Niyə dinlədiyimi bilsəm...

İnsanın ana bətnində inkişafı zamanı ilk olaraq eşitmə duyğusu formalaşır ki, aparılan araşdırmalara əsasən hamiləliyin son aylarında uşaq kənardan gələn səsləri eşidir və uyğun olaraq reaksiyalar verir. Məhz bu baxımdan hələ dünyaya gəlməzdən əvvəl, bir şeyləri öyrəmənin yolunun dinləmədən asılı olduğu müəyyənləşmiş olur. Öyrənmənin öncə dinləmə vasitəsilə həyata keçirilməsi əsas verir ki, “Dinləmədən öyrənmək olmaz” fikrini sübuta yetirmiş olsun. Xüsusi olaraq qeyd etmək lazımdır ki, mahiyyət etibarilə dinləmə və eşitmə eyni məna kəsb etmir. Belə ki, eşitmək sadəcə müxtəlif səs çalarlarına malik söz topluluğunun, səs-hərf yığımının beyində müəyyən əks-səda yaratmasından ibarətdir. Dinləmə isə fikrin, düşüncənin beynin süzgəcindən keçərək, müəyyən mənaya bürünməsi prosesi kimi baş verir. Yəni, eşitmədə nizamsızlıq, sistemsizlik kimi boşluqlar olduğu halda, dinləmədə isə bir məqsədə, ideyaya fokuslanma özünü göstərir.             Dinləmə zamanı insanların bu prosesə yanaşma tərzi, dinləmədən necə istifadə olunması məsələləri və faydalanma səviyyəsinə uyğun olaraq fərqli istifadə tərəfləri aşkara çıxmış olur ki,  həmin tərəfləri aşağıdakı kimi təsnifləndirmək olar: ·         Danışmaq üçün – dinləmək bu zaman əsas məqsəd öz fikirlərini ifadə etməyə can atmaq və fikirlərinin digər fikirlərdən daha üstün olmasına çalışmaqdır. Danışmaq üçün dinləyən insanlar daha çox özünü potensial imkanlarından yuxarı qiymətləndirirlər və kortəbii şəkildə öz fikrinin ən yaxşı fikir olduğuna inanırlar. ·         Haqlı tərəf olmağa çalışmaq üçün – dinləmədə, dinləyən tərəf əslində məntiqindən və yaddaş imkanlarından geniş istifadə etməklə, məqsədinə nail olmağa çalışır. Qeyd etdiyi fikirləri lazımi keçmişdəki yaşananlar hadisələrdən sitatlar gətirərək və xüsusi məntiqi bacarıqla elə əlaqələndirmə aparır ki, qeyri-ixtiyari haqlılıq payını sübut etmiş olur. ·         Müqayisə üçün – dinləmə bəzi insanlarda özünü davamlı kimlərləsə müqayisə etmək tələbatı yaranır ki, bu da həmin insanın mənəvi baxımdan daha çox çatışmazlığının olduğunu əks etdirir. Dinləmə zamanı fikirlər üzərindən təhlil aparmaqla, əsas diqqəti nöqsanlara yönəltməklə, bəhanə və təsəllilərə sığınır ki, özünüaldatmaqla rahatlama prosesi gerçəkləşdirilmiş olur. ·         İnanmaq üçün – dinləmə belə bir həqiqət var ki, insan inanmadığı birinə nə söylərsə, söyləsin inanmaz. İnam hissini qarşındakı insandan yaşanmış və yaşanacaqları dinləyərək, formalaşdırmaq mümkündür. Buna görə də, hər zaman inandığımız insanı dinləməyimiz üçün dinlədiyimiz insana inanmaqdan başlamalıyıq. ·         Öyrənmək üçün – dinləmə zamanı hər şeydən öncə qarşı tərəfdən asılı olmayaraq, bu məsələnin həlli beyində öz əksini tapmalıdır. Dinlədiyin insandan çox şey öyrənəcəyinə əmin olmaq duyğusu formalaşdıqdan sonra dinləmədə öyrənmə prosesi gerçəkləşə bilər.    Dinləmək içində böyük mənaları gizləyən ən dəyərli əsərdir. Çünki ömür əvvəlindən sonuna kimi möhtəşəm bir simfoniyadır. Bu simfoniyada bütün hisslər yaşanaraq, öz əksini tapmış olur. Belə ki, dinlədiyin biri varsa, həyatını gözəlləşdirən biri var deməkdir. Dinlədiyin biri varsa, sevdiyin biri var deməkdir. Dinlədiyin biri varsa, ömrünə məna verən biri var deməkdir...    Beləliklə, həyatı dinləmədən, ritmini tuta bilmərik, ritmini tuta bilmədiyimiz həyata istədiyimiz kimi yön verə bilmərik. Ona görə də ətrafı və insanları dinləyək, mənalandıraq, düşüncə süzgəcimizdən keçirək və birdə çıxardığımız nəticəni özümüzdən soruşaq, özümüzlə razılaşdığımız zaman ən doğru qərarı verdiyimizə inana bilərik.   Ayxan Hüseynli doktorant

İnsanları qiymətləndirmə meyarlarımız

   Əslində "meyar" sözü özündə həm də qiymətləndirməni ehtiva etsə də,gündəlik həyatımızda "qiymətləndirmə meyarı" ifadəsinə daha sıx rast gəlirik. Meyar - hər hansı bir hadisəyə,işə,davranışa və.s qiymət vermək, yaxud onu təsnif etmək üçün əsas əlamətlər mənasını verir.Qiymət isə bir şeyin dəyəri və keyfiyyəti barədə fikir söyləmək, hökm vermək,qiymətləndirmək,dəyərləndirmək anlamında istifadə edilir.Bizlər duyğu orqanlarımız vasitəsilə (gözlər,qulaqlar,dil,burun,dəri) ətraf aləmlə əlaqə qururuq.Ünsiyyətdə olduğumuz bir insan, şahidi olduğumuz hər hansı bir hadisə,daddığımız bir yemək yaxud burnumuza gələn qoxu barədə bizlərdə müəyyən bir rəy,münasibət formalaşır. Mövzumuz "İnsanları qiymətləndirmə meyarlarımız" olduğu üçün bu münasibəti hadisəyə yaxud predmetə nəzərən deyil,şəxslərə nəzərən araşdıracağıq. İnsanlara qiymət verərəkən hansı əlamətləri rəhbər tuturuq? Təbii ki,hər kəsin yaşadığı mühitə,dünyagörüşünə,yaşam tərzinə uyğun qiymətləndirmə meyarları vardır: Kimsə şəxsin sosial vəziyyətinə,yaşına,dini inancına,cinsi oriyentasiyasına,başqa birisi isə həmin şəxsin özünə və onunla ortaq dəyərlərinə nəzərən bu meyarları müəyyənləşdirir. Qiymətləndirmə üçün meyarların konkret siyahısını tərtib etmək qeyri-mümkündür, çünki insanlar antropoloji,genetik xüsusiyyətlərə görə,hətta bürclərə görə belə bu qiymətləndirməni apara bilərlər. Biri üçün çox əhəmiyyətsiz görünən bir detal digəri üçün çox əhəmiyyətli bir qiymətləndirmə vahididir.Məsələn : X hesab edir ki, tibbi zərurət olmadan kişi cinsindən olan şəxslərin plastik cərrahiyyə əməliyyatı keçirməsi qəbuledilməzdir və bunu edən şəxslər onun nəzərində kimliyindən asılı olmayaraq pis insanlardır.Bəzi şəxslər qiymətləndirmə apararkən "X" kimi daha sərt şəkildə münasibət bildirsələr də,bəzi şəxslər daha liberal nöqteyi-nəzərdən qiymətləndirmə aparırlar. Məsələn : Cənab "Y" bildirir ki, O heç vaxt lazer-epilyasiya xidmətlərindən istifadə etməyib və etməz də.Amma bu xidmətdən istifadə edən şəxslərə tam normal münasibət bəsləyir.Yuxarıda qeyd edilənləri ümumiləşdirərək söyləyə bilərik ki, Qiymətləndirmə Meyarı - subyekt üçün prioritet təşkil edən xüsusiyyətlərə əsasən onun hər hansı bir hadisəyə,şəxsə yaxud predmetə olan münasibətidir. "Onun çəkmələrini geyinib 1 mil yerimədiyin müddətcə kimsəni mühakimə etmə"- Hindi ata sözü -  Bu deyim bizlərə insanlara qiymət verərkən Empatiya qurmaq lazım olduğunu aşılayır. Empatiya - özünü başqa bir insanın və ya canlının yerində hiss etmə bacarığı,başqasının dərdinə şərik olma hissidir. Qiymətləndirməzamanı empatiya qurmağa çalışan insanların münasibətləri çox zaman müsbət yaxud neytral olur. Onlar mühakimə etməkdən daha çox anlamağa çalışırlar. Empatiyanın əksi isə Aleksitimiya adlanır.Alekitimiyaya sadə dillə duyğusal korluq adını da verə bilərik.    Bu məsələyə hüquqi aspektdən də yanaşa bilərik. Belə ki, Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən Cinayət-Prosessual Məcəllənin 7.0.32 və 7.0.33 - cü maddələrində müəyyən olunmuş qohumluq əlaqələri olan şəxslər ( yaxın qohumlar və qohumlar : ər-arvad,uşaqlar,valideynlər və.s )  işə baxan məhkəmənin tərkibinə daxil ola bilməzlər. Hakimin cinayət prosesinin hər hansı bir iştirakçısı ilə,habelə onların nümayəndələri ilə qohumluq əlaqəsində olması ona etiraz edilməsi üçün əsasdır. Ədalət mühakiməsini həyata keçirən hakimlər faktlara əsaslanmalı,qərəzsiz,ədalətlə və qanunlara müvafiq davranmalıdırlar. Dövlət haqlı olaraq hesab edir ki, cinayət prosesinin hər hansı bir iştirakçısı ilə hakimin qohumluq əlaqələrinin mövcudluğu onun obyektiv qiymətləndirmə meyarlarına təsir edə yaxud kölgə sala bilər. Bu eynilə bizim gündəlik,məişət həyatımızdan gətirdiyimiz misallarla eynilik təşkil edir.     İnsanları qiymətləndirərkən onun bizə yaxud bizim üçün prioritet təşkil edən dəyərlərimizə münasibətin önəmi varmı ?   Bu sualı cavablayarkən ilk öncə subyektin özünə daha sonra isə onun üçün önəm təşkil edən dəyərlərə münasibəti aydınlaşdırmağa çalışaq.Yuxarıda da qeyd etdiyimiz kimi obyektin - yəni qiymətləndirilən şəxsin kimliyi,bizimlə olan münasibəti xüsusi önəm daşıyır. Bizi tanıyan,bizim barədə hər hansı bir mülahizəsini öncədən bildiyimiz şəxsə qarşı münasibət də çox zaman adekvat xarakter daşıyır. Əgər Siz qonşunuzun sizə qarşı münasibətinin yaxşı olmadığını bilirsinizsə sizin də ona qarşı münasibətiniz adekvat şəkildə olacaqdır. Bu zaman "Mən" anlayışı bütün digər prioritetlərdən çəkidə daha ağır gəlir.Bu zaman adekvat qiymətləndirmə yalnızca Sizin şəxsiyyətiniz barədə söylənilən fikirlərlə məhdudlaşmır,eləcə də Sizə aid olan hər hansı bir hadisəni,halı da özündə ehtiva edir. Məsələn : "X" evinizə qonaq gəlir. Daha öncə X-lə ünsiyyətiniz olmasa da ortaq dostlarınız onun çox mehriban və dürüst birisi olduğunu söyləyirlər. Daha öncədən qonaqlarınız üçün şəxsən hazırladığınız və hazırlanmasına çox zaman və enerji sərf etdiyiniz bir təamı masaya qoyursunuz. "X" yeməkdən daddıqdan sonra duzun miqdarının artıq olduğunu, yeməyi bəyənmədiyini söyləyir.Bu zaman Sizin "X"-ə qarşı olan münasibətiniz necə olacaqdır ?  Bəlkə də yemək həqiqətən də duzlu və ləzzətsizdir. Lakin evinizə qonaq gəlmiş birisinin bu həqiqəti dürüstlüklə söyləməsini nəzakətsizlik hesab edərək Sizdə ona qarşı adekvat olaraq mənfi rəy formalaşmağa başlayır. Yaxud da Sizin barənizdə " Çox səmimiyyətsizdir,onu heç bəyənmirəm" dediyini bildiyiniz bir insanın səmimi bir insan olduğunu əsla düşünməzsiniz. Demək ki, əgər biz qiymətləndirdiyimiz şəxslə bir-birimizi qarşılıqlı olaraq tanıyırıqsa,həmin şəxsin bizə yaxud bizə aid olan hər hansı bir predmetə,hadisəyə nəzərən münasibətini biliriksə çox zaman onu verdiyimiz qiymət onun bizim barəmizdə olan fikrinə,rəyinə adekvat xarakter daşıyır. Təbii ki, burada bizim üçün önəmli olan dəyərlərə, "qırmızı xəttlərimizə" olan münasibətin də önəmi danılmazdır.Lakin əksər hallarda insanlar şəxsən özlərnə olan münasibəti daha önəmli hesab edir.    Bəs obyekt bizi tanımırsa necə ?   Əgər tərəfimizdən qiymətləndirilən obyekt bizi tanımırsa,bizim yaxud bizə aid olan hər hansı bir şey barəsində mülahizəsi yoxdursa bu zaman avtomatik olaraq "Mən" anlayışı ortadan qalxmış olur. Artıq bizlər həmin şəxsi özümüzə qarşı münasibətdə dəyərləndirmək imkanından məhrum oluruq, çünki belə bir münasibət ümumiyyətlə mövcud olmur. Bu zaman düşünmək olar ki, artıq "Mən" yoxdursa demək ki, obyektivlik var və bizlər tam ədalətli qiymətləndirmə edəcəyik. Lakin belə olduqda da ortaya bizim üçün önəmli,prioritet təşkil edən dəyərlər ortaya çıxmış olur. Efirdə gördüyümüz,çox məlahətli səsi olan bir sənətçinin davranışlarını bəyənmirik. Yaxud tanınmış,peşəkar bir cərrahın ailəsinə xəyanət etdiyini öyrənirik və.s Bu kimi hallarda ayrı-ayrılıqda və kompleks şəkildə qiymətləndirmə meydana çıxır. Məsələn : " Cərrahın ailəsi ilə olan münasibəti mənim nəyimə lazımdır ? Önəmli olan onun öz işinin peşəkarı olmasıdır. Yaxud da Sənətçi şəxsi həyatında hər nə edirsə bu onun öz şəxsi işidir,özəlidir.Mən onun ifa etdiyi mahnıları,bəstələrini sevirəm " - ayrı-ayrılıqda" Ateist olan birisi mənim nəzərimdə xarakterindən asılı olmayaraq pis insandır. Yaxud da həyat tərzi,əxlaqı mənə uyğun olmayan bir insanın sənəti mənim nəyimə lazımdır ? " - kompleks Bəzən də dəyərlərin toqquşması baş verir. Bir insanda həm sevmədiyimiz həm də sevdiyimiz xüsusiyyətlər eyni anda mövcud olur. Bu kimi hallarda bizlər xəyali tərəzi yaradır və daha ağır olan hissəyə nəzərən qiymətləndirmə aparırıq. Hər bir halda insanlara qiymət verərkən öncə özümüz və sevdiklərimiz barədə düşünməyi unutmayaq.       Dəyərli vaxtınızı ayırıb oxuduğunuz üçün minnətdaram...!

Danışan kimi danışan bir qadın-Kişinin üzərinə getməyin

Psixoloq.az bildirir ki, kişi-qadın münasibətlərinin əksəriyyətində vəziyyət eynidir, hətta qadının kişidən daha çox danışması, elmi araşdırmanın mövzusu olmuşdur. Bir qadının ağzından gündə 23 min söz çıxsa da (bu pis bir rəqəm deyil!), Kişinin ağzı, ehtimal ki, hüquqşünas olmasa yarısı qədərdir. Yaxşı olar ki, onun seksuallığına problem kimi baxmayasınız. aranızda, ancaq kişi təbiətinin qəbul edilmiş bir hissəsi olaraq. Vaxtlar fərqlidir Yorğun halda işdən evə qayıdan bir qadın oturub gününün necə keçdiyini danışmağı yorğunluq kimi görmür. Halbuki, kişi o vaxt bir kəlmə belə deməyi böyük yük hesab edir. Başqa sözlə, kişi ilə qadın arasındakı söhbətin vaxtı fərqlidir. Eyni şey döyüşlərə də aiddir ...Qadın davanın nə vaxt və harada baş verdiyini həll etmək istəyir, düşünür ki, yeganə yol danışmaqdır. Ancaq adam bir müddət keçməsini, yəni odun külə dönməsini gözləməyi üstün tutur. Bu vəziyyətdə bir qadının edə biləcəyi ən yaxşı şey, həssaslığından istifadə edərək qarşısındakı kişiyə qarşı çıxıb onu danışmağa məcbur etmənin nə vaxt daha yaxşı olacağını və onu bir müddət nə zaman tək buraxacağını təxmin etməkdir. Sosial rollara görə Kişilərə "kişi" nin qısa danışması lazım olduğu gənc yaşlarından öyrədilir və bu bilinçaltı təlim əksər kişiləri inkişaf etmiş bir yaşda susmağa məcbur edir. Kişilərin sosial rolunda 'qan kimi danışmağa və arvad kimi gülməyə' yer yoxdur. Həmişə sakit və nəzarətli olmalı, problemlər qarşısında düşüncə tərzinə sahib olmalıdır. Bir sözlə, cinsiyyətinin sosial tərifinə uyğun hərəkət etməli olan kişilərimiz zaman keçdikcə rollarını mənimsəyir və danışmağı sevmirlər. Qadınlar heç kimlə danışmaqda üstünlüyünü əldən vermək və sözü heç kimə buraxmaq istəmirlər. Bu, qarşımızdakı kişilərin zaman zaman hisslərini və düşüncələrini ifadə etmələrinə səbəb olur, ancaq bunu etmək üçün fürsət tapmır. Tələsik hərəkət etmək qadının edə biləcəyi ən böyük səhvdir. Məsələn, yeni bir ayaqqabı aldınız və sevdiyiniz kişinin bu ayaqqabını necə tapdığını öyrənmək üçün can atırsınız. Səbirsiz olub soruşsanız, qısa bir cavabla kifayətlənməli olacaqsınız, halbuki səbirlə gözləsəniz, "ayaqqabılarınız nə qədər gözəldir, balam, təzədirmi?" soruşacaq.

Ayrılığa Koqnitiv-bihevioral baxış

AYRILIQ 1. Başqalıq, müxtəliflik, birbirinə bənzəməzlik; fərq, uyğunsuzluq. Fikir ayrılığı. Üsul ayrılığı. Bunların arasında heç bir ayrılıq yoxdur. 2. Yaxın adamlarından, sevgilisindən, dostundan uzaqda keçən həyat; hicran, fəraq, firqət. [ Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Dilinin İzahlı lüğəti, 4 cilddə, I cild A-D, Şərq-Qərb-səh 184, 2006] Koqnitiv-bihevioral terapiya nədir, necə işləyir? Təsəvvür edin ki, ağzınızda limon var. Onun şirin dadını, limonun kəskinliyini hiss edirsiniz və bu sizə xoş təəssürat bağışlayır. Bu təcrübə qavramanın (limonun və ya konfetin görüntüsü) fiziki hissiyyatın (ağzın sulanması), duyğunun (turş ya da şirin dadın duyulması) necə yarandığını göstərir. Koqnitiv-bihevioral terapiya ətraf mühitdəki qıcıqların insan orqanizminə təsiri, məlumatların həmin stimullarla ötürülməsi hipotezinə əsaslanır. Hər hansı situasiyaya verdiyimiz reaksiya, fizioloji təcrübə və davranış reaksiyalarımızı müəyyənləşdirir. Bu ‘5 sahə modelində’ sistemin bütün komponentləri interaktiv fəaliyyət göstərir, buna görə əhval-ruhiyyə bizim qavrama prosesimizə və əksinə, qavrama prosesi əhval-ruhiyyəmizə təsir göstərə bilir. Fiziki vəziyyətimiz də, (məsələn əhvala təsir göstərən hər hansı maddə) əhval-ruhiyyəmizə və düşüncə proseslərimizə təsir edir. Psixotrop dərmanlar fiziki proseslərə təsir göstərir və buna görə də ənənəvi psixoterapiya duyğulara yönəlir. CBT, psixikanın qavrama və davranış hissələrinə diqqət yetirir. Rasional Emotiv Davranış Terapiyasında (Albert Ellis 1955-Rasional terapiya, bu adı natamam hesab etdiyi üçün 1961-ci ildə adını Rasional emotiv davranışçı terapiya deyə dəyişdirir) olduğu kimi CBT-də də sistematik duyarsızlaşdırma, və məruz buraxma kimi texnikalardan istifadə olunur. Bütün koqnitiv bihevioral terapiyalar: 1. Dəyişiklik üçün düşüncələrin, inancların və davranışların vasitə ola biləcəyinə dair ümumi marağı paylaşırlar; 2. Sosial öyrənmə nəzəriyyəsinin prinsiplərinə əsaslanır, yəni rasional olmayan düşüncə və davranış formalarını sosial mühitdə görərək öyrənirik və daha sonra vərdiş halına keçir; 3. Və hər biri empirik metoda sadiqdir. Yəni dəyişiklik etmək üçün Rasional Emotiv Davranışçı Terapiya da, Koqnitiv-bihevioral terapiya da empirik olaraq keçmiş funksional olmayan inancın empirik metodla yanlış olduğunu isbatlayır və yeni inanc, yerləşmiş düşüncə ilə onu əvəz edir. Bu ortaq dəyərlər, digər bəzi psixoterapiya sahələrində görülən mexanizmlər olmadan, fərqli metodların CBT çətiri altında qalmasına icazə vermişdir. Bu kitabda, Beckin depressiya üçün tətbiq olunan koqnitiv terapiya ilə bağlı original tədqiqatı nəticəsində ortaya çıxan koqnitiv bihevioral modelə köklənəcəyik (Beck, 1979). CBT, şüuru araşdırdığı üçün psixodinamika kimi şüuraltı basdırılmış duyğularla çalışan psixoterapiya metodlarından fərqlənir. Problemə köklənən münasibəti vurğulamaq üçün psixodinamik və digər interpersonal terapiyalardan fərqlənir: münasibət dəyişikliyə kömək edir, lakin dəyişiklik üçün bir vasitə deyil. CBT ənənəvi terapiyalarla müqayisədə daha çox strukturlaşdırılmış və yönləndiricidir. Həmçinin əməkdaşlıq çərçivəsində çalışır və pasiyentlərin, problem həll etmə müddətində “şəxsi psixoloqları” olmalarına kömək edir. Terapiya koqnitiv bihevioral formulasiyaya əsaslanır və tətbiq olunan metodlar bu formulasiyadan inkişaf edir. Yəni müxtəlif problemlərin müxtəlif müalicə formulyasiyaları olur. Terapiya bu formulyasiyaların əsasında irəliyə aparılır. CBT, ənənəvi müalicələrdən daha aktiv olması ilə fərqlənir. Pasiyent, seanslar zamanı verilən ev tapşırıqlarını etmək üçün CBT texnikalarını istifadə etməyi öyrənir. Ayrılığı dözülməz edən koqnitiv təhrif-düşüncə xətaları. Seçici abstraksiya: Burada şəxs həyatın hər hansı bir kadrına görə filmi dəyərləndirir, Məsələn:Bu ayrılıq bir daha mənə göstərdi ki, mən xoşbəxt olmaq üçün yaranmamışam. Yanlış nəticə çıxarma: Hiss edirəm ki, bir daha heç bir münasibətdə özümü tapa bilməyəcəm. (öncəgörücülük) Böyütmə\kiçiltmə: Bu dərd məni məhv edəcək.(böyütmə), Mən bir şəxs olaraq elə buna layiqdim. Ümumiləşdirmə: Uğursuzam, çünki ayrılıq yaşadım. Ambivalent düşüncə: Ya uğurlu bir partnyor, ya heç kiməm. Şəxsiləşdirmə:Başqa insanların haqqında “əfəl” deyərək danışdığı insan mənəm. Etikelməmə (stiqma): Uğursuzun biriyəm. Emosional fikir yürütmə: Hisslərim məni yanıltmaz, necə hiss edirəmsə deməli elədir. Malı, Məli cümlələri: Bu münasibət belə bitməli deyildi. Günahlandırma: Özünü – ona layiq deyildim, gözəl olan heç nəyə layiq deyiləm. Başqasını – o bizim hekayəmizi məhv etmək üçün əlindən gələni etdi. Ayrılıq sonrası ortaya çıxmağı mümkün psixoloji narahatlıqlar Depressiya itki problemi fonda olmaqla inkişaf edir. Depressiya üçbucağı üzərindən dəyərləndirmə apardıqda ortaya çıxan nəticə belədir: özünə qarşı neqativ düşüncə, dünyaya qarşı neqativ düşüncə və gələcəyə qarşı neqativ düşüncə. Düşüncələrin duyğuları stimullaşdırmağı nəticəsində ortaya çıxan ümidsizlik, günahkarlıq, fiziki-hərəki passivlik, sosial izolyasiya, çox yemək və ya qidadan uzaq qalmaq, çox yatmaq və ya yuxusuzluq, davam edəcəyi təqdirdə və ağırlaşmış hallarda qoxu və dad bilmənin itməsi, halüsinasiyalı versiya ilə də müşahidə edilə bilər. Təşviş pozuntusu: Əvvəla bunu qeyd edim ki, bir növ təşviş pozuntusu yoxdur. Göstərilən problemdə təşvişli həyəcan əsasən dünyanı güvənsiz bir yer hesab etməklə gəlir, idarəetməni itirmək ilə bağlı düşüncəyə bağlı olaraq panik pozuntu, itirmə təşvişi və ya daimi gözləntilərin olmağı səbəbi ilə ümumiləşmiş təşviş pozuntusu kimi narahatlıqların ortaya çıxmağı müşahidə edilən bir haldır. Vaxtında müdaxilə edilmədiyi halda davam edən problem artıq düşüncə formasında qəlibləşmə yaratdığı üçün şəxsdə sağalmağa qarşı olan qaçma davranışı formalaşdıra bilər. Nəticə İnsanlar yaşadıqları müddət ərzində onların baxışlarına müxtəlif mənzərələr hakim kəsilir- Sevgi, xəyanət, ayrılıq və.s bütün digər çətin həyat şəraitlərində olduğu ayrılıq sonrası mərhələdə bununla yaşamağı bacarmaq insanın emosional küt olmağı deyil, psixoloji olaraq elastik bir şəxsiyyətə çevrilməyinə kömək edir. Ayrılıq ilə bağlı hələ yeniyetməlik yaşı dövründən maarifləndirmə&profilaktika, işlərinin məktəblərdə tədbiqi şəxsin psixikana vaksin təsiri bağışlayır, bələd olduğu həyat hadisəsi ilə qarşılaşan şəxsiyyət yaşanan olaydan minimum zərərlə xilas olacağını bilir, tək bir düşüncə ilə tək bir emosiyanın şiddətlənməsinə imkan vermir. Psixoloji yardım zamanı düşüncə xətalarının müəyyən edilməsi, onlar barədə maarifləndirmə aparılması və ev tapşırığında “mənim hekayəm” başlığı ilə yaşanan ayrılıq barədə düşüncələrin öyrənilməsi, yazının seansda müzakirəsi, yazıdakı koqnitiv təhriflərin pasiyent tərəfindən müəyyən edilməsi müraciət edən şəxsin problem həll etmək bacarıqlarını inkişaf etdirir. Nəsimi Qiyasov – 03.08.2021 Azərbaycan Respublikası, Bərdə şəhəri

Münasibətlərdə emosional yanma sindromu.

Gündəlik həyatda buna xroniki yorğunluq, emosional yanma, yaxud sadəcə “yanma” sindromu da deyilir. İlk əvvəl bu sindrom daha çox çalışan insanlara şamil edilirdi. Belə ki, uzun müddət fasiləsiz çalışan insanlarda bu hal zaman keçdikcə xəyal qırıqlığı, işdən soyuma, lap elə işi mexaniki həyata keçirmə, heç bir yeniliyin olmaması və s. Belə hallarla özünü büruzə verirdi. Günümüzdə yanma sindromunun işçilər arasında böyük bir problem olduğu fakt kimi ortadadı. Nəticədə emosional yanma sindromu ailədaxili münasibətə, psixosomatik xəstəliklərə, alkoqol, siqaret kimi zərərli vərdişlərə, yuxusuzluq, depressiya kimi ruhi narahatlığa səbəb olur. Yenə də qeyd etmək istərdik ki, qabaq belə hallar daha çox fasiləsiz çalışan insanlarda rast gəlinirdi. Ancaq gününmüzdə biz çalışanlarla yanaşı, çalışmayan insanlarda da belə halların artmasının şahidi oluruq. Olmaya hamı gərgin iş qrafiki ilə işləyir, sadəcə bizim xəbərimiz yox?! Bəlkə iş anlayışının mahiyyəti dəyişib?! Bəlkə internetdə sadəcə, yenə də qeyd edirəm – sadəcə zaman keçirmək də işdi xəbərimiz yox?! Ola bilər. Bu, başqa bir mövzudu. Hələlik onu saxlayaq, keçək emosional yanmanın bizə necə təsir etmə prosesinə. Yanmanın əsas xüsusiyyətləri enerji itkisi, motivasiya əskikliyi, digərlərinə qarşı mənfi münasibət, qərarsızlıq, ruh halının tez-tez dəyişməsi, eləcə də duyğusal tükənmə, laqeydləşmə və fərdi müvəffəqiyyət ölçüləri ilə xarakterizə edilir. Duyğusal müstəvidə tükənmə insanın etdiyi işə görə özünü həddindən artıq yüklənmiş, tükənmiş hiss etməsidir və burn-out (emosional yanma) sindromunun ən əhəmiyyətli simptomudur. Laqeydləşmə insanın əhatəsində olanlara qarşı fərd olduqlarını nəzərə almadan, duyğudan məhrum şəkildə davranış göstərməsidir. Yanma sindromu əsasən 4 mərhələdə özünü büruzə verir. Öncəliklə onu qeyd edək ki, yanma insanın bir mərhələdən digərinə keçdiyi dəhşətli bir proses deyil, davamlı bir aktdır. Birinci mərhələ - Şövq və coşğu mərhələsi: Bu mərhələdə insanda yüksək bir ümidlilik, enerjili olma, ifrat peşə gözləntiləri müşahidə olunur. Fərd üçün çalışdığı peşə hər şeydən öndədir, yuxusuzluğa, gərgin iş mühitlərinə, özünə və həyatın digər istiqamətlərinə qarşı zaman və enerji ayırmamağa köklənir. İkinci mərhələ - Durğunluq mərhələsi: Bu mərhələdə artıq istək və ümiddə müəyyən dərəcədə azalma müşahidə olunur. Çalışma prosesində qarşılaşdığı çətinliklərdən, daha əvvəl əhəmiyyətsiz yanaşdığı bəzi məqamlardan getdikcə narahat olmağa başlayır. Tələb olunan işdən əlavə heç bir şey edə bilmir. Artıq narahat olmağa başlayır. Əvvəl çalışma şövqü digər sahələrə diqqət ayırmamağa səbəb olurdusa, bu gün həmin intizamla çalışa bilmir, əksinə, kənar işlərə daha çox zaman ayırır. Üçüncü mərhələ - Maneə mərhələsi: Başqa insanlara kömək və xidmət etmək üçün işə başlayan şəxs, insanları, sistemi, mənfi iş şəraitini dəyişdirmənin nə qədər çətin olduğunu anlayır. Davamlı bir maneəçilik duyğusu yaşayır. Dördüncü mərhələ - Laqeydlik mərhələsi (Apatiya-süstlük): Bu mərhələdə insanda çox dərin emosional qopma, dərin inancsızlıq və ümidsizlik müşahidə edilir. Peşəsini, gördüyü işi iqtisadi və sosial təminat üçün davam etdirir, ondan zövq almır. Belə bir vəziyyətdə iş həyatı fərd üçün doyum və özünü reallaşdırma sahəsi olmaqdan çox, insana yalnız çətinlik və bədbəxtlik verən bir sahə olur. İnsanda emosional yanma vəziyyətində ortaya çıxacaq əsas simptomlar aşağıdakılardır: - Psixofizioloji simptomlar: yorğunluq və tükənmə hissi, enerji itkisi, xroniki baş ağrıları və yuxu pozuntuları, qastrointestinal (mədə-bağırsaq problemləri) pozuntular və çəki itirmə, tənəffüs çətinliyi, psixosomatik xəstəliklər, ürək narahatlığı. - Psixoloji simptomlar: duyğusal tükənmə, xroniki əsəbilik, tez hirslənmə, müəyyən dövrlərdə koqnitiv bacarıqlarda yaranan çətinliklər, xəyal qırıqlığı, əhval defisiti, anksiyetə (həyəcan), səbrsizlik, özünüqiymətləndirmənin aşağı düşməsi, dəyərsizlik, tənqidə qarşı həddindən artıq həssaslıq, qərar vermədə çətinlik, süstlük, boşluq və mənasızlıq hissi, ümidsizlik. - Bihevioral simptomlar: yanlışlığa yol vermə, işlərini təxirə salma və ya ertələmə, işə gec gəlmə, icazəsiz olaraq, ya da “xəstəlik” səbəbi ilə işə gəlməmə, xidməti xüsusiyyətlərdə pozulma, işdə və iş xaricindəki əlaqələrdə problem, həmkarlara və xidmət verilən şəxslərə, peşəyə və s. Qarşı qeyri-ciddi davranış, işlə maraqlanmaq yerinə başqa “işlərdə” zaman keçirmə, yaxınlara, eləcə də çalışdığı işə qarşı marağın itməsi. Səbəbləri: Bu mövzuda aparılan araşdırmalara diqqət etdikdə görürük ki, problemi daha çox birbaşa şəxsiyyətin, fərdin özü ilə bağlayırlar. Düzdür, öncələrdə bunu təşkilati faktorla daha çox əlaqələndirirdilər, günümüzdə də belə yanaşma aktuallığını qoruyub saxlayır. Təşkilatlarda bu halın mövcudluğunu qəbul edir, aradan qaldırması istiqamətində tədbirlər görürlər. Təsadüfi deyildir ki, günümüzdə təşkilat və müəssisələr insan faktoruna, onun özünü reallaşdırmasına əvvəlki illərlə müqayisədə daha çox diqqət ayırır. Bu mövzuda digər bir yanaşma həm təşkilati, həm də fərdi problemlərin bu sindroma səbəb və yanmanın çox ölçülü kompleks fenomen olduğu ilə bağlıdır. Burn-out (emosional yanma) sindromu işə yeni başladıqda daha çox həyəcanlı və istəkli olan şəxslərdə müşahidə edilir. Bu vəziyyət mütəxəssislər tərəfindən həmin insanların ilk həyəcanlarına daha çox enerji sərf edərək qısa müddətdə tükəndiklərinə bağlanır. Tükənmişlik sindromu, iş həyatı ilə əlaqəli mövzularda daha çox görülsə də, emosional münasibətlərdə də yaşana biləcək bir anlayışdır. Yaşadığımız dövrdə evlilik və münasibətlər üçün gözləntilərimiz olduqca yüksəkdir. Hamımız romantik münasibətlərimizə böyük xəyallarla başlayırıq, birlikdə olmağa, münasibətlərə böyük mənalar veririk. Ancaq bir müddətdən sonra sevdiyimiz insana olan marağımız azalmağa başlayır və münasibətlərin ilk mərhələlərindəki romantizm yox olmağa başlayır. Bütün münasibətlərdə bu proses normaldır, yoxsa əlaqələr ona yüklənən mənaları və gözləntiləri təmin edə bilmədiyi üçün zamanla başa çatır? Klinik psixoloq, ailə və interpersonal psixoterapevt Ayala Malach Pines, “Cütlüklərdə tükənmə” adlı kitabında, münasibətlərdə olan insanların fiziki və mənəvi yorğunluğunun ən vacib səbəbinin münasibətlərə yüklənən mənalarda gizləndiyini söyləyir. Pinesə görə, sevgilərinin əbədi olacağını ümid edən idealist insanlar gündəlik həyatın konkret həqiqətləri ilə qarşılaşdıqda məyus olurlar. Münasibətlərdəki reallıqlar və gözləntilər arasındakı bu fərq həm emosional, həm də zehni tükənməyə yol açır. Münasibətdə tükənmə nədir və niyə meydana gəlir? Münasibətdəki yaşanan konfliktlər arasındakı müddət qısalır, amma sonrakı zaman kəsiyində hər şeyin normallaşması üçün daha uzun vaxt tələb olunursa, münasibətiniz tükənmək ərəfəsində ola bilər. Cütlərin bir-biri ilə əlaqəsinin zəifləməsi, müxtəlif birgə fəaliyyətlərdən əvvəl olduğu qədər zövq ala bilməməsi və davamlı qarşıdurma kimi bir çox vəziyyət münasibətlərin tükənməsinin ən vacib əlamətlərindəndir. Araşdırmalar göstərir ki, cütlüklər münasibətlərinin tükəndiyindən xəbərdar olub, həll yolunda təsirli bir addım atmadan əvvəl orta hesabla altı il gözləyirlər və bu vəziyyətin niyə, necə yarandığını çox vaxt başa düşə bilmirlər. Buna görə də, bir çox münasibətlər tərəfləri səhvən pis vərdişlər, qeyri-konstruktiv mübarizə üslubları və şiddət ilə tükənmişlik burulğanına salır. Münasibətinizin tükəndiyini necə bilə bilərsiniz? Bir münasibətdə tükənmənin ən vacib üç səbəbi və göstəricisi vardır ki, bu ümumi tükənmə sindromu əlamətləri ilə oxşarlıq təşkil edir. Münasibətlərinizin tükəndiyini başa düşmək üçün münasibətlərinizdə aşağıdakı vəziyyətlərdən neçəsini müşahidə edə bilərsiniz: Fiziki və emosional yorğunluq Münasibətiniz sözün əsl mənasında sizi yeyir. Qarşı tərəfin diqqətə ehtiyacı olduğunu və münasibətinizlə bağlı məsuliyyətləriniz olduğunu çox yaxşı bilsəniz də, bir addım atmaq, səy göstərmək istəmir və ya səy göstərmək üçün enerji, motivasiya tapa bilmirsiniz. Partnyorunuz üçün sürpriz bir şam yeməyi hazırlamaq, birlikdə tətil planlaşdırmaq və ya gəzintiyə çıxmaq kimi ən sadə hərəkətləri düşünmək belə yorğun olduğunuzu hiss etməyiniz üçün kifayət edir. Bağları pozmaq və tənqidi münasibət Özünüzü partnyorunuzun və ya münasibətinizin bir hissəsi olaraq görə bilməməyə başlayırsınız, həm digər insanla, həm də münasibətinizlə bağlı heç bir əlaqə hiss etmir, duyarsızlaşırsınız. Etdiyi hər şey, söylədiyi hər söz sözün əsl mənasında sizə batmağa başlayır. Hər davranışını tənqid edir və etdiyi hər səhvə lazım olandan çox, şişirdilmiş reaksiya verirsiniz. Zamanla, həqiqətən uyğun bir cütlük olub-olmadığınızı sorğulayır, bunu özünüzə belə etiraf etməsəniz də, diqqətinizi daha yaxşı ola biləcək digər insanlara yönəltməyə başlayırsınız. Münasibətə daha az “sərmayə” Münasibətlərinizi düzəltmək və ya yaxşılaşdırmaq üçün heç bir addım atmamağa başlayırsınız, çünki münasibətinizdə göstərdiyiniz hər hansı bir səy mənasız olacaqdır deyə düşünürsünüz. Boş vaxtınızı yoldaşınızdan çox, tək və ya sosial mediada keçirməyə üstünlük verirsiniz. Fiziki yaxınlıqdan əlavə emosional əlaqənizin də azaldığını hiss edirsiniz. Nə edəcəyinizi bilmirsiniz, bəzən bu münasibətlə bağlı “mən daha yoxam” deyib və yox olmaq istəyirsiniz. Necə edək? Romantik münasibətlər iki şəxs arasında ifa edilən rəqs kimidir, sevgi burada musiqidir, onlar bir-birinin addımlarını təqib edir, ona adekvat addımlar atırlar, örnək olaraq deyək ki, tərəflərdən birinin dördüncü hərəkətin əvəzinə yeddinci hərəkəti yerinə yetirməsi idealist və rigid şəxslər üçün hardasa “sərhəd pozuntusu” hesab edilirsə, əksinə daha elastik düşüncə tərzinə malik insanlar üçün sadəcə bir texniki səhv hesab edilir. Bu cür problemlərdə hər şey yaxşıymış kimi daxildən gələn emosiyaların xalçanın altına süpürülməsi heç də çıxış yolu deyildir. Unutmaq lazım deyil ki, insanlar baş verən hər hansı bir hadisə ilə bağlı reaksiya vermədiyimizi gördükdə bizi o mənzərələrə qarşı görmə məhdudiyyətli, o səslərə qarşı eşitmə məhdudiyyətli hesab edə bilərlər. Bundan başqa ailədəki problemin sizin şəxsi ruhi vəziyyətinizə təsiri və ya sizin ruhi vəziyyətinizin ailədaxili münasibətlərinizə təsirini sezmək lazımdır. Münasibətlərə məna yükləyərkən qarşımızdakı şəxsin də səhvlər edə biləcək biri olduğunu nəzərə almaq lazımdır. Bu gün insanlar keçmişdə olduğundan daha çox “bizi ancaq ölüm ayıra bilər” deyirlər, amma burdakı ölüm Prof.Sungurun da ifadə etdiyi kimi fiziki bir mövcudluğun sona çatmağı deyil, sadəcə sevginin bitməyi mənasına gəlir. Sevgi kişilərin çayçıdakı hesab davası kimidir, “hesab mənlikdir.. Başa düşmədim, mən ölmüşəm... o pul qabını sakitcə stolun üstünə at, hesabı mən ödəyəcəm!” münasibətlərin sevgililik dövrü də belədir, tərəflər bütün günü “sən məni çox sevirsən, yoxsa mən səni?” deyə soruşur, yazır, sonra gedib hələ bir bunu çobanyastığı ilə də yoxlayırlar. Evlilik sonrasında isə münasibət tamam başqa cür özünü göstərir, rəqsdəki əvvəlki ehtiras azalmağa başlayır. Addımlar yavaşlayır, baxışlardakı şövq əvvəlki kimi gözə çarpmır. Səbəb isə artıq birlikdə yaşayışın insanların qüsur hesab ediləcək məqamlarını da bir-birinə aşkar etməsidir. Məhz buna görə də, sevgini görmə qüsuru, evliliyi o qüsurun tək korreksiya metodu hesab edirlər bəzən. Təklif edirəm ki, ailə ilə, münasibətinizlə bağlı sizi narahat edən məqamları partnyorunuzla paylaşın. Onun mövzu ilə əlaqədar fikirlərini dinləyin. Münaqişə də bir ünsiyyət formasıdır bu rəqsi musiqi davam etdiyi müddət ərzində və ya sonrasında tam sakit ifa edəcəyinizi, harmoniya içində olacağınızı sizə heç kim vəd etməyib. Birlikdə, komanda yoldaşı kimi münasibətinizi xilas etməyə çalışın. Birlikdə sizə xoş təsir bağışlayacaq planlamalar aparın, kinoya getmək, teatr izləmək, gəzintiyə çıxmaq, ən azından birlikdə evdə film izləmək. Bir-birinizin atdığınız addımlarını əgər layiqdirsə təqdir edin. El adətləri içərisində hətta sözlə qorxudulan ağacda belə həmin bahar əvvəlkindən daha gözəl meyvə gətirdiyinə inanılırsa bizlər niyə sözlərin buz bağlayan sevgini isidəcəyinə inanmayan? Professional yardım almaqdan çəkinməyin. Bəzən rəqsin hansı məqamında səhv etdiyimizi öyrənmək üçün bizə mütləq bir professional baxışı lazımdır. Bir digər vasitə düşüncələrə tolerant yanaşmaq və tez təslim olmamaqdır. Mən sevgilər üçün əzabkeş sovet insanı obrazını sevməsəm belə Əliağa Kürçaylının müəllifi olduğu, Emin Sabitoğlunun sözlərinə musiqi bəstələdiyi İlyas Əfəndiyevin “Unuda bilmirəm” əsərindən Nərmin və Kamranın musiqisi kimi bizə tanış olan “Məni sənə bağlayan” şeirindən bir bəndi sizə təqdim etmək istərdim: Tutsun ərzi duman-çən, Qar olsun, dözərəm mən. Ürəyimi isidən Sənin hərarətindir. Ədəbiyyat siyahısı: 1. Ayala Malach Pines-Çiftlerde Tükenmişlik: Sebepleri ve Çözümleri- İletişim nəşriyyatı, 2017 2. Nərmin Quliyeva-Burn-out(emosional yanma) sindromu, Psixologiya Elmi-tədqiqat İnstitutu, 2014 3. https://www.uplifers.com/iliskide-tukenmislik-sendromu-iliskinin-tukenmesinin-sebepleri-ve-cozum-onerileri/ 4. https://saglamolun.az/index.php/psixologiya/14471-emosional-yanma-sindromu.html Psixoloq Nəsimi Qiyasov— 03.04.2021 Azərbaycan Respublikası, Bərdə şəhəri

Ailə daxilində və cütlüklər arasında ünsiyyət, ünsiyyət problemləri və onlara Koqnitiv-bihevioral yanaşma.

Ünsiyyət nədir? Ünsiyyət qarşılıqlı münasibət, mehribanlıq, yaxınlıq, ülfət, əlaqə mənalarındadır. Əsasən söz və yazı vasitəsilə xəbərləşmək, əlaqə qurmaq, fikir mübadiləsi aparmaq, qarşılıqlı dialoq ünsiyyət mənasında işlədilir. Ünsiyyət insanın sosial tələbatıdır. İnsana yaşamaq üçün hava, su və qida qədər ünsiyyət də lazımdır. Ünsiyyətin hamı tərəfindən eyni dərəcədə qəbul olunan ümumi tərifi yoxdur. Psixoloqlardan birinin hesablamasına görə, hələ 1969-cu ilə qədərki dövrdə təkcə ingilis dilində olan ədəbiyyatda ünsiyyətin 96 tərifi məlum idi. Sosial psixologiyada ünsiyyətə müxtəlif təriflər verilmişdir. Onlardan biri belədir: iki və daha çox adamın münasibətləri aydınlaşdırmaq və ümumi nəticə əldə etmək məqsədilə öz səylərini əlaqələndirməyə və birləşdirməyə yönəldilmiş qarşılıqlı təsirinə ünsiyyət deyilir. Ünsiyyətin funksiyaları çoxsaylıdır. Onların ikisini xüsusilə qeyd etmək lazımdır: a)insanların birgə fəaliyyətinin təşkili ( başqa sözlə, “ümumi nəticə əldə etmək məqsədilə səyləri əlaqələndirmək”) b) şəxsiyyətlərarası münasibətlərin formalaşması və inkişafı (yəni, “münasibətləri aydınlaşdırmaq məqsədilə qarşılıqlı təsir”) Bir və ya bir çox insanın birgə münasibəti insanlararası ünsiyyət sayılır. Bu münasibət daha çox şifahi və yazılı ünsiyyətlə qurulur. Bu ünsiyyətdə səs tonu və seçilən sözlər önəmlidir. Yəni bu cür ünsiyyətdə nəyin, necə ifadə olunması böyük əhəmiyyət kəsb edir. Ünsiyyətdə üz ifadələri və bədən dilinin də özünəməxsus rolu var. İnsan bilərək və ya bilməyərək bundan istifadə edə bilər. Ailədaxili ünsiyyət Ailə insanın ilk məktəbidir. İnsanın ən çox ünsiyyətdə olduğu və ünsiyyəti öyrəndiyi yer də məhz ailədir. Ailədaxili ünsiyyət dedikdə də ər-arvadın biri-biri və əgər varsa, uşaqları ilə münasibəti nəzərdə tutulur. Bu ünsiyyət ən azı iki nəfər arasında cərəyan edir və müəyyən məqsəd daşıyır. Həmin məqsədləri belə sıralamaq olar: • Məlumat vermək • Fikir bildirmək • Hisləri ifadə etmək • Ehtiyac və istəkləri dilə gətirmək • Nəzarət etmək (razı salmaq, yol göstərmək) Ailə münasibətləri digər insanlarla münasibətdən fərqlidir. Çünki ailə münasibətlərində rəsmilik olmur. Münasibətlər sevgi və hörmətə əsaslanır. Ailə üzvləri demək olar ki, oxşar düşünür. Hər hansı hadisəyə ailə fərdlərinin münasibəti çox vaxt bir-birinə bənzəyir. Digər münasibətlər kimi ailədaxili münasibətlər də diqqət tələb edir. Bəzi ailə problemləri münasibətlərə biganəlikdən qaynaqlanır. Bundan əlavə, tərəflərin problemlərə yanaşma tərzi də münasibətlərə mənfi və ya müsbət təsir göstərir. Ailədaxili ünsiyyətin əsasları Vaxt ayırmaq İnsanlarla yaxşı münasibət qurmaq üçün onlara vaxt ayrımaq lazımdır. Əfsus ki, müasir dövrdə ailəyə çox az vaxt ayrılır. Bir araşdırma nəticəsində məlum olub ki, Evliliklərindən razı və bir-birini sevən cütlüklərin doxsan faizi vaxtının çoxunu bir yerdə keçirənlərdir. Eyni araşdırmada boşanan cütlüklərin boşanmazdan əvvəl bir-birinə daha az vaxt ayırması da diqqət çəkir. Sevgini ifadə etmək İnsanın yeməyə və suya ömür boyu ehtiyacı olduğu kimi, sevgiyə də ehtiyacı var. Sevildiyini bilmək insanın əsas ehtiyaclarından biridir. İnsan sevməyi sevilərək öyrənir. Ailə münasibətlərində sevgi başlıca rol oynayır. Yeni qurulan ailədə kişi və qadının ən böyük arzusu qarşılıqlı sevgi görmək, evlənəndən sonra da sevgilərini qorumaqdır. Ər-arvad bir-birinə sevgilərini bildirməkdən çəkinməməlidir. Xüsusən qadınlar diqqət və sevginin sözlərlə ifadəsini daha çox istəyirlər. Kişi həyat yoldaşına diqqət və sevgisini sözlərlə yox, hərəkətləri ilə göstərməyə çalışdıqda qadının ehtiyacı tam qarşılanmır. Bu səbəbdən kişi qadının sevgi tələbatını nəzərə almalıdır. Bu məqamda qarşı tərəfin sevgi “dili”ni, yəni onun nəyi xoşladığını, nədən xoşbəxt olduğunu bilmək lazımdır. İnsanların zövqləri kimi sevgi dilləri də müxtəlifdir. Bir-birinin sevgi dilini bilməyən cütlük hərəsi bir dildə danışan əcnəbilərə oxşayır. Hədiyyə sevən bir qadını, təbii ki, xoş sözlərlə yola vermək müşkül məsələdir. Əsas sevgi dilləri bir yerdə vaxt keçirmək, birlikdə iş görmək, hədiyyə almaq, xoş söz və xitablar (əzizim, sevgilim və s.) və fiziki təmasdır. Dialoq Ünsiyyətin başlıca forması dialoqdur. Dialoqun iştirakçıları ən azı iki nəfərdir. Ailədəki ünsiyyət monoloq şəklində yox, dialoq şəklində olsa da, əksər hallarda monoloqun çərçivəsindən kənara çıxmır. Məsələn kişi danışır, istəklərini bildirir, ancaq həyat yoldaşının ağzını açmağa imkan vermir. Halbuki, qarşı tərəfin danışmasına imkan vermək, onu dinləmək ona verilən dəyəri göstərir. Əri tərəfindən fikirləri dinlənilən qadın daha rahat və xoşbəxt olur. Empatiya qurmaq Empatiya özünü həm­söhbətin yerinə qoymaq bacarığıdır. Simpatiya isə bir adama və ya bir şeyə qarşı rəğbət bəsləməkdir. Bir insana simpatiya bəsləmək onun kimi olmağa çalışmaqdır. Qarşı tərəfə rəğbət edən insan onun sevincinə və kədərinə şərik olur. Empatiya isə fərqlidir, həmsöhbətə bənzəmək deyil, onu anlamaq istəyidir. Bir insanı anlamaqla ona haqq qazandırmaq eyni şey deyil. Empatiya zamanı insan qarşı tərəfi anlamağa, simpatiyada isə, anlasa da, anlamasa da, qarşı tərəfə haqq qazandırmağa çalışır. Bir sözlə, empatiya həmsöhbətə göstərilən anlayışın nəticəsidir. Ailədaxili ünsiyyətdə böyük əhəmiyyət daşıyan empatiya ailədaxili münasibətlərin möhkəmlədən əsas məziyyətlərdən biridir. Kişi və qadın həyata eyni “pəncərə”dən baxmaq məcburiyyətində deyil. Hərəsi öz pəncərəsindən baxmalıdır. Biri o birini özü kimi düşünməyə məcbur etməməlidir. Eyni hadisəni görən iki insan həmin hadisə haqqında fərqli düşünə bilər. Əvvəllki yazıda gətirdiyim sitatı bir daha xatırlatmaq istəyirəm “Evlilik “Mən”ləri qoruyaraq “Biz” ola bilmək sənətidir. Koqnitiv-bihevioral terapiyalar ailə və cütlüklərin terapiyasında da tez-tez müraciət edilən bir yanaşmadır. Rus fizioloq İvan Pavlovun şərti reflekslər nəzəriyyəsi ilə ortaya çıxan davranış yanaşmaları və davranışçı terapiya John B. Watson’un “Kiçik Albert” və Mary Cover Jones’un “Peter” keyzləri ilə fobiyanın müalicəsində istifadə edildi və ilk dəfə olaraq Joseph Wolpe uğurlu nəticələr əldə etdi, davranışçı terapiyada koqnitiv proseslərə “sirr” olaraq yanaşıldığı üçün əsas etibarilə davranışçı və ya indiki adı ilə klassik məruz buraxma, sistematik duyarsızlaştırma yolu ilə fobiya və agorafobi olan şəxslərdə tədbiq edildi. Digər tərəfdən, Masters və Johnson, cinsi funksional pozuntulara əsaslanan narahatlıqları bu psixoterapiya yanaşması ilə müalicə etdilər və ailə-cütlük, cinsi funksional pozuntuların müalicəsi üçün istifadə edilən yanaşmalar qrupuna Bihevioral(davranışçı) yanaşmanı da əlavə etdilər. Skinnerin rəhbərliyi altında şərtsiz reflekslərə cavab olaraq şərti reflekslərə əsaslanan operant öyrənmə nəzəriyyəsi ortaya qoyuldu. Operant öyrənmə xüsusilə uşaqlarda təsirli olub və uyğun olmayan davranışı neytrallaşdıraraq, yaxşı davranışı mükafatlandırmağa əsaslanır. Növbəti illərdə sosial öyrənmə nəzəriyyəsi, rol təkrarlanması və modelləşdirmə işləri davranışçı ailə terapiyası metodları kimi istifadə edilməyə başlandı. Koqnitiv-bihevioral terapiya, çox ümumi bir tərifdə; koqnitiv və davranış sferasında olan kənaraçıxmaların təhlili və müalicəsidir, insan davranışında müşahidə oluna bilən və ölçülə bilən dəyişiklikləri koqnitiv sferadan araşdırıb, düşüncələrin və duyğuların onları tənzimləmə gücünə malik olduğunu deyir. Psixoanalitik yönümlü psixoterapevtik yanaşmalardan bir çox cəhətdən fərqlənir. Koqnitiv-bihevioral terapiyalar problemin bir fil bənzəri şəxsin yaxınlığında olduğunu qeyd edir. Bundan başqa psixoanalitik terapiyada olan sərbəst assosiasiyalar, yuxu şərhlərinə Koqnitiv-bihevioral terapiyalarda rast gəlinmir. Evlilik və cütlüklər üçün Koqnitiv-bihevioral terapiyada əsasən ünsiyyət problemləri hədəf olaraq müəyyən edilir, toxunuşlar ünsiyyət probleminə səbəb olan düşüncə xətalarını aradan qaldırmaqdır. Terapevtik bağın qurulması təbii ki, uğurlu başlanğıc üçün başlıca məqamdır. O bağlılıq sayəsində sonrakı mərhələdə tərəflər əsas problemi danışacaq, ev tapşırıqlarını yerinə yetirəcəklər. Terapevtik bağ qurmadan texnika tədbiq etməyə can atmaq mənə bir çox fənni tədris etmiş Leyla müəllim Nuriyevanın ifadəsi ilə “Paltara görə düymə almaq əvəzinə düyməyə görə paltar tikdirməkdir”. Problem yaradan bir neçə təməl ünsiyyət xətalarına nəzər salaq. Dağıdıcı tənqid: Problemli münasibətlər adətən bir-birlərini günahlandıran və tənqid etməyə meylli olan partnyorlardan ibarətdir. Burada həyat yoldaşları tamamilə bir-birlərinin mənfi tərəflərinə diqqət yetirirlər və beləliklə, məkrli bir qavrayışla müsbətlər kənara atılır. Hər iki tərəf əslində əzab çəkir və dağıdıcı tənqidlər “havada uçur”. Misal üçün; “Sən məni incitməkdən zövq alırsan ”. Ümumiləşdirmə: Problemli cütlüklərdə ər-arvad bir-birinə mühakimə, tənqidlə yanaşmağa və ümumiləşmiş yanaşma etməyə meyllidirlər. Misal üçün; “Sən həmişə belə eqoistsən! “. Partnyorların tənqidi bəzən daha da irəliləyir və tərəflər bir-birlərinin şəxsiyyətlərini hədəf alan ifadələr işlədirlər. Bu, bir-birinin ailələrini tənqid etməyə qədər gedib çıxır. Misal üçün; “Sən həmişə belə eqoist olmusan, bu xüsusiyyəti anandan almısan! Bütün ailən belədir!“ Zehni oxumaq və Falçılıq : Burada həyat yoldaşları bir-birinin demədiklərini dediklərindən daha çox anlamağa çalışır. Deyilənlərin gizli niyyətini tutmağa çalışırlar. Misal üçün, “ Baxmayaraq ki, indi belə deyirsən amma əsas niyyətin məni alçaltmaqdır! ” “Səninlə heç vaxt danışmaq olmur, bir də bax, yenə hirslənirsən ! “ ya da “Bunları Dr.Mehmet Bəy dediyi üçün edirsən. O həqiqətən düşməyə bilər, amma mən bilirəm ki, bu davranışları ürəkdən etmirsən.” Keçmişdən nümunə göstərmək: Məsələn, “15 ildir hər dəfə eyni şeyləri edirsən” və ya “evliliyimizin ilk illərində çəkdiyim əzablar üçün səni heç vaxt bağışlaya bilmərəm “. Özünü tamamilə haqlı hesab etmək. Məsələn, “Bütün evliliyimiz boyu heç bir mübahisəyə mən səbəb olmamışam”. Tərəflərin öz davranışlarına görə məsuliyyətdən qaçması: Məsələn, “Sən məni o qədər özümdən çıxarırsan ki, mən bu səbəbdən güc tədbiq edirəm.” Çıxılmaz vəziyyət yaradan ifadələr: Məsələn, “İndi səy göstərirsən amma indi çox gecdir. Bunu 5 il əvvəl etməliydin. ” Məntiqdən silah kimi istifadə etmək: Məsələn, “Yaxşı, mənim məsləhət gördüyüm istiqaməti təkzib edəcək bir yol təklif et, sən dediyini edək.” Yoldaşlardan birinin psixoterapevt rolunu öhdəsinə götürməyi: Məsələn, “Sən indi narahatsan. Bunu başa düşürəm və bundan sonra doğru olanı tapmağa sənə kömək edəcəm.”. Burda situasiya sizə konflikt yaratmağa meylli gəlməyə bilər, amma diqqətlə baxdıqda rol oynayan tərəfin qarşısındakı şəxsə “Ən doğrunu mən bilirəm” mesajı verdiyini görə bilərik. Sağlam ünsiyyət mühiti yaratmaq üçün bir neçə texnika: • Həyat yoldaşınızın atdığı addımları təqdir etdiyinizi ona göstərin. • Birgə daha çox vaxt keçirin. Birlikdə problem həll etməyi öyrənin. • Həyat yoldaşınızın atdığı yanlış addımlara qarşı tolerantlıq sərgiləyin. • Fikirlərinizi yıxıcı formada deyil, öz fikrinizi ifadə edirmiş kimi ifadə edin. Unutmayın ki “nə dediyindən çox, necə dediyin önəmlidir.” Koqnitiv-bihevioral terapiyada interpersonal səviyyədə bir texnika: Burada ciddi və emosional yanaşma yerinə fikrinizi üzünüzdə təbəssümlə və incə formada bildirin. Basdırılmış emosiyanın aşkara çıxarılması üçün David Letterman texnikası: Burada qarşınızdakına onun söhbəti ilə həqiqətən maraqlandığınızı göstərir və ona təsir etmək əvəzinə danışdığı hər hansı mövzunu diqqətlə dinləyirsiniz. Bu partnyorunuza ona dəyər verdiyiniz mesajı verəcək, projektor işıqları onun söhbətinin üzərinə çevirin, ara-sıra dediyi cümləni sual formasında təkrar edin və ya “Bir dəqiqə, doğrudan belə bir hadisə baş verib?”, “doğrudan belə dedin?” kimi suallar verin. Ədəbiyyat siyahısı: 1. Beck, A. T. (1988) – Aşk asla yetmez, USA: Harper ve Row. 2. David D.Burns-Panik Atakda, Psikonet Yayınları 3. Ertuğrul Köroğlu – Akılcı duygulanım davranışçı terapi, HYB yayıncılık 4. Əbdül Əlizadə, Əkbər Bayramov – Sosial psixologiya, “Qapp Poliqraf”, Bakı, 2003 5. M. Faruk Bayraktar – Çocuk sevgisi üzerine Hz. Peygamberden mesajlar. 6. Mehmet Zihni Sungur – Aşk, Evlilik, Sadakatsizlik:Şeytan üçgeni 7. Mehmet Zihni Sungur – Sen, Ben ve Aramızdakı Her şey, İstanbul, Goa 8. Mehmet Zihni Sungur – Bağlanma, evlilik ve aile psikolojisi, s.326-340(Davranışçı Sistemik Evlilik Terapisi, Evlilikde İletişim ve Bağlanma),Sistem yayıncılık, 2010 9. Önder – Ailede iletişim konuşarak ve dinleyerek anlaşalım. 10. Üstün Dökmen – Sanatta və günlük yaşamda iletişim çatışmaları ve empati Psixoloq Nəsimi Qiyasov – 10. 04. 2021 Azərbaycan Respublikası, Bərdə şəhəri

Azərbaycan qadını romantik münasibətlərdə: Fədakarlıq, yoxsa travmalı bağlılıq?

Münasibətlərdə “Stokholm sindromu”. Azərbaycan qadını romantik münasibətlərdə: Fədakarlıq, yoxsa travmalı bağlılıq? Travmalı bağlılıq fenomeni Stokholm şəhərində baş verən bir bank soyğunçuluğuna əsaslanır. Bu bank soyğunçuluğu zamanı işçilər əsir götürülür. Ancaq tədqiqatçılar əsir götürülən şəxslərin əsirlikdə olduqları müddətdə soyğunçularla emosional bağlarının inkişaf etdiyini müşahidə edirlər. Əsirlərin yaşadıqları bu vəziyyətə “Stokholm sindromu” deyilir. Stokholm sindromu travmalı bağlılıq konsepsiyası ilə əlaqəli olsa da, travmalı bağlılıq, istismar və zorakılıq kor çarxını əhatə edən münasibətlərdə ikili bağlanma prosesidir. Travmalı bağlılıq tez-tez istismara və ya şiddətə məruz qalan şəxsin getdikcə gücsüz, köməksiz və həssas hiss etdiyi münasibətlərin müşayiəti ilə inkişaf edir. Ancaq travmalı bağlanma barədə daha ətraflı danışmadan əvvəl, travmatik bağlanmanın inkişafına səbəb olan dövr haqqında danışaq. Toksik münasibətlərdə, cütlüyün konflikt yaşamağı üçün bir stimul ola biləcək təcrübələr yaşandıqda ortaqlar arasındakı gərginlik artır. Təcavüzkar tərəfdaşını bu stimula görə günahlandırır və yaşadıqları gərginliyi fiziki və ya emosional şiddətə müraciət edərək daha da artırır. Lakin, bəzi hallarda, bu gərginlikdən sonra şiddətə üz tutan şəxs özünü peşman olmuş kimi göstərə bilir və ya bağışlanmaq üçün jestlər etməyə başlayır. Şiddətə məruz qalan şəxs isə təcavüzkarın yaxşı niyyətli olduğunu və səhvini başa düşdüyünü düşünür və partnyorunu bağışlayaraq münasibətə davam edir. Ancaq bu bir kor çarxa çevrilə bilər və partnyorlar bu kor çarxda tələyə düşə bilərlər. Bu dövrdə, xüsusilə təcavüzkarın üzr istədiyi və özünü bağışlatmağa çalışdığı zamanda, zorakılığa məruz qalan şəxslərdə köməksizlik hissi yarana bilər. Bəs niyə bu tip münasibətlərdə olan biri bu kor çarxı görmür və ya bu münasibətdə qalmağı seçir? Münasibətlərində şiddət və təcavüzə məruz qalan bəzi insanlar bunun birdəfəlik bir davranış olduğuna inanır və bu hadisədən sonra təcavüzkarın yaşadığı peşmanlıq, əzilən tərəfin bu inanclarını gücləndirir. Tərəfdaşlar arasındakı bağlılıq da bu müddətdə güclənir. İstismarın birdəfəlik bir şey olmadığını və ona zərər verildiyini anlayan insan üçün təəssüf ki, bu əlaqəni bitirmək asan olmaya bilər. Çünki bu müddətdə münasibətlərdəki travmatik təcrübələri özündə birləşdirən bağlar artıq güclənmiş olur. Sualımıza bir başqa cavab da öyrənmə nəzəriyyəsindən gəlir, istismar edilən şəxslərin həqiqətləri görməməsi üçün müxtəlif “manipulyasiyalara” əl atılmasıdır. Bunu qaça bilməyəcəklərini düşünən istismara məruz qalan şəxslərdə “acizlik freymi” inkişaf edir və bununla da onlar münasibətə davam etməyi seçirlər. Ümumi bir koqnitiv təhrif, istismara məruz qalanlar tərəfindən istismarın inkar edilməsi və ya önəminin aşağı salınması da bu cür münasibətlərin davam etməsinə səbəb ola bilər. Münasibətlərdə gücün qeyri-bərabərliyi artdıqca və təcavüzkarın həqiqətən onların qayğısına qaldığına dair inam formalaşdıqca, istismar edilənlər özlərini günahlandıra bilər və istismar edəni yaxşı, özlərini pis kimi görə bilərlər. Bu, fərdlərin özünə inamını və özünə hörmətini azalda bilər və bu münasibətdə qalma ehtimalını artıra bilər. Şükranlıq hissi bildirmək istəyirəm ki, işimin nəzəriyyə qismini tamamladım, yazdığım məqaləyə “işim” deyə müraciət etməyimə səbəb olduğu üçün Elvin Mabuda (Bu sənin tədqiqat işindir, “araşdırdıq” yox, “araşdırdım” yaz- demişdi) təşəkkür edir və şəxsi fikirlərimi bildirmək istəyirəm. Kor çarx necə yaranır? Hakan Türkçapar “Fark et, düşün, hiss et, yaşa!” kitabında bu prosesi belə ifadə edir: Bir sabah işə gedəndə qapının kilidinin əvvəlki kimi bir dəfə çevrildikdə yox, iki dəfə çevrildikdə bağlandığını görürsən, o biri gün isə üç cəhddə, daha sonra beş cəhd, sonra on cəhddə və beləcə sən rituallaşmış davranış sərgiləyir “Bu dəfə bağlanacaq” deyə-deyə hər gün 10 dəqiqəni qapının önündə açar çevirərək keçirirsən. Bu kor çarxdır. Münasibətlərdə də bir ömür bəzən bir insanın sizin istədiyiniz insana çevriləcəyini gözləməklə keçir. İlk tanış olduğunuz zamanlarda sizə çox yaraşdığını dediyi donunuzu geyinməyə icazə vermir. Siz hadisəyə özünüzə məxsus məna yükləyirsiniz “məni sevir və başqalarının nəzərindən qorumaq istəyir”. Və ya başqa situasiyaya diqqət yetirək, sizin bir tələbə və ya iş yoldaşınızla söhbətinizə şahid olur və əvvəllər sizin ən çox sevdiyiniz yönünüz kimi qeyd etdiyi ünsiyyətcilliyinizi sorğulayır “deməli mən səni xoşbəxt edə bilmədiyim üçün sən başqa emosional bağlar qurur, dostlar qazanmağa çalışırsan, eybi yoxdur.”. Siz burda koqnitiv təhrif olaraq “günahlandırma”nın bir növü olaraq özünüzü günahlandırırsınız. Burda yenə siz psixoloji zorakılığa qurban gedən olduğunuz halda özünüzü cəllad hesab edirsiniz, ortada bir “gözüyaşlı manipulyator” var, sizin anlayacağınız sevgi yenə aranızdakı münasibətə “əli üzündə” baxır. “Böyütmə və kiçiltmə, yaxud Durbin effekti” Bir gün cənab evə gəlir, işdə yorulub, sabah qonşu ilə marketə gedəcəyinizi deyirsiniz, “Sən özbaşınasan?” sualı ilə rastlaşırsınız, “Sən məşğul olursan, işdə olursan, uşaqlara və evə alınacaq olanlar var”, məqsəd qalır mərkəzdən uzaqda cənab sizə “Mən sizə baxmaq üçün işləyirəm”deyir, siz də bu vaxtı əsas mövzudan uzaqlaşır və “İmkan versən mən də işləyərdim” deyirsiniz, cənab kreslodan qalxır, pultu stolun üstünə atır və sizə zərbə endirərək “Mən sizə baxa bilmirəm? İndi də deyəcəklər ki, Alı “arvadı”nı işlədir?”. Bu ilk dəfə baş verən hadisə deyil, siz gecə olanları yenidən xatırlayır və belə bir nəticəyə gəlirsiniz ki, o sizə sizi düşündüyü üçün əl qaldırıb, “Məni düşünür, insanların haqqımda mənə layiq olmayacaq nə isə deyəcəyindən ehtiyat edir, məni özünə aid edir”. Qeyd edilən keysdən də göründüyü kimi burada xanım situasiyanı real tərəfini kiçildir, qeyri-real və ya özünün mənalandırdığı məqamı isə böyüdür. Nəticədə siz sizə zərər verən insanı “mələk” kimi qəbul etdiyiniz halda bütün digər insanları ümumi bir tərəzi ilə dəyərləndirir və şərin mənbəyini kənarda axtarırsınız. Uzun sözün qısası, müəllim, nə edək biz? İnsanlar bir münasibətdə olduğu zaman yaşadıqlarının adını tam olaraq bilmədiyi müddət ərzində ya “qurban”, ya da “cəllad” rollarını ifa edirlər. Qarşılarındakı insanların azadlığına aşiq olub, sonra o insanın ətrafına “tikanlı məftil” çəkirlər. Bu cür toksik münasibətlər bizlərə zaman itkisi və özgüvən itkisi yaşatdığı halda heç nə qazandırmır. Bu yolda qazanc yalnız bir halda mümkün ola bilər. Necə? Mövcud münasibətlə bağlı inancımızı yenidən qiymətləndirməklə. Bunu etməyiniz üçün sizə faydalı olduğunu düşündüyüm bir texnikanı nümunə olaraq qeyd edəcəm. Bu texnika həm “yıxıcı inanclar”ı, həm də “avtomatik düşüncə”ləri təyin etməyə, onun fayda və zərərlərini araşdırmağa xidmət edir. 1. Əvvəlcə düşüncə izlənilir. Situasiyanı xatırlayır və özümüzə “Hal-hazırda nə düşünürəm?” sualını veririk, o Düşüncəni vərəq üzərində qeyd edirik. 2. Əgər düşüncəni tapmaq çətindirsə: A. Bu hadisəni xatırladıqda özümü necə hiss etdim? B. Belə hiss etməyimə səbəb nədir?- sualını verərək “avtomatik düşüncə”ni təyin edirik. 3. Düşüncəni bir vərəqin yuxarısına qeyd edirik. 4. Bu situasiyanı dəyişmək üçün “səbr etmək”dən başqa alternativ çıxış yolları haqqında düşünürük. Bu alternativ yolu “dəyişmək” şərti adı ilə qeyd edin. Vərəqi iki hissəyə ayırın. Məqsəd: Dəyişmək Fayda: 1. Daha psixoloji və ya fiziki bir zorakılığa məruz qalmayacağam. 2. Dostlarımla münasibətlərim mənasız qısqanclıq səbəbindən korlanmayacaq. 3. Ayrılsam da, tək qalsam da ən azından yanlış insanın yanında olmaqdan daha yaxşıdır. 4. Kim bilir, bəlkə də bir gün qadın cinayətinin birinə də mən qurban gedəcəyəm, nə qədər ki, yaşayıram həyatımın qeydinə qalmaq borcumdur. 5. Məni həqiqətən anlayan insanlara rast gələ bilərəm. Zərər: 1. Onu sevirəm, ayrı qalmaq çətin olacaq. 2. Bəlkə peşman ola bilərəm. Mənbə: 1. Reid, J. A., Haskell, R.A., Dillahunt-Aspillaga, C. & Thor, J.A. (2013). Contemporary review of empirical and clinical studies of trauma bonding in violent or exploitative relationships. International Journal of Psychology Research, 8(1), 37-73. 2. Dutton , D. G., & Painter, S. L. (1981). Traumatic Bonding: The development of emotional attachments in battered women and other relationships of intermittent abuse. Victimology: An International Journal, 7(4), 139-155 3. Dutton, D. G., & Painter, S. (1993). Emotional Attachments in Abusive Relationships: A Test of Traumatic Bonding Theory. Violence and Victims, 8(2), 105-120. Psixoloq Nəsimi Qiyasov - - 29. 03.2021 Azərbaycan, Bərdə şəhəri.

Sən, mən və travma.

Sən, mən və travma.  Travma bir insanın həyatı üçün birbaşa təhdid və ya başqa bir insanın həyatı üçün bir təhlükənin şahidi olduğumuz halda inkişaf edən bir narahatlıqdır. Əslində travmatik hadisələrin ümumi tərifi yoxdur. Təbii fəlakətlər, istismar, təcavüz, qətl, terror aktları və s. Kimi məqamlar travmaya səbəb ola bilər. Bir insana travmatik təcrübən olan bir hadisə başqalarının baxış prizmasından çox normal həyat hadisəsi sayıla bilər. Travma ilk növbədə fizioloji bir prosesdir, sonra duyğu və qavrayış, düşüncə fonunda inkişafı onu psixoloji problem olaraq ortaya çıxarır. Korreksiya edilə bilən travmatik hadisələrin ən çətin forması 0-6 yaş arasında meydana gələn vəziyyətlərdir, soruşulduqda, fərd bu xatirələri xatırlamaqda çətinlik çəkir, ancaq şüur bu anları dönə-dönə yaşayır. Travmaya “əlverişli olan” ikinci mərhələyə biz yeniyetməlik dövründə rast gəlirik, bu dəfə hadisələr dumanlı olsa da, daha yaddaqalan olur, daha asan xatırlanır, lakin yenə də baş verəni tam xatırlamaq nadir hallarda mümkün olur. Elmi araşdırmalara baxdığımız zaman, ‘bu hadisələr açıq bir şəkildə xatırlanarsa, bu travma olmazdır” yanaşmasına rast gəlinir, deməli tam xatırlanmaya imkan verməməklə şüur hardasa özünü qorumağa çalışır. Travma başqa bir çox təşviş pozuntularında olduğu kimi, həyata güvənsiz bir yermiş yanaşması ilə müşahidə edilən və davamlı olaraq yenidən həmin travmatik təcrübənin yaşanacağı ehtimalı ilə insana rahatlıq verməyən bir psixoloji narahatlıqdır. Bir müştərimin ifadə etdiyi kimi deyəcək olsam “Nəsimi, mən qorxmaqdan qorxuram.”, qorxu əslində özlüyündə funksional bir duyğudur, insanı məhv olmaqdan qoruyan bir emosiyadır. Mənim müştərimin yaşadığı isə Koqnitiv-bihevioral yanaşmada, yıxıcı kök inancları sinfində yer alan “Emosiya fobiyası” dır, emosiya fobiyası yaşayan şəxslər davamlı olaraq “Bu qədər qorxmamalıyam”, “Bu qədər narahatlıq yaşamamalıyam” kimi amiranə ifadələrlə özlərinə yanaşdıqları üçün deməli travma özü-özlüyündə həm də şemanın məhsulu olaraq ifadə edilə bilər. Əlbəttə ki, daha böyük bir rolu burda bizim hadisələrə yanaşma və onları qavramaq formamız tutur, çünki həyat olduğu kimi deyil, bizim onu qavradığımız kimidir. Psixologiya elminə tərif verdikdə də Azərbaycan dilində olan ədəbiyyatlarda tərifin ilk hissəsi bu cür yazılır “Psixologiya obyektiv aləmin subyektiv inikası olub... “, yəni ümumi mənzərənin sənin, mənim, onun pəncərəsindən görünən hissəsi bizim psixikamızı formalaşdırır. Ailədaxili münasibətlərdə şiddət bir travma mənbəyi kimi. Yuxarıda qeyd etdiyim kimi travma təkcə şəxsin travmatik təcrübəni özünün yaşaması ilə yaranan bir problem deyil, travmatik səhnələrə şahidlik etmək də travmanın yaranma səbəbi olaraq qeyd olunur. Boş yerə deyilmir bir atanın öz övladlarına ən böyük ərmağanı onların analarına göstərdiyi sevgidir. Sevgi özü-özlüyündə bir terapiya olmasa da profilaktik bir duyğu olaraq böyük əhəmiyyət kəsb edir. Sevgi sağaltmır, çünki siz birini sevənə qədər o insan yaşadıqlarından öyrənir və bəzən sizin ona olan məhəbbətinizi də öz öyrəndikləri əsasında dəyərləndirir. “Bütün qadınlar aldadır”, “Bütün kişilər xəyanət edir” kimi genderlərə qarşı generalizə olmuş düşüncə xətaları ilə silahlanmış birinə siz istədiyiniz qədər məhəbbətinizin böyüklüyündən danışa və ya bunu əyani şəkildə nümayiş etdirə bilərsiniz, lakin sevgi bəzən eşitməyən birinə piano ifa etmək qədər yorucu və emosional yanma ilə müşahidə edilən bir proses ola bilər. Odur ki, sevgini daha çox profilaktika kimi qəbul etmək daha sağlam bir yanaşmadır fikrimcə, valideynlərin bir-birinə və övlada sevgisi övladının ən azından ailədaxili münasibətlərdə yaşanan konfliktlər fonunda inkişaf edən travmalardan qoruyur. Mən ailəmdən güllə atmağı öyrənmişəm, gül almağı deyil. Evdəki fiziki zorakılığın şahidi olmaq uşaqları və onların gələcəyinə ciddi şəkildə təsir edir. Təcavüz və şiddət kimi davranışlar mühitdən öyrənilir. Uşaq şiddətə məruz qaldıqda, eyni şiddəti, hətta daha çoxunu ətrafdakı insanlara tətbiq edir. Bir çox valideyn, uşağın şiddətdən təsirlənməyəcəyini və ya uşağın baş verənləri unudacağını düşünür. Lakin, uşaqlar unutmurlar. Bu da məlumdur ki, məişət zorakılığına məruz qalan uşaqlarda digər uşaqlara nisbətən daha çox emosional və davranış problemləri olur. Şiddət və təcavüz valideynləri modelləşdirərək öyrənilir. Burada keçmişdə Albert Bandura nəzəriyyəsi haqqında danışdığım məqaləmdəki “Bobo oyuncağı təcrübəsi”ni yenidən xatırlayaq:Sosial öyrənmə nəzəriyyəsi, öyrənməyə müşahidə ilə yanaşı zehni prosesləri də əlavə edərək radikal davranışçı yanaşmalardan fərqlənir. Bu baxımdan, Sosial Koqnitivizm Nəzəriyyəsi olaraq da adlandırılan bu nəzəriyyəni Bihevioral cərəyanın sonu, Koqnitiv yanaşmanın isə yüksəlişi arasındakı keçid də adlandıra bilərik. Sosial öyrənmənin empirik olaraq yoxlanması “Bobo oyuncağı eksperimenti” ilə 1961-63-cü illərdə aparılmışdı, bir şəxs oyuncağı o ki, var döymüş, sonra bunlar videoya çəkilmiş və uşaqlara izlədilmişdir. Daha sonra uşaqlar içində Bobonun da olduğu oyuncaqlarla dolu otağa gətirilmiş və davranışları izlənmişdir, uşaqların bir çoxu izlədikləri ssenari üzrə Bobonu döyməyə başlamışdılar. Münasibətlərdə şəxslərin ən yaxşı “Mən” ilə çıxış etmələrinin tərəfdarı olmağıma baxmayaraq bəzən insanlardan nələrisə tələb etməkdən çox onları anlamaq yolunda addımlar atmağın daha vacib olduğunun tərəfdarıyam. Belə ki, yarımbaşlığı da “Mən ailəmdən güllə atmağı öyrənmişəm, gül almağı deyil” olaraq təyin etdim. Psixoanalitik yanaşmadan qaçaraq baş verənləri hər kəsin anlayacağı formada, sosial öyrənmə nəzəriyyəsi ilə izah etməyə çalışdım. Bu nəzəriyyəyə görə biz: Mühitin təsirinə məruz qalır(Ailədə şiddət səhnələri), sonra bu hadisəni travma olaraq qavrayır, onu öyrənir və sonrakı həyatımızda tədbiq edirik. Bu təcrübə və öyrənilmişlik, rol modelinin kopyalanaması bizim sonrakı həyat yolumuzda qurduğumuz münasibətlərdə özünü biruzə verir. Uşaqlar bizim dediyimiz yox etdiklərimizi təkrar edirlər. Beləliklə zamanla tərəfi olduğu münasibətdə atasının modelinə nifrət edən övlad onun modelinin tətbiqi ilə məşğul olur əslində. Bunun fərqinə vardıqda daxili amillər öz işini görməyə başlayır. Belə ki, o özünü bu münasibətə layiq görmür və bu münasibətdən kənarda qalmaq üçün əlindən gələni edir. Uzaqlaşma cəhdləri, bəzən ailədən kənar romantik münasibətlər, şiddətdən yaranan travmatik təcrübənin yenilənməsini təmin edən yenidən şiddət, alkoqollu içkilərə bağlılıq. Bu travmatik təcrübənin yenidən yaşanmasına qorxu ilə yanaşan şəxsin əslində dayanmadan yenidən travmatik təcrübəni yaşamağı arasındakı paradoksda münasibətlərdə bütün ülvi duyğular öz yerini travmatik təcrübəni yaşayan şəxsin yaşatdığı travmalar və travmatik təcrübəni yaşayan şəxsin partnyorunun içində olduğu kor çarxa verir. Psixoloq Nəsimi Qiyasov – 21.04.2021 Azərbaycan Respublikası, Bərdə şəhəri.

Bəşər övladlarından narazı valideynlər

Aqresiya əxlaqi və etik normaları pozan və başqalarına mənəvi və ya fiziki zərər verə bilən bir insanların "birdəfəlik" hərəkətidir. Aqressivliyin zaman keçdikcə vərdiş halına gəlməsi təhlükə doğura bilir.  Aqressiv valideynlər demək olar ki, həmişə uşaqlarına qəzəblənirlər. Bir qayda olaraq, onların qəzəbi uşaq itaətsizliyinin nəticəsi deyil. Çox güman ki, onlar evliliklərindən, işlərindən, bütün bəşər övladlarından narazıdırlar.Bəzi uşaqlar bu münasibəti çox qeyri-adi qəbul edirlər. Düşünürlər ki, ana və ya ata öz sevgisini elə bu şəkildə də ifadə edə bilər. Belə valideynlər unudurlar ki, bu uşağı gələcəkdə nevrotik, üsyankar böyüməsinə ən kədərlisi aqressiyaları vərdiş halına keçməsinə şərait yaradırlar. Belə ailələrdə böyüyən aqressiv uşaqlar valideynlərlə yanaşı tərbiyəçilər, müəllimlər və ətraf mühit üçün də problemə çevrilmək ehtimalları böyük olur. Uşaqların aqressiv davranışı diqqəti cəlb etməyin özünəməxsus bir üsuludu. Belə bir uşaq sevgiyə və məhəbbətə, anlayışa və qəbula ehtiyacı olduğunu "işarələyir". Aqressiyasının köməyi ilə daxili narahatlıq hiss etdiyini, rədd edildiyini və unudulduğunu açıq şəkildə ortaya qoyur. Valideynlər tərəfindən laqeydlik və qəddarlıq valideyn-uşaq münasibətlərində problemləri kəskinləşdirir. Bunun nəticəsi olaraq uşaq onu sevmədiklərinə inanır. Mövcud vəziyyəti dəyişdirmək və valideynlərin sevgisini "qazanmaq" üçün uşaqlar aqressiv davranış da daxil olmaqla hər hansı bir şəkildə diqqəti cəlb etməyə çalışırlar. Digər uşaqlara elə gəlir ki, valideynləri bilərəkdən onları alçaltmaq, psixikalarını məhv etmək istəyirlər, buna görə də özlərinə qapılırlar və ya əqli qeyri-sabit olurlar. İtaətə gəlincə uşağın aqresiyasına cavab olaraq fiziki üsullardan istifadə edən valideynlərinə etiraz əlaməti olaraq uşaqlar üsyan etməyə başlayırlar. Övladlarını alçaltmağa vərdiş edən valideynlər döyülmüş və qorxmuş uşağın üsyankar etiraz hərəkətləri ilə qarşılaşanda sarsılır. Çox vaxt bu uşaqlar aqressivliyini qiymətləndirə bilmirlər, davranışın bu formasının bəzi mənfi nəticələrə səbəb olduğunu fərq etmirlər. Bəzən də İnamsız, utancaq, küskün, öz fikrini ifadə edə bilməkdə çətinlik çəkirlər, düşünürlər ki, deyəsən bütün dünya onların əleyhinədir. Uşağınıza mənfi duyğuları ifadə etməsini qadağan edə bilməzsiniz. Hər hansı bir duyğuların normal olduğunu vurğulayın. Uşaqla danışın, onu narahat edən şeyləri soruşun. Uşağın özünə hörmətini artırın, tərifləyin, ləyaqətini vurğulayın, tənqidi azaldın. Bərabər bir mövqedən ünsiyyət qurmağa çalışın. Sözlərinizin əməldən ayrılmadığından əmin olun. Cəzalar və mənfi emosiyaların ifadə olunmasına qoyulan qadağa uşağın aqressiv davranışını gücləndirə və problemlərini daha da artıra bilər. Bu davranışın səbəbini axtarın. Müxtəlif yaş mərhələlərində olan valideynlərin çoxu, gec-tez aqressiv uşaq davranışı ilə qarşılaşırlar. Və belə məqamlarda yadda saxlamaları lazım olan əsas şey - bu problemi həll etmək yalnız övladına sevgi, qayğı, hörmət sayəsində mümkündür və lazımdır. Yeganə İskəndərova

Dünyaya gülümsəyək

Karantin rejimi bitdikdən sonra, yaşından asılı olmayaraq hər bir şəxs həyatında cəmiyyətə,işə, dərsə uyğunlaşma problemi yaşayacaqdır. İnsanlar bir -iki aydan çox evdən çıxmaq, erkən oyanmaq, işə, universitetə, məktəbə getmək vərdişlərininə daha rahat şərtlərə adàptasliya olmağa çalışacaqlar.Bu müddətdə onlayn işləyənlər işə uyğunlaşmaqda ciddi problemlərlə qarşılaşmayacaqlar. Karantin dövründə işləməyən insanlar üçün çətin olacaq. İşə uyğunlaşmanı asanlaşdıran müəyyən cəhətlər var. Əsas odur ki, işinizi sevin. Rejimin dəyişməsindən asılı olmayaraq peşəsini sevən insanlar işə daha tez uyğunlaşcaqar. İşlərini sevməyənlər üçün adaptasiya prosesi çox vaxt tələb edəcək. İşləməyə meyli olmayanlar evdə uzun müddət qaldılar deyə bütün bunlar məsələləri çətinləşdirir.Sakit bir ümidsizliyə qapılan insanlar narahatlıq, kədər və imkansızlıq hissi ilə üzləşir, həyatlarını monotonluğa sövq edir, bu vəziyyətlərini bəyənməsələr də dəyişilməyə meyl etmir, haradan, nədən başlayacaqlarını bilmirlər.hər hansı bir hərəkət, hər hansı bir hiss kimi hərəkətsizlikdən daha yaxşıdır. Çətinliklərdən keçərək həyata nikbin baxan insanlar isə ona daha çox müsbət emosiyalar - sevinc, məmnunluq, qürur, həvəsini özlərinə cəlb edirlır. Bu sevincdən bir pay götürərək müsbət təcrübəni daha yaxşı dərk etmək və onu inkişaf etdirməyi öyrənmək üçün yaymağı üstün tutar, aydın məqsədlərin sadə qurulması nəinki özünü dərk etməyi, həm də işlərin həqiqi vəziyyətini düzələ biləcəyinə inanarlar. İnamın özünü sevməyin, özünü sevməməkdən daha yaxşı olduğunu bilən insan artıq uğurlarının başlanğıcında olduğunu dərk edir. Özünü, işini sevənlər, özlərinə dəyər verənlər daha sağlam, daha əyləncəli, xoşbəxt, daha uğurlu və başqalarını necə sevməyi bilən insanlardılar. Ümumiyyətlə, hələ bu bacarıq yoxdursa, onu ən qısa müddətdə əldə etmək sizin xeyrinizə olacaqdı. İnsanın mənəvi və psixoloji münasibətləri sistemində digər insanlara sevginin həyata keçirməyin ən yüksək yolu mehribanlıq, dözümlülükdür. Hər bir insanın öz dəyərlər sistemi var, bəzilərində bu daha əhəmiyyətlidi, digərlərində isə daha az təsir bağışlayır. Məhəbbətin xeyirxahlığın, dözümlülüyün və ən əsası empatiyanın yüksək səviyyədə təzahürü olduğuna inanan insanlar həmişə olub. Həyat bütün çətinliklərinə baxmayaraq gözəldir. İstəsək bu gözəllikdə pozitivlik tapmaq olar. Əgər istəsək. Gözəl dedikdə də aramızda yarı şüurlu bir narazılıq yaradan, ətrafdakı həyatı ilə ruhdan düşən, kədərdən həyəcan keçirən, ancaq şəfa axtarmağın yolunu bilməyənlər, amma tapmaq istəyənlər var. Onlara da demək istərdim dünya hərəkət edir, hər xırda sevinci xoşbəxtlik bilib sevinənlər də, heç nədən kədərlənənənlər də onunla birlikdə hərəkət edir. Gələcəyə ümid bəsləyən optimist, pozitiv ruhlu bir insan sevgi, işıq, sevinc gətirir, dünyaya gülümsəyir və dünya daha da yaxşılaşır ona təbəssüm edir. Dünyaya gülümsəyək. Yeganə İskəndərova

Xəyanətlə qarşılaşmısınızsa bunlara diqqət edin

Xəyanət-odlu silahdan açılan bir güllədir. Fərq ondadır ki, açılan güllə canlını öldürər, amma qarşılaşdığımız xəyanət-illərlə içimizdə yaşayıb bizi dəlik-deşik edər, qəlb yandırar, əzab verər, amma öldürməz. Xəyanətlə qarşılaşmısınızsa, amma onu sizə yaşadanı sevirsiniz və ayrılmaq istəmirsinizsə, aşağıdakılara diqqət edin. 1. Hər şeydən əvvəl, çalışın təmkininizi pozmayasınız. Hirs və qəzəbinizin şüurunuza üstün gəlməyinə yol verməyin. Acığınızı tökməkdən utanmayın, lakin yaxşı olar ki, bunu təklikdə, yaxud psixoloqun iştirakı ilə edəsiniz. Balışı döyəcləyin, təsəvvür edin ki, o sizin vəfasız yoldaşınız və ya sevgilinizdir. Onu ən tünd təhqirlərə qərq edin. Bu zaman sakitləşərsiniz və hər ikiniz üçün çətin olan söhbətə başlamaq üçün hazır olarsınız. 2. Çalışın ki, imkan daxilində sakit, açıq danışıq zamanı, ümumiyyətlə xəyanətin olub-olmadığını aydınlaşdırasınız. Bəlkə bu sizin təxəyyülünüz, şübhənizin bəhrəsidir? Əgər həqiqətən xəyanət baş veribsə, ''daha məni sevmir'' kimi fikirdən uzaq olun. Bunu düşünmək çox təhlükəli və böyük şüursuzluqdur. Əvvəla, kişinin başqa qadınla bir dəfə yaxınlığı heç də tam xəyanət demək deyil. Ola bilsin ki, yoldaşınız yaxud sevgiliniz gənc və qəşəng qıza meyl göstərsin, amma qəlbini sizə bağlasın. Bəlkə də onu bu cür hərəkətə, intim ideyaları sövq edib. Bəlkə də şəxsi münasibətinizdə onu qane etməyən rəqibinizin ''intim bacarığı''dır. Axı bir çox xanım var ki, özünün sərt xasiyyəti ilə sevgidə çox soyuq olur. Belələri sevişməni arxa plana atıb, bunun ''ət tökən'' bir iş olduğunu deyirlər. Hələ bu təsəvvürün həyatınızı kasıblaşdırıb, ailə münasibətlərinin pisləşdiyini, həyat yoldaşınızın soyumasına necə təsir etdiyini qeyd etmirəm. 3. Xəyanət gördünüzsə dərhal əlaqələri kəsməyi tələb etməyin. Bunu heç bir kişi özünə sığışdırmaz. Əlbəttə, sizin mənəvi cəhətdən onu ittiham etmək hüququnuz var, amma dönüb bir özünüzə də baxın. Ola bilsin ki, burada siz günahkarsınız. Həyatınızın intim tərəfinə etinasız və soyuqqanlıqla yanaşmanız bu cür halın baş verməsinə gətirib çıxarıb. İndi sizin qarşınızda yoldaşınızın ürəyini fəth etmək kimi vəzifə durur. Çalışın ona əvvəlki sevgili, ehtiraslı günləri yaşadasınız. Axı yaşadıqlarınız izsiz-tozsuz bir anda yox olub gedə bilməz. Xoş hisslərinizi mənfi emosiyalara qarşı qoyun. Bu böyük zəhmət, təmkin və dözüm tələb edir. Amma inanın buna dəyər. Əgər həqiqətən itirmək istəmirsinizsə. 4. Ən təsiredici taktika-onun gözlədiyinin əksinə hərəkət etməkdir. O, dava-dalaş, nifrət dolu baxış gözlədiyi halda, siz qayğıkeş olun.

Öz əkiz ruhunu tapa bilməyən, məhəbbətsiz qurulan ailələr

İnsanlar arası münasibətləri məqsədlər tənzimləyir. Bütün məqsədlərin də məğzində daha yüksək məqsədlər dayanır. Əslində, bütün insanların bir-birilə dərin duyğu bağı var. Fərqinə varmısınızmı, qohumlarla genetik əlaqəmiz olsa da rəfiqələr, dostlar, tanışlar və hətta tanış olmayanlar arasında ruh əkizimiz olur. İki hissəyə bölünən eyni enerji ayrı-ayrı fiziki bədənlərdə yerləşərək ruh əkizləri yaradır. Əkiz ruhlar çarəsizliyi, səbri, dəyəri və şərtsiz sevməyi bir-birindən öyrənərlər. Onları tapmaq heç da asan deyil. İki enerjiyə bölünərək bir-birindən çox fərqli həyatlar yaşaya bilən əkiz ruhlar daim olacaq. Həyat davam edir, reallıq amansızdı. Öz əkiz ruhunu tapa bilməyən, məhəbbətsiz qurulan ailələr minlərlədı. Yaşanan travmalardan, zaman keçdikcə reallıqla barışan və ya usanan, bir-birinə qarşı amansız olan cütlüklərin mübarizəsindən ruhən, mənən, bəzən də fiziki olaraq əziyyət çəkən övladlardı. Səbəblər müxtəlifdi. Kişi və qadının birlikdə öhdəsindən gələ bilmədiyi maddi problemlər zaman keçdikcə sevgi və hörmətin yox olmasına gətirib çıxarır. Ödəməkdə çətinlik çəkilən borclar kimi, həddindən artıq israfçılıq da boşanma ilə nəticələnir. Yalan söyləmək də münasibətlərin kökünü sarsıdır. Artıq kişi və qadın bir-birinə etibarsız yanaşır. Dürüst və açıq sözlü olmaq, qısa müddətə problemlərə səbəb olsa da yalan danışmağın geriyə dönüşü olduqca çətindir. Şəxsiyyət formalaşmadan gənc yaşda qurulan evliliklər də illər keçdikcə peşmançılıq yarada bilir. Fiziki və mənəvi şiddət, evliliyin bitməsi üçün əsas səbəblərdəndir. Liderlik həvəsində olan, ailədə bir sözünün iki edilməsinə dözə bilməyən, öz uğursuzluqlarını qadına şiddətdən çıxarmağa alışanlar, adətən, əsəbi olurlar və ailə - uşaqla düşməncə davranırlar. Əgər evdə bir şey mükəmməl deyilsə, bu adam əsəbləşər, neqativ təpkilər göstərər, ən cüzi dəyişiklik canını sıxar, çox rasional olar, evdə nəyinsə dəyişməsini, ailədə yeniliyi istəməzlər. Vərdişlərinin köləsi olarlar. Üstünlüyün onlarda olmasını istərlər, dava salar, lakin heç vaxt tabe olmazlar. Alçaldıb sonra ürək almaq isə zəif kişilərin əsas əlamətidir. Zəif qadın, kişi diqqətsizliyini onun daima zamanının olmaması kimi anlaya bilər. Ruhi problemlər, içkiyə düşkünlük də şiddət doğuran səbəbdi. Bəzən də mazoxistlər kimi həyatlarında mübarizə, maneə olmasa məyus olan, özünü incitməyi sevən qadın növü var ki, onlar sakit yaşaya bilmir, həmişə özlərinə çətinlik yaradır. Ətrafdakıları bunda ittiham edirlər. Əzabkeş obrazı yaradırlar. Belə qadınlarla çox çətin olur. Adətən qərarsız, məsuliyyətsiz kişiləri seçirlər ki, həyatlarında daşımağa yük olsun. Fərqli sosial mühitlərdə böyüyən iki insan çox vaxt evliliyini uzun müddət davam etdirə bilmir. Qadının getdikcə güclənməsi və hüquqlarını dərk edərək düşdüyü bataqlıqdan (məhəbbəti tükənməyibsə) çıxması mümkündü. O, mənəvi inkişafın pillələrində aşağı enməyi özünə rəva bilməz. O, intellektini yüksəltməyə çalışar, çox mütaliə edər, işləyər, özünə dəyər verər və dəyərli olmağı qiymətləndirə bilər.Yaşadığımız cəmiyyətdə çətinliyə düşüb nəticə çıxarmış güclənmiş qadınların sayı artdıqca müasirliyin siması da dəyişir. Yeganə İskəndərova