Yenigundem.az informasiya portalının 1 yaşını qeyd edir

Bu gün Yenigundem.az informasiya portalının 1 yaşı tamam olur.

Psixoloq.az xəbər verir ki, ötən il avgustun 10-da fəaliyyətə başlayan portal bir il ərzində özünəməxsus fəaliyyət xətti ilə seçilib və qısa müddət ərzində kifayət qədər geniş izləyici audutoriyası formalaşdırmağa müvəffəq olub.

Portalın baş redaktoru Təbriz Məhərrəmoğlu bildirib ki, yeni yaranmış informasiya resursunun tanıdılması və populyarlaşdırılması çox çətin məsələdir:

“Azərbaycanın internet məkanında kifayət qədər sayt var. Onların içində xəbər resursu kimi fəaliyyət göstərən ciddi media orqanları ilə rəqabət aparmaq çox çətindir. Amma buna baxmayaraq biz ötən bir il ərzində “Yenigundem”-ı tanıtdıra və özünün oxucu dairəsini yarada bildik. Bundan başqa, aktual mövzulara, milli məsələlərə dair analitik məqalələr və müəllif yazılarına da geniş yer veririk. Çalışırıq ki, fəaliyyətimizdə jurnalistlərin peşə davranışı kodeksinə maksimum riayət edək, qərəzdən və qeyri-obyektivlikdən uzaq olaq”.

Biz də Psixoloq.az kollektivi olaraq Təbriz Məhərrəmoğlu və heyətini təbrik edirik.