bu test aşağıda sadalanan bacarıqların uşağın yaşının alt və ya üst səviyyədə  olmasını müəyyənləşdirdikdən sonra doğru istiqamətləndirə bilmək üçün tətbiq olunur.

Test hansı bacarıqları ölçür?

Test 4 əsas bölmədən ibarətdir:

1. Şifahi qavrama (5 ayrı alttestdən ibarətdir): fikir irəli sürmə, qavrama, anlayışların formalaşdırılması, şifahi məlumat və şifahi  ifadə qabiliyyəti işlədilir. Hər tapşırıq xəbərdaredici səsi anlama, uzunmüddətli yaddaşda şifahi olaraq kodlanmış məlumatı xatırlama, reaksiyaları sözlə ifadə edəbilmək bacarıqlarını tələb edir. Bura öyrənilmiş informasiya və bacarıqları əks etdirən kristal fikir irəli sürmə də aiddir.

2. Alqısal fikir irəli sürmə (4 ayrı alttestdən ibarətdir): axıcı və alqısal fikir irəli sürmə və alqısal təşkiletməni ölçür. Hər tapşırıq vizual qavrama və təşkiletmə, vizual olaraq təqdim olunan sözsüz vəsaitdən istifadə edərək fikir irəli sürmə, idarəetmə və rəhbərlikdə istifadə olunan bacarıqları tələb edir.

3. Çalışma yaddaşı (3 ayrı alttestdən ibarətdir): qısamüddətli səs yaddaşı, diqqət, konsentrasiya, çalışma yaddaşını ölçür. Hər tapşırıq seçmə və izləmə diqqətini, zehni manipulyasiya bacarıqlarını tələb edir.

4. İcraetmə  sürəti (3 ayrı alttestdən ibarətdir): Zehni, hərf-motor tapşırıqlarını icraetmə sürətini ölçür. Hər tapşırıq vizual qavrama və təşkiletmə, vizual incələmə, diqqətin tam idarə edilməsi, cəhdetmənin davam etdirilməsi, sürət kimi çoxlu motor reaksiyaların məhsuldar istehsalını tələb edir.Testin bütün bu 4 istiqaməti ilə bərabər ümumi bir yoxlama da aparılır ki, bunun sayəsində yekun nəticə çıxarılır və uşağın zəka xəritəsi yaradılır.

5. İSC-4-ün tətbiqetmə yaş aralığı 6 yaşdan 16 yaş 11 aya qədər uzadılmışdır.

Testin keçirilmə müddəti nə qədərdir?Testin keçirilmə müddəti testdən keçən uşağın tapşırıqları yerinə yetirmə sürətindən asılı olaraq 65-115 dəqiqə arasında dəyişir

Testə gəlmədən əvvəl nələrə diqqət etmək lazımdır?Uşağı testə dincəlmiş,yuxusunu almış,tox və motivasiyası yüksək vaxtda gətirmək lazımdır.Uşaq rahat geyimdə olmalıır.Həyəcan və gərginliyin yaranmamağı üçün uşağa testə aparıldığı deyilməməli,”test,zəka testi,imtahan”kimi ifadələr istifadə olunmamalıdır.Bundan əlavə,uşağa “diqqətli ol,düzgün elə”kimi təlimatlar verilməməlidir.Testdən öncə psixoloq tərəfindən lazımi açıqlamalar verilir.

Testin sonunda hesabat verilirmi?Nə zaman?Testin nəticəsinə əsaslanaraq ən tez 2 gün ən gec 5 gün ərzində mütəxəssis tərəfindən ətraflı hesabat verilir.