Həkim məsləhəti

Bir çoxlarının dərdi... - Qrijanın yaranma səbəbi və müalicəsi

Bir çox insanın çəkdiyi problem, onların dili ilə desək qrija, daxili orqanların dəri altına keçə biləcəyi deşikdir. Psixoloq.az xəbər verir ki, ümumi və transplant cərrah Bəhruz Səlimovun sözlərinə görə, bu deşiklər müxtəlif ölçüdə - kiçikdən böyük ölçülərə kimi, hətta insan başı həcmində belə ola bilərlər.  Qrijalar anadangəlmə və ya sonradan qazanılma ola bilir. Bunlara əməliyyat sonrası yaranmış qrijaları da əlavə etmək olar. Bunlar daha öncə qoyulmuş tikişlərin aralanması nəticəsində yaranır. Təəssüf ki, qrijanın dərmanla müalicəsi mümkün deyil, çıxış yolu yalnız əməliyyatdır. Yaranmasının əsas səbəbi birləşdirici toxumaların zəifliyidir. Qeyd: Daha ətraflı məlumat və ya suallar üçün şəkildə qeyd edilən nömrə vasitəsilə həkimlə birbaşa əlaqə yarada bilərsiniz.

Bağırsaq xərçənginin müalicəsi mümkündür? - Həkimdən öyrənin/VİDEO

Bağırsaq xərçəngi digər bədxassəli şişlərdə olduğu kimi hüceyrələrin dayanmadan çoxalması nəticəsində meydana gəlir.  Psixoloq.az xəbər verir ki, bu barədə ümumi və transplant cərrah Bəhruz Səlimov danışıb. Bağırsaq xərçəngi barədə həmin süjeti sizə təqdim edirik: Daha ətraflı məlumat üçün qeyd edilən nömrələr vasitəsilə həkimlə birbaşa əlaqə yarada bilərsiniz.

Adi ağrı deyib yan keçməyin - Qarın ağrıları zamanı bunu etməyin

Ağrı, beyinə stress haqqında məlumat verən hissdir. Qarın ağrıları isə bir çox insanda müşahidə edilir. Bu növ ağrılar həm qarında yerləşən, həm də digər orqanlardan qaynaqlana bilər. Psixoloq.az xəbər verir ki, ümumi və transplant cərrah Bəhruz Səlimov, qarın ağrıları barədə geniş süjet təqdim edib. Həmin videoya baxaraq qarın ağrılarının baş vermə səbəbləri barədə məlumatlana bilərsiniz. Unutmayaq ki,  düzgün diaqnoz uğurlu müalicənin başlanğıcıdır.  

Podaqra xəstəliyinin təbii üsulla müalicəsi

Podaqra (podos ayaq, agre tələ - ayaq tələdədir deməkdir) orqanizmin müxtəlif toxumalarında urat kristallarının natrium-monourat və ya sidik turşusu şəklində çökməsi nəticəsində yaranır. Xəstəliyin əsasında sidik turşusunun normadan artıq yaranması, böyrəklərlə az xaric olması və qanda sidik turşusunun artması (hiperurikemiya) durur. Oynaqlarda podaqrik düyünlər (tofuslar) yaranmağa başlayır. Kişilərdə daha çox rast gəlinir. 100 qr sürtgəcdən keçirilmiş kök 1 xörək qaşığı bitki yağı ilə qarışdırılıb hər gün yeyilir.3 baş sarımsaq və 4 ədəd tumları təmizlənmiş limon ət maşınından keçirilib üzərinə 7 stəkan qaynar su əlavə edilir. Qarışıq 1 sutka ərzində saxlanır, daha sonra qarışıq süzülür və süzülmüş maye gündə 1 dəfə yeməkdən əvvəl 2 xörək qaşığı içilir.1 xörək qaşığı xırdalanmış qıtıqotunun üzərinə 2 stəkan qaynar su əlavə edilib 1 saat müddətinə dəmlənir. Tənzif bu dəmləmədə isladılıb ağrılı oynaqların üzərinə kompres şəklində qoyulur.Çiyələyin giləmeyvələri və şəkər tozu 5:1 nisbətində qarışdırılıb 5 saat müddətinə saxlanır. Süzüldükdən sonra şirə emallı qaba yığılır. Şirədən 0.5 stəkan gündə 3 dəfə yeməkdən əvvəl içilir.1 xörək qaşığı dağtərxununun çiçək səbətlərinin üzərinə 1 stəkan qaynar su əlavə edilib 2 saat müddətinə dəmə qoyulur. Dəmləndikdən sonra süzülür və yeməkdən 20 dəqiqə əvvəl gündə 3-4 dəfə 1 xörək qaşığı içilir.1 xörək qaşığı xırdalanmış təzə kərəviz köklərinin üzərinə 2 stəkan qaynar su əlavə edilib 4 saat müddətinə dəmlənir. Dəmləndikdən sonra süzülür və gündə 3-4 dəfə yeməkdən 30 dəqiqə əvvəl 2 xörək qaşığı içilir.Təzə kərəvizin yarpaqlarının şirəsi çıxarılıb gündə 2-3 dəfə 1-2 çay qaşığı daxilə qəbul edilir.20 qr gəndalaş çiçəklərinin üzərinə 1 litr qaynar su əlavə edilib bütün gecəni termosda dəmdə saxlanılır. Səhər süzüldükdən sonra gündə 3 dəfə 1 stəkan içilir.Yatıqqanqal otu adi çay kimi dəmlənərək gün ərzində içilir.3 xörək qaşığı dazıotunun üzərinə 4 stəkan qaynar su əlavə edilib 2 saat müddətinə dəmlənir. Dəmləndikdən sonra gündə 3 dəfə 0.3 stəkan yeməkdən əvvəl daxilə qəbul edilir. Qəbul müddəti 1-2 aydır.Gündə 3 dəfə 1 stəkan erkən yazda toplanmış tozağacı şirəsi içilir. Bu şirə podaqra ağrılarını yüngülləşdirmək qabiliyyətinə malikdir.1-2 çay qaşığı kasnı otunun üzərinə 1 stəkan qaynar su əlavə edilib dəmlənir və soyudulur. Gündə 2-3 dəfə yeməkdən 30 dəqiqə əvvəl 0.5 stəkan daxilə qəbul edilir.15 qr ardıc meyvələrinin üzərinə 100 ml qaynar su əlavə edilib dəmlənir. Dəmləndikdən sonra alınmış maye ilə ağrılı nahiyələr silinir.Hərəsindən 5 hissə olmaqla qaraqınıq və kəklikotu otu, 3 hissə itburnu meyvələri və 2 hissə böyürtkən yarpaqları qarışdırılıb dəmlənir, adi çay kimi gün ərzində içilir. Fitoterapevt Elnur Rəhimov

Zob zamanı fitoterapiya

Zob boğaz uru adlanır və xəstəlik inkişaf etdikcə qalxanvari vəzi böyüyərək nəzərə çarpır (boğazın ön səthinin yoğunlaşması, şişkinliyi), ətrafda yerləşən orqanlara (nəfəs yolu, qida borusu, damarlar və sinirlərə) təzyiq edir və bu da xəstələrin müəyyən şikayətlərinə səbəb olur. Xalq təbabətinə və bitkilərlə müalicəyə üstünlük verən yaşlı insanların dediyinə görə kəhraba zobun qarşısını almaq üçün ən etibarlı vasitıdir. Kəhrabadan hazırlanmış boyunbağını həmişə taxsanız heç vaxt zoba tutulmazsınız. Eyni məqsədlə hər səhər təzə və ya isladılmış quru palıd qabığı ilə boğazı silmək olar. zobun ölçüsünü kiçiltmək üçün palıd qabığını boyuna bağlamaq olar. Xalq təbabəti toksiki (zəhərli) zobun müalicəsi üçün bir neçə bitki yığıntısını da məsləhət görür: Məsələn, 1 xörək qaşığı andız kökünün üzərinə eyni miqdarda cökə çiçəyi, istiotlu nanə yarpağı, bənövşə otu, hərəsindən 2 xörək qaşığı olmaqla dazıotu, bağayarpağı, çobanyastığı çiçəyi, itburnu meyvəsi və 3 xörək qaşığı bataqlıq qurucasının otunu əlavə edib qarışdırın. Dəmləmə hazırlamaq üçün bu qarışıqdan 1 xörək qaşığı götürüb üzərinə 0,5 litr qayanar su tökün və 8-10 saat ərzində isti yerdə dəmləyin. Süzdükdən sonra dəmləməni üç yerə bölüb, gün ərzində yeməkdən qabaq için. Daha bir müalicəvi dəmləmə hazırlaya bilərsiniz. Bunun üçün hərəsindən 3 xörək qaşığı olmaqla cökə və gülümbahar çiçəkləri, hərəsindən 2 xörək qaşığı olmaqla bağayarpağı, çobanyastığı çiçəyi, hərəsindən 1 xörək qaşığı olmaqla quş qırxbuğumu, bostan şüyüdünün toxumu və istiotlu nanə yarpağını qarışdırın. Bu yığıntıdan 1 xörək qaşığı götürüb üzərinə stəkan yarım qaynar su tökün və 30 dəqiqə vam odda dəmləyib süzün. Bu dəmləməni də 3 hisssəyə bölüb hər yeməkdən qabaq için. Fitoterapevt Elnur Rəhimov

Xoşxassəli şişlər xərçəngə çevrilə bilərmi?

İnsan vücudunda şişlərin zamanında aşkar edilməsi müalicəsi baxımından əsas şərtdir.  Psixoloq.az xəbər verir ki, ümumi və transplant cərrah Bəhruz Səlimov xoş və bədxassəli şişlər barədə vacib məqamlardan sosial şəbəkədə bəhs edib. Həmini nüansları təqdim edirik: Xoşxassəli şişlər adətən asta böyüyür və ətrafda olan toxuma və orqanları sanki "aralayır". Bədxassəli şişlər isə sürətlə böyüyür və ətrafdaki orqan və toxumaların içərisinə keçir (infiltrasiya edir). Görünüşünə görə yarma zamanı bədxassəli şiş xərçəngin ayaqlarına bənzəyir. Məhz bu səbəbdən xəstəlik "xərçəng" adı ilə tanınır. Xoşxassəli şişlər insanda ağrıya səbəb ola bilər. Lakin bədxassəli şişlər bəzi xəstələrdə o dərəcədə güclü ağrı verir ki, belə ağrıları yalnız narkotik vasitələrin köməyilə aradan qaldırmaq mükün olur. Hətta cərrah bədxassəli şişi tam xaric etdikdə belə, burada qalmış ayrı-ayrı xərçəng hüceyrələri vaxt keçdikcə yenidən xərçəng şişi əmələ gətirə bilir. Buna xərçəngin "residivləşməsi" (yenidən qayıtması) deyilir. Bütün bədxassəli şişlər residivləşə bilirlər. Bu səbəbdən bəd xassəli şişlərin əməliyyatı xüsusi qaydada aparılır və əməliyyatdan sonra kimyəvi müalicələr təyin edilir. Bu şişin təkrarlamasının qarşısını alır. Xoşxassəli şişlər çox nadir hallarda təkrarlaya bilər. Onu da nəzərinizə çatdırım ki, bəzi xoşxassəli şişlər bəzən bədxassəli şişlərə çevrilə bilir. Məsələn, uzun illər ərzində dəridə olan xoşxassəli şiş (xal, papilloma və s.) tez-tez zədələndikdə (paltarla, ülgüclə və s.) bədxassəli şişə (dəri xərçəngi - "melanoma") çevrilə bilər. Şişlərdən qorunmaq üçün xüsusi Chekh up müayinələr mövcuddur. Bu müayinələr nəticəsində erkən mərhələdə aşkarlanan şişlərin müalicəsi daha effektiv olur.

Sizdə bu xəstəlik varsa...Hansı həkimlər psixotrop dərmanlar yaza bilər?

Son zamanlar psixotrop dərmanların reseptsiz satılması və bəzi həkimlərin resept yazması ilə bağlı bir sıra xəbərlər paylaşılıb. Bəs bu tip dərmanları hansı sahənin həkimi yaza bilər? Məsələ ilə bağlı Psixoloq.az-a  açıqlama verən psixiatr Orxan Fərəclinin sözlərinə görə, 25 diaqnoz var ki, bu zaman nəinki psixiatrlar, sahə terapevtləri, psixiatrların olmadığı məqamlarda  nevropotoloqlar da antidepressant dərmanları yaza bilərlər: “Bu barədə Nazirlər Kabinetinin də qərarı mövcuddur.  Ancaq xəstədə intihar istəyi varsa, şizofreniya və bu tip xəstəliklər varsa bu həkimlərin belə dərman yazmağa ixtiyarı yoxdur. Yəni bu barədə müəyyən məsuliyyətləri var. Belə xəstəliklər zamanı psixiatr müayinəsi və qərarı şərtdir”. Mütəxəssis, psixotrop dərman növlərinin çox olduğunu, bəzi növlərin isə asıllıq yarada biləcəyini qeyd edib. “Bu tip dərmanları yazmağa bəzi həkimlərə icazə verilsə də yenə də bu məqamda nəzarət olmalıdır. Qeyd edim ki, asıllıq yaradan dərmanlar ancaq qısa müddətli verilməlidir. 8 həftədən çox verildikdə asıllıq yaratmaq ehtimalı böyükdür. Antidepressantların təsiri isə 2 həftədən sonra başladığı üçün çox narahat olan xəstələrə qısa müddətli bu növ dərmanlar verilə bilər”,- O. Fərəcli vurğulayıb. Şəhanə Quliyeva

İtdirsəyi zamanı xalq təbabəti

İtdirsəyi – kirpiyin tük follikullarının və ya göz qapağının piy vəzisinin irinli iltihabıdır. Sadə dildə desək, itdirsəyi göz qapağında yerləşən çibandır. İtdirsəyinin yaranma səbəbi follikula və ya vəziyə infeksiyanın düşməsidir. Tamamilə sağlam insanlarda bu proses nadir hallarda baş verir. dirİnfeksiyanın yayılması adətən immunitetin zəifləməsi zamanı baş verir. Bakteriya mənbəyi rolunu iltihablı badamcıqlar, kariyesli dişlər, iltihablı burun selikli iqşası, yəni rinit oynaya bilər. Şəxsi gigiyena qaydalarının pozulması da gözlərə infeksiyanın düşməsinə səbəb ola bilər. Bu daha çox çirkli əllər və ya əl dəsmalı ilə gözləri sildikdə və ya gözlərə torpaq, çirkli mayelər düşdükdə baş verir. Bütün bunlar gözün konyuktiva qişasının da iltihabına – konyuktivitə səbəb ola bilər. İtdirsəyi şəkərli diabetli xəstələrdə də tez-tez rast gəlinir. İtdirsəyinin ilk əlaməti göz qapağının kənarında əmələ gələn ağrılı və qaşınan qızartıdır. Bu mərhələdə onu müalicə etmək üçün gündə bir neçə dəfə spirt və brilliant yaşılı ilə silmək kifayətdir. Əgər itdirsəyinin inkişafının qarşısı vaxtında alınmasa, 2-3 gündən sonra onun ucunda irinlitıxac əmələ gəlir. Tıxacı qpartdıqda həmin nahiyədən irin xaric olur. Diqqət! İrini istənilən halda sıxıb çıxartmaq olmaz. Xüusilə əgər itdirsəyi tam yetişməyib və tıxac şıxmayıbsa. Bu çox ciddi və ağır fəsadlarla nəticələnə bilər. İtdirsəyinin bitkilərlə müalicəsi Gülümbahar dəmləməsi 10-15 ədəd gülümbahar çiçəyinin üzərinə 250 ml qaynar su əlavə olunur, dəsmala bükülür və 1 saat isti yerdə dəmlənir. Alınan dəmləmə ilə gözə islatma edilir. Əzvay (aloye) məhlulu Əzvayın təzə dərilmiş yarpağı qaynadılmış su ilə yuyulur və şirəsi sıxılır. Şirəyə öz həcmindən 10 dəfə çox qaynadılmış su əlavə olunaraq qarışdırılır. Alınan məhlulla itdirsəyini yetişdirmək üçün gözə islatma qoyulur. Sarımsaqla müalicə Bir diş sarımsaq qabıqdan təmizlənir və bir neçə hissəyə bölünür. Hər 4-6 saatdan bir təzə kəsilmiş hissə ilə xəstə göz qapağı silinir. Bu üsul orqanizmə göz qapağının daxilində olan infeksiya ilə mübarizədə kömək edir. Fitoterapevt Elnur Rəhimov

Siqaret çəkmək orqandakı hüceyrələri zəiflədir – Yırtığın yaranma səbəbləri/VİDEO

Yırtıqlar, cərrahi xəstəliklər arasında özünəməxsus bir yer tutur. Psixoloq.az xəbər verir ki,qarın yırtığı adi halda həyat üçün təhlükə ərz etməsədə, ağırlaşdığı zaman ölüm riskini artıran patologiyalardandır. Bəs yırtıq nədir? Mövzu ilə bağlı Psixoloq.az-a açıqlama verən ümumi və transplant cərrah Bəhruz Səlimov bildirib ki, yırtıq qarın boşluğunda yerləşən orqanların dəri altına çıxmasıdır. Onun sözlərinə görə, rast gəlmə tezliyi ən yüksək olan qasıq yırtığı qadınlarla nisbətən kişilərdə daha çox rast gəlinir:  “Qarın yırtıqlarının əməliyyat qərarını ümumi cərrahlar verir. Həm uşaqlar, həm də böyüklərdə rast gəlinir. İlk rast gəlindiyi zaman  planlanmış əməliyyat məsləhətdir. Əgər hansısa ağırlaşması varsa  və ya yırtıq həddən artıq böyükdürsə, bu zaman təcili əməliyyata göstərişdir. Mütləq əməliyyata əsas göstəriş isə boğulmuş yırtıqlardır”. Doktor Bəhruz bəy hazırda istifadə edilən ən son üsullardan bəhs edib. “Dünyanın da qəbul etdiyi yırtıqların xüsusi materialdan olan torlarla plastikasıdır. Bu zaman yırtıqların meydana gəldiyi yırtıq qapıları adalanan nahiyə bərpa edilərək tor implantlar vasitəsi ilə möhkəmləndirilir. Bu həm açıq, həm də qapalı üsulla edilə bilər” , - deyə B.Səlimov qeyd edib. Jurnalistin “Yırtıq nə üçün əmələ gəlir?” sualını isə həkim bu cür cavablandırıb: “İlk növbədə qarın boşluğundan təzyiqin artması  ilə gedən proseslər səbəb olur. Bunlara qəbizlik, öskürmək, həddin artıq artıq çəki, ağır işlərlə məğul olmaq və s daxildir. Bəzi proseslər qarın divarlarının zəfləməsinə səbəb olur. Buna siqaet çəkməyi misal çəkmək olar. Siqaret çəkmək iki mexanizmlə yırtıq riskini artırır. Siqaret kollagen lifləri parçalayan kollagenaza fermentini aktivləşdirərək bütün bədəndə kollagendən əmələ gələn strukturları zəiflədir ki, bunların arasında qarın boşluğunun divarlarıda daxildir. Digər səbəblərdən biri də siqaretin xronik öskürək verməsidir ki, öskürəyin özü də qarın boşluğunda təzyiqin artmasına səbəb olur və bu da ikinci faktor rolunu oynayır”. Qeyd edək ki, ümumi cərrah yırtığın müalicəsinin sadəcə əməliyyat yolu ilə olduğunu açıqlayıb. Əlavə suallar üçün həkimlə bir başa əlaqə yarada bilərsiniz. Tel: 070 -579-88 -33 Şəhanə Quliyeva

Ayağınızda ağrılar, şişlik, qıcolmalar varsa... – Damar genişlənməsi xəstəliyi nədir?

Damar genişlənməsi müasir zamanda ən çox yayılan problemlər sırasındadır. Buna baxmayaraq əksər insan bu xəstəliyə diqqət yetirmir və nəticədə isə xəstəlik daha da irəliləyir. Buna əsas səbəb isə insanların, daha çox ayaq ağrıları, və dəri səthində damarların ifrat dərəcəsində görünməsindən sonra həkimə üz tutmalarıdır. Mövzu ilə bağlı Psixoloq.az-a açıqlama verən ürək-damar cərrahı Elşən Əliyev, hər damar xəstəliyinin ayaqlarda görünmədiyini bildirib. Onun sözlərinə görə, ayaqlarda şişkinliyin olması, baldır nahiyədə qıcolma, ağrıların olması damar genişlənməsi xəstəliyinin əlamətlərindəndir: “Sözsüz ki pasiyentin xəstəliyin başlanğıc mərhələsində müraciət etməsi onu əməliyyatdan azad etmiş ola bilər. Ürəyə qan aparan damarlarda ən çox rast gəlinən xəstəlik varikoz genişlənmədir. Ürəkdən qan gətirən damarlarda ən çox rast gəlinən xəstəlik damar tutulmasıdır”. Əliyev, varikoz müalicəsində istifadə edilən ən son metodlardan birinin endovenoz üsulla radifrekas ablasiya və krioskleroterapiya olduğunu diqətə çatdırıb. “Bu üsulda xəstə anesteziya almır, kəsik olmur. Ən əsas məsələ isə xəstəxanada qalmır. İynə dəliyindən kateter yeridilir, damara düymə basılır və damar yandırılır”, -deyə Əliyev vurğulayıb. Şəhanə Quliyeva

Bədəndəki xalları götürmək olarmı?

Bəzi insanlarda bədəninin müxtəlif nayihələrindəki, xüsusilə də üzdəki xallara görə komplekslər yaransa da, onları götürməyə risk etmirlər, daha böyük problemlərin yaranacağından ehtiyat edirlər. Psixoloq.az xəbər verir ki, dermatoveneroloq Sevinc Kərimova Trend-ə bildirib ki, istənilən "ət xalı” dediyimiz dəri törəmələri xoş xassələli olsalar da, onlar törəmə sayılır və onkoloji xəstəliklər qrupuna daxil edilirlər. S.Kərimovanın sözlərinə görə, "ət xalları”nın kriodestruksiya üsulu ilə dondurularaq, lazerlə və ya cərrahi yolla götürülməsi mümkündür və heç bir əks göstərişi yoxdur. Həkim hesab edir ki, ümumiyyətlə, dəridə olan hər bir törəmə vaxtında - heç bir problem yaratmadığı zaman götürülməlidir: "Təbii ki, bütün dəri törəmələri bədxassəli deyil. Hemangioma da, papilloma da xoşxassəlidir. Müəyyən hallarda bazaliomaların gələcəkdə xərçəngə çevrilməsi riski varsa, onların da "sakit” vaxtı, heç bir problem yaratmadığı zaman götürülməsi məsləhətdir. Çox zaman xəstəyə "ət xalları”nın kriodestruksiya üsulu ilə götürülməsi təklif edildikdə, o, panikaya düşür, qorxur. Amma əgər bu, törəmədirsə, zaman-zaman mexaniki zədə alırsa, onu mütləq götürmək lazımdır. Çünki o, həmin vaxt bədxassəli olmasa belə, şişdir. Xoş və ya bədxassəli olmasından asılı olmayaraq isə onun vaxtında götürülməsi məsləhətdir”. S.Kərimovanın sözlərinə görə, bəzi hallarda pasiyent müraciət edir ki, xal heç bir zədə almasa və qaşınmasa da, öz-özünə qanayır: "Həmin əlamət artıq xərçəngə keçid üçün siqnaldır. Xal travma alaraq qanaya bilər, amma mexaniki zədə almadan qanayırsa, üstünü yara bağlayırsa, bu, artıq o deməkdir ki, orada aktiv hüceyrələr tapılacaq. 99 faiz halda öz-özünə qanayan xallarda xərçəng hüceyrələri tapılır”. S.Kərimova qeyd edib ki, istənilən "ət xalı” dediyimiz dəri törəmələri onkoloji xəstəliklər qrupuna daxil edildiyinə görə onların üzərində lazer epilyasiyasının aparılması məsləhət görülmür. Çünki lazer şüasının təsirindən belə xalların sayı daha da arta bilər. Bu halda onların bədxassəli şişlərə çevirilməsi riski də yaranır: "Müəyyən xallar var ki, "sakit” olsa da, xərçəng adlandırılmasa da, xərçəngönü sayılır. Yəni gələcəkdə onun xərçəngə çevrilməsi riski var. Ona görə də onların üzərinə şüa vurub bu prosesi daha da sürətləndirmək olmaz. Bu səbəbdən xallar olduqda epilyasiyanın edilməsi qəti qadağandır”. S.Kərimova bildirib ki, qırmızı xallar dərini qidalandıran xırda kapilyarların divarından inkişaf edən törəmə olduğu üçün qırmızı rəngdədir: "Bunlar həm də hemangioma xallardır. Onlara da lazer terapiyası olmaz. Çünki bu prosesin təsirindən damarlar daha da genişlənir və bununla prosesi daha da dərinləşdirmişik oluruq”.

Uşağa hansı yaşdan sonra xarici dil öyrədilməlidir? – Psixoloq məsləhəti

Bu gün uşaqlara kiçik yaşlarından xarici dil öyrətmək dəb halını alıb. Atalar sözündə deyildiyi kimi, "Yar məni alverdə görsün" məsələsidir, yoxsa düşünülmüş addımdır. Bəzi mütəxəssislər bildirirlər ki, bu uşağın gələcək inkişafı üçün müsbət haldır. Gələcəkdə əcnəbi dili çətinlik çəkmədən, rahat öyrənə biləcək. Lakin uşaq psixoloqları bunun mənfi tərəflərini də nəzərdən qaçırmırlar. Araşdırmalara görə, iki dildə danışan ailələrin uşaqlarında nitqdə qüsurlar ola bilər. Hazırda üstünlük ingilis dilinə üstünlük verilir. Çünki bu dil dünyada qəbul edilən bir neçə dildən biridir və gələcəkdə də uşaq bu dildən faydalana bilər. Lakin valideynlər bir nüansı da unutmamalıdırlar ki, uşağın tez qavraması üçün onun  temperamentinə uyğun dil seçilməlidir. - Uşağın orijinal şəxsiyyət kimi yetişməsi üçün yapon dili öyrədilməsi məsləhətdir. Heroqliflərin yazılış qaydasını yadda saxlamaq üçün uşağın beynində hər iki yarımkürə aktiv inkişaf edəcək. - Uşaq musiqiyə meyillidirsə, çin dilinin öyrədilməsi məsləhətdir. Bu dil beyinin sağ yarımkürəsinin cavabdeh olduğu musiqi qabiliyyətini  artırmaqda ona kömək olacaq. Dilçilərin fikrinə əsasən, məhz çin dili gələcəkdə aparıcı dil olacaq.- Ünsiyyətcil uşağa fransız və ya ispan dili öyrətmək daha uyğundur. - Uşağınız məntiqli düşünürsə, alman dili onun seçimi ola bilər. - Kreativ düşüncəli uşağa isə inglis dilinin öyrədilməsi məsləhətdir. Bəs bu dillər uşağa hansı yaşdan sonra öyrədilməlidir? "Loqos" psixoloji nitq mərkəzinin baş uşaq psixoloqu Anara Quliyeva bununla bağlı ATV.az-a öz fikirlərini bildirdi: "Uşaqlarda passiv və aktiv nitq inkişafı olur. Passiv nitq, yəni uşağın başa düşdüyü dildə apar, qoy, gətir kimi ifadələri anlayır və icra edir. Artıq 1 yaşından uşaq öz söz ehtiyatına uyğun hərəkət edir. Uşağın qavrama, idrak prossesinə görə bir dil inkişaf olunmalıdır. Uşağın duyğusu, məntiqi, qavrayışı bir dil əsasında formalaşmalıdır. Ancaq uşağa 2 və daha çox dil öyrədildikdə, fikirini izah etdikdə 2 dildə ifadə edəcək. Anlaşılmazlıq ola bilər. Dilləri qarışdırmamaq üçün uşağa 5 yaşına kimi bir dil mənimsədilir, 5 yaşından sonra isə xarici dillər öyrədilə bilər. Çünki uşaq öz dilini kifayət qədər duyub, anladıqdan sonra əlavə dillər öyrədilə bilər. Lakin unutmayın, övladınızın dil qüsuru varsa, ona xarici dil öyrətmək fikrindən daşının. Çünki bu dil qüsuru problemini daha da dərinləşdirəcək. Uşaq 8-10 yaşına çatdıqda, dil öyrənmək bir qədər çətin olsa da, 2-3 dili ona paralel öyrətmək mümkündür, amma ideal tələffüzə nail olmaq bir qədər zaman alacaq. Əcnəbilərin çalışdığı uşaq bağçaları bu məsələdə əvəzedilməzdir, lakin dili unutmamaq üçün sonradan uşağın xarici dil təmayüllü məktəbə getməsi vacibdir."