Riyazi qabiliyyətlər bu yaşda formalaşır - Uşağın yaş dövrlərinin xüsusiyyətləri

Yaş dövrləri uşaq psixologiyasının ən mühüm amilərindəndir. Onun düzgün müəyyənləşdirilməsi, dövrə müvafiq şəkildə təlim-tərbiyə işlərinin aparılmasına imkan verir.İnkişaf dayanmadan fasiləsiz davam etdiyindən dövrlər arasında keçidi müəyyənləşdirmək çətindir. Bununla belə, inkişaf fərdi planda diskret  gedə bilər, onun cərəyanı, gediş sürəti arta və ya azalaraq keyfiyyət fərqləri yarada bilər. Lakin fərdi xüsusiyyətlərindən asılı olmayaraq uşağın bütün inkişaf mərhələlərini ardıcıl və fasiləsiz keçməli olduğu  bir qanunauyğunluq mövcuddur.Fərdi inkişaf prosesi(ontogenez) 2 mərhələdən ibarətdir. İlkin mərhələ dölün ana bətnindəki inkişaf müddətini əhatə edir və prenatal ontogenetik inkişaf adlanır. Digəri isə anadan olandan ömrünün sonuna qədər olan müddətdir ki, ona  postnatal ontogenetik inkişaf deyilir.Uşağın anadanolma prosesi  dölün ana ilə qan əlaqəsinin kəsilməsi və onun yad mühitə düşməsi ilə müşayiət olunduğundan böhran və güclü stress kimi qiymətləndirilir. Körpənin ilk günlərdə çəkisini itirməsi də bununla bağlı olub orqanizmin yeni şəraitə uyğunlaşması üçün bütün fizioloji mexanizmlərin yenidən qurulması göstərilir.Uşaqda inkişafın ayrı-ayrı mərhələlərindən psixikanın müxtəlif istiqamətlərdə formalaşması üçün daha əlverişli şərait yaranır. Müəyyən psixi fəaliyyət növlərinin güclənməsi üçün optimal vaxt mövcuddur. Belə yaş dövrləri psixi xüsusiyyət və keyfiyyətlərin inkişafı üçün nisbətən əlverişli olarsa, bunları sensetiv dövrlər adlandırmaq olar. Məsələn, nitqin inkişafı üçün 1-5 yaş, riyazi qabiliyyətlərin formalaşması üçün 15-20 yaş sensetiv dövr hesab olunur.Uşaqlar təkcə əldə etdikləri bilik və bacarıqların miqdarına görə deyil, psixi xüsusiyyətlərinə, ətrafdakı gerçəkliklərə münasibətlərinə görə də ayrı-ayrı  yaş dövrlərində bir-birindən fərqlənirlər.

İnkişafın dövrlər üzrə təsnifində ”aparıcı fəaliyyət” prinsipi  diqqəti xüsusi ilə cəlb edir. Hər bir aparıcı fəaliyyət yalnız həmin yaş üçün səciyyəvi olan keyfiyyət və xüsusiyyətlərin meydana gəlməsinə səbəb olur.Psixologiyada subyektin dəyişməsinə istinadən dövrlər aşağıdakı kimi səciyyələndirilir:  

Yeni doğulan uşaq dövrü (0-1 yaş)

Körpəlik d.(1-3 y.)

Məktəbəqədər yaş d.(3-6 y.)

Kiçik məktəb yaş d.(6-10 y.)

Yeniyetməlik yaş d.(10-15 y.)

Gənclik d.(15-30 y.)